Cümə günü, 2024-04-26, 6:32 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Əxlaq » Gözəl əxlaq dinin yarısıdır

Şəfaət və ya ümid yeri
2014-05-23, 3:31 PM

Şəfaət və ya ümid yeri


İslamın təməl prinsiplərini qorumaqla yanaşı, mü­səl­man­la­rın üzərinə düşən ən mühüm vəzifələrdən biri də, bu gözəl zi­nətlərlə özlərini bəzəməkləridir. Bu xüsusda, ilk növbədə həz­rət Peyğəmbərimiz (s), sonra isə İslamın başqa pak rəh­bər­ləri İslam cəmiyyətinin ən üstün nümunələridir. Yaxşı olar ki, İslam dininin ardıcılları öz əməl, söz və fikirlərini rəh­bər­lərinin əməl, söz və fikirləri ilə uyğunlaşdırmaq üçün tam güc­ləri ilə çalışsınlar.
Bu uyğunlaşdırmanın ən güclü amillərindən biri şəfaət mə­­sələsinə etiqadlı olmaqdır. Çünki Allah yanında əziz və hör­mətli olan rəhbərlərdən şəfaət diləmək istəyən bir insan, hə­qiqi şəfaətedicilərə yaxınlaşıb, şəfaətə layiq olmaq üçün öz əməllərini onların yolu ilə uyğunlaşdırmağa çalışır. Elə buna gö­rə də, risalət (peyğəmbərlik) dövrünün pak rəhbərlərindən şə­faət diləmək müsəlmanların diqqətini onların məqamına da­ha da cəlb edir və xatirələrini əbədiləşdirir. Eyni zamanda, bu əməl müsəlmanların öz rəhbərlərinin hədəfləri ilə uy­ğun­laş­ması yolundakı səylərinin daha da artmasına səbəb olur. İn­di isə bu sözümüzü daha aydın izah etmək üçün müxtəlif cə­hətlərdən şəfaəti araşdırırıq:

 

Şəfaətin həqiqəti
Ayə və hədislərdən aydın olur ki, şəfaət İslamın qəti prin­siplərindən biridir. Şəfaətin nəticəsi barəsində müxtəlif nə­zər­lər olmasına baxmayaraq, bütün İslam məzhəbləri şəfaəti qə­bul edirlər.
Şəfaətin əsl mənası Allaha yaxın olan ucaməqamlı bir in­sa­nın öz Pərvərdigarından başqa bir insanın günahlarının ba­ğış­lanılması və ya dərəcəsinin qaldırılmasını diləməsidir. Bu ba­rədə hədislər çoxdur. İxtisara riayət etməklə, bəzi nü­mu­nə­lə­rini diqqətinizə çatdırırıq.
Bir çox tanınmış hədisçilər özlərinin “Sihah” və “Müs­nəd”­lə­rində Allah rəsulunun (s) belə buyurduğunu nəql ediblər:
“Mənə beş şey verilib: ...(beşincisi) mənə şəfaət əta olunub. Mən də onu ümmətim üçün saxlamışam”.[
“Səhih Buxari”, 1/91, “Müsnədi-Əhməd”, 1/301]
Bu hədis şəfaətin İslamda qanuni və düzgün olduğuna bir də­lil olaraq, onu qəti bir prinsip kimi qiymətləndirir. Bu hə­di­sə əsaslanaraq deyə bilərik ki, şəfaət Allahın əziz Pey­ğəm­bə­rinə (s) verdiyi qiymətli bir töhfədir. O da bu qiymətli töh­fə­ni öz ümmətinə hədiyyə etmək üçün saxlamışdır.
Burada belə bir sual meydana çıxır: Görəsən, Allah rə­su­lu­nun (s) şəfaəti bütün camaata şamil olacaq, yoxsa bu ilahi töh­fənin xüsusi şəraiti var? Bu sualın cavabını vermək üçün diq­qətinizi aşağıdakı məsələyə cəlb edirik:


Şəfaət diləməyin həddi
Quran baxımından mütləq və şərtsiz şəfaət qə­bu­l­edil­məz­dir. Şəfaət aşağıdakı iki şərtlə təsirli ola bilər:
1. Şəfaətçinin şəfaəti üçün Allah tərəfindən icazəsi ol­ma­lı­dır. Allaha mənəvi yaxın olmaqdan əlavə, yalnız Ondan ica­zə­si olanlar şəfaət edə bilərlər. Qurani-məcid bu barədə bu­yurur:
“Rəhmandan əhd almış kəslər istisna olmaqla, qalanları şə­faət etməyə qadir olmazlar”.[
“Məryəm”, 87]
“O gün Rəhmanın izin verdiyi və söz danışmağına razı ol­du­ğu kəslərdən başqa heç kimin şəfaəti fayda verməz!”[
“Taha”, 109]
2. Şəfaət olunan şəxsin şəfaətçi vasitəsilə ilahi feyzi almağa qa­biliyyəti olmalıdır. Elə buna görə də, Allahla iman rabitəsi ol­mayan kafirlərə və şəfaətçi ilə ruhi bağlılığı olmayan bəzi (na­maz qılmayan, adam öldürən və bu kimi) günahkar mü­səl­manlara şəfaət olunmaz. Quran, namaz qılmayan və Qi­ya­mət gününü inkar edənlər barəsində buyurur:
“Şəfaət edənlərin şəfaəti onlara fayda verməz!”[
“əl-Müddəssir”, 48]
“(O gün) zalımların nə bir dostu, nə də sözü keçən bir şə­fa­ət­çisi olar!”[
“əl-Mumin”, 18]


Şəfaətin fəlsəfəsi
Şəfaət də tövbə kimi, azğınlıq və günah yolunun ya­rı­sın­dan qayıdıb, qalan ömrünü Allaha itaət etmək istəyənlər üçün bir ümid çırağıdır. Çünki günahkar insan şəfaətçinin şə­fa­ətinə (hər bir halda deyil) yalnız xüsusi şərtlərlə nail ola­ca­ğı­nı bilsə, bu hədd və şərtləri qorumağa çalışacaq, onları keç­mə­yəcək.
Şəfaətin təsiri
Şəfaətin günahların bağışlanılması, yoxsa dərəcənin qal­dı­rıl­ması üçün olması barəsində İslam təfsirçilərinin nəzərləri müxtəlifdir. Aşağıdakı hədisə diqqət yetirsək, birinci nəzərin düz­gün olduğu aydınlaşacaq. Hədis belədir:
 “Qiyamət günündə şəfaətim ümmətimin kəbirə (böyük) gü­­nahlar edənləri üçündür”.[
“Sünəni-İbn Macə”, 2/583, “Müsnədi-Əhməd”, 3/213, “Sünən əbi Davud”, 2/538 və “Sünəni-Tirmizi”, 4/54.....]
Əlbəttə ki, bu hədisin ikinci nəzərlə heç bir ziddiyyəti yox­dur. Belə də deyə bilərik: Allah rəsulunun (s) şəfaəti (qeyd et­di­yimiz şərtlərlə) günahkarların günahlarının ba­ğış­la­nıl­ma­sı­na və möminlərin dərəcələrinin yüksəldilməsinə səbəb ola­caq.


Allah övliyalarından şəfaət diləmək
Burada belə bir suala cavab verəcəyik: Allah yanında əziz və hörmətli olan din rəhbərlərindən şəfaət diləmək tövhid prin­sipi ilə uyğun gəlirmi? Bu sualın yaranmasına səbəb, şə­faət haqqını Allaha məxsus edən ayələrin zahiri mənalarıdır. Qur­an bu barədə belə buyurur:
“De: “Bütün şəfaət yalnız Allaha məxsusdur”.[
“əz-Zümər”, 44]
Buna görə, Allahın saleh bəndələrindən şəfaət diləmək, Al­lahın mütləq haqqı olan bir şeyi bəndələrindən diləmək ola­caq. Görəsən, bu cür dilək “ibadətdə tövhid” prinsipi ilə zidd deyilmi?
Deməliyik ki, İslam rəhbərlərinə Allah kimi, yaxud Al­la­hın öz işlərini tamamilə onların ixtiyarına qoyduğuna etiqad bəs­ləmədən, Allah yanında əziz olduqları və Onun izni ilə şə­faət edə bildikləri üçün onlardan şəfaət diləsək, bu, “ibadətdə töv­hid” prinsipi ilə tam uyğundur. Bu, onların xatirələrini əbə­diləşdirərək yaşatmaqdan başqa bir şey deyil.
Şəfaət haqqı müstəqil şəkildə yalnız Allaha məxsusdur. Onun izni olmadan heç kəs başqalarına şəfaət edə bilməz. Qur­an da bunu təsdiqləyir:
“De: “Bütün şəfaət yalnız Allaha məxsusdur”.[
 “Həmin”, 44]
Amma Allah öz dərgahında başqalarına şəfaət etmək üçün (qeyd etdiyimiz şərtlər daxilində) bəzi saleh bəndələrinə şə­fa­ət etmək icazəsi vermişdir. Əziz Peyğəmbərimiz (s) bu ba­rə­də buyurur:
“Mənə şəfaət etmək əta olunub. Mən də onu ümmətim üçün saxlamışam”.[
Səhih Buxari”, 1/91, “Müsnədi-Əhməd”, 1/301]
Həzrət Peyğəmbərin (s) sağlığında camaat şəfaət və ba­ğış­lan­maq diləmək üçün o həzrətin yanına gəlirdilər. O da, mü­səl­manları öz şəfaətinə ümidli edib. Heç vaxt onların şəfaət di­ləməklərinin tövhidlə uyğun olmadığını deməmişdir. Bur­a­da ixtisara riayət etməklə, əziz Peyğəmbərimizin (s) za­ma­nın­da müsəlmanların o həzrətdən şəfaət diləməsi nü­mu­nə­lə­rin­dən bəzilərini xatırladaq:
1. İbn Macə öz “Səhih”ində həzrət Peyğəmbərimizdən (s) nəql edir:
“Bilirsinizmi, Allah bu gecə məni hansı seçim qarşısında qoy­du? Dedik: Allah və Onun Rəsulu daha yaxşı bilər. Bu­yur­du: O, məndən ya şəfaəti, ya da ümətimin yarısının Cən­nətə getməsini seçməyimi istədi. Mən şəfaəti seçdim. Dedik: Ey Allahın rəsulu! Allahdan bizim şəfaət əhli olmağımızı dilə.
Buyurdu: Hər bir müsəlman üçün şəfaət olacaq”.[
“Sünəni-İbn Macə”, 2/568]
Bu hədisdə həzrət Peyğəmbərin (s) dostları “Allahdan dilə ....” deyərək, aşkarcasına ondan şəfaət diləyirlər. O da, şəfaət e­d­əcəyinə söz verir.

 

2. Tirmizi öz “Səhih”ində Ənəsdən nəql edir:
“Peyğəmbərimizdən (s) Qiyamət günündə mənə şəfaət et­məsini dilədim. O həzrət qəbul edərək buyurdu: Şəfaət edə­cəyəm”.[
 “Sünəni-Tirmizi”, 4/42]
3. Səvad ibn Qərib Allah rəsulunun (s) sağlığında şeir oxu­yaraq, ondan şəfaət diləyən səhabələrdəndir. O, belə deyib:
 “(Ey Peyğəmbər!) Qiyamət günündə mənə şəfaətçi ol, baş­qalarının şəfaəti Səvad ibn Qəribə fayda verməyən bir gündə”.[
“Qamusur-rical”, səvad kəlməsinin altında]
4. İbn Abbas deyir:
“Əli ibn Əbu Talib (ə) Allah rəsulunun (s) qüsl və kəfən iş­lərini qurtardıqdan sonra, o həzrətin üzünü açaraq belə dedi: Atam-anam sənə fəda olsun! Bizi Allah yanında xatırla”.[
Sübhi Saleh, “Nəhcül-bəlağə”, 235-ci xütbə, Feyzul-İslam, “Nəhcül bəlağə”, 226-cı xüt­bə]


Nəticə
Beləliklə, İslam rəhbərlərindən şəfaət diləmək onların xa­ti­rə­lərinin yaşamasına səbəb olur və İslam ümməti ilə rəh­bər­ləri arasında əməl, söz və fikir birliyinin yaranma amil­lə­rin­dən biridir. Elə buna görə də, müsəlmanlar Allah rəsulunun (s) zamanından bu günə qədər Allah övliyalarından şəfaət di­lə­miş, bu uyğunlaşma yolu ilə öz rəhbərlərinin xatirə və ad­la­rı­nı daim yaşatmışlar.

 

Category: Gözəl əxlaq dinin yarısıdır | Added by: Ənfal
Views: 1756 | Downloads: 0 | Rating: 5.0/1
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]