Main » Files » Əxlaq » Gözəl əxlaq dinin yarısıdır |
Səcdə halında zülmə razı
2013-03-26, 5:54 AM | |
Həzrət Peyğəmbər (s) buyurur ki, zalım təriflənəndə Allahın ərşi qəzəbdən titrəyər. Bismillahir-Rəhmanir-Rəhim Yaşamaq gözəldir . Həyat Allahın böyük nemətlərindəndir. Amma hamı bilir ki, nemətdən zərərə də istifadə etmək mümkündür. Buna bıçağı misal göstərirlər. Bıçaqla həm xeyirli iş görmək, həm da günahsız adamı öldürmək olar. Bütün nemətlər belədir. İnsan nə qədər çox nemət çatsa onun azmaq yoları da çoxalır. Qurandan böyük nemət yoxdur. Quran hidayət nemətidir, dünya qaranlıqlarını işıqlandırır. Həyatda qaranlıq yolu işıalandıran çıraqdan böyük nemət ola biləməz. Amma bəziləri Quranı da dünyaya çatmaq, zülm etmək üçün vasitə seçir. Quranı nizələrə sancıb cinayətdən yaxa qurtarırlar. Quranı sevən, ona hörmət göstərən adam vəhy yazılmış səhifələri nizəyə sancarmı? Əlbəttə ki, yox. İnsanları zahirinə görə qiymətləndiririk. Biri məscidə gedirsə demək təmiz adamdır. Biri araq dükanıdan çıxırsa demək pis adamdır. Bir gün qiyamətdə pislik də, yaxşılıq da zərrə-zərrə qiymətləndiriləcək. Onda bilinəcək ki, bu məscidə gedən adam ( məsələn, İbn Mülcəm) araq dükanından çıxan adamdan təmizdir ya yox. Dinimiz zahirə görə qiymətləndirməni qəbul edir və əsil qiymətlərin qiyamət günü veriləcəyini deyir. Çünki bizim əlimizdə imanı, insanın qəlbindəki niyyəti ölçən cihaz yoxdu. Hər halda diqqətli olmalıyıq. Əgər insan təqvalı olsa, siyasi məsələlərdən baş çıxarsa qiyamətdən qabaq bəzi qaranlıq nöqtələr işıqlanar. İstər Cəməl, istər Nəhrəvan, istər Kərbəlada Əhli-Beytlə (ə) vuruşanların çoxu sadə insanlar idi. Əsgər həqiqəti necə bilsin? Əsgər yalnız təqva və elm sahibi olsa başa düşər ki, onu hücuma çağıran kimə qarşı çağırır, niyyəti nədir? Məscidlərdə insanlar kiməsə iqtida edir. Onlar məscidə gəlməyi savab sayır, işin dalını görmür. Bilmir ki, qarşıda dayanan imam Əbusüfyan, Müaviyə, Yezid ola bilər. Bilmir ki, imam əbusüfyanlara, müaviyələrə, yezidlərə xidmət edə bilər. Onlar duaya qulaq asmadan amin deyir. Hətta zalım rəhbərə dua olunduqda da elə amin deyirlər ki, sanki qeybdə olan İmamın (əc) zühuru üçün dua edilir. Zalıma hər növ kömək – dua da, ona qoşulmaq da, onun xeyrinə danışmaq da, onun yolunda vuruşmaq da kəbirə (böyük) günahdır. Xacə Nizamülmülk haqqında maraqlı bir əhvalat nəql olunur. Sarayda vəzir məqamını tutan Nizamülmülk hər vaxt yoxsullara, sadə xalqa əl tutsa da aqibətindən qorxurdu. Nizamülmülk din alimlərinə hörmət göstərir, onlara qarşı söhbət olanda qarşısını alırdı. Bir gün qərara gəldi ki, rəbbani alimlərdən yazılı şəhadətnamə, zəmanətnamə alsın və öləndə bu məktubu onun qəbrinə qoysunlar. Bu məqsədıə rəbbani alim Şeyx Əbu İshaqa müraciət etdi, xeyir əməl sahibi olması ilə bağlı ondan yazılı şəhadət istədi. Bağdad Nizamiyyə Mədrəsəsinin ustadı Xacə Nizamülmülk vəzirə göndərdiyi məkyubda yazmışdı: "Həsən (Xacə Nizamülmülk) yaxşı zalımlardandır – imza Əbu İshaq.” Məktubu alan Xacə pərişan olur, ağlayır və "Əbu İshaq haqlıdır”, deyir. Həzrət Peyğəmbər (s) buyurur: "Merac gecəsi cəhənnəm qapıları üzərindəki yazılar arasında bu da vardı: Zalımlara yardımçı olma!” Sual yaranır ki zülm nədir? Bir şeyə tərif verməsək və ya verilmiş tərifi qəbul etməsək doğru yolu tapa bilmərik. Adam var ki, zalım ya adil hökumətə qarşı çıxmağı zülm sayır. Buna görə də Allahın zülmə verdiyi təriflə tanış olmaq lazımdır. İslamda zülm-sitəm Allahın qoyduğu hədləri aşmaqdır. Ağıl və şəriətin ziddinə çıxmaq zülmdür. Məsələn, sələm vermək və almaq, tufanlı dənizə atılmaq, şərab içmək həm zülmdür. Şünki bu işləri görən insan xalq və özü üçün əzab-əziyyətə səbəb olur. Zülmün əhatə dairəsi çox genişdir. Bir şeyin dairəsi genişdirsə bizim bu dairədinin içində ya çölündə olmağımıza ehtimal çoxdur. Yağış zəif yağırsa kimsə ağac altıında gizlənib islanmaya da bilər. Yağış güclü olduqda bu yağışda islanmamaq üçün başının üzərində dam olmalıdır. İslam şəriətinə əməl etmək insanı zülm yağışından qoruyan həmin damdır. Zülm o qədər əhatəlidir ki, yalnəz İslama sığınmaqla ondan aman da qalarsan. Zülmün növləri ilə tanış olaq: İnsan Allah qanunlarını pozmaqla özünə zülm edir. Məzələn, Allaha şərik qoşur, Allahın ayələrini inkar edir, ağıl və şəritəin göstərdiyi yoldan çıxır. Bir vacib əmri, məsələn namazı tər etmək zülmdür. Amma bu növ zülmlər insanın özünə qarşıdır, kiməsə zərər yetirmir. Allahın qanunlarını pozmaqla başqalarına zülm etmək. Məsələn, birini həbs etmək, vurmaq və ya öldürmək. Məsələn, qeybət, böhtan danışmaqla birini hörmətdən salmaq. Məsələn, başqalarının malına təcavüz etmək. Ən böyük zülmlərdən biri birinin layiq olduğu vəzifəni, məqamı qəsb etməkdir. Çox olur ki, nazirin müavini nazirdən qat-qat istedadlı və təqvalı adam olur. Əhli-Beytin (ə) xilafət məqamını qəsb etmək bu sahədə ən böyük zülmdür. Adil müctehidin yerini tutmaq da İslamda böyük qəsblərdən sayılır. Zalım hakimlər adətən öz zülmlərinə don geyindirmək üçün dünyapərəst din alimlərini çəri hakim, şeyxülislam təyin edirlər. Zalımın zülmünə kömək etmək Quran, icma, sünnə və əql baxımından məzəmmət olunur. Məsələn, bir şəxs zalımın məzlumu vurması üçün ona mubuq versə, bu zalıma kömək və onun zülmünə çərik olmaqdır. Hətta zalım hakimin bir hökmü imzalaması üçün ona qələm vermək zülıma yardımdır. Allah-taala Qaurani-məciddə aşkar şəkildə buturur ki, günah və zülmə yardımçı olmayın, təqva yolunu seçin. Zülmün aqibəti də ağöırdır. Həzrət Peyğəmbər (s) buyurur: "Bir şəxs qapısına getdiyi adamın zalım olduğunu bilib ona yardım etsə İslam dinindən çıxıb.” İmam Sadiq (ə) buyurur: "Qiyamət günü nida olunar ki, hanı zalımlar, hanı zalıma yardım edənlər, zalımaoxşarlar haradadır?” İslam Peyğəmbəri (s) buyurur ki, zalım və azlıma yardım edənlərin ölümü çatanda ölüm mələyi bu adamları Allahın lənəti və cəhənnəm odu ilə müjdələyər. Zalımın təklif etdiyi vəzifəni qəbul etmək zülmə ən böyük yardımlardandır. Bu vəzifəni qəbul edən insan xalqa zülm etməsə belə zalım üsul-idarəyə dayaq olur. İmam Sadiq (ə) buyurur: "Zalımın təklif etdiyi işi qəbul edənin ən kiçik cəzası budur ki, bütün insanların sorğusu başa çatana qədər onu od əhatəsində saxlayar, sonda mühakimə edərlər. Bəs nə vaxt zülm aparatında vəzifə qəbul etmək olar? Məsələn, İmam Riza (ə) zor altında belə bir təklifi qəbul etdi, amma şərt kəsdi ki, hakimiyyətin heç bir işinə qarşımayacaq, hökm verməyəcək. İnsan hakimiyyətin kimliyindən aslı olmayaraq məmləkət sərhədlərinin təcavüzdən qorunmasında meydana girə bilər. Çünki müsəlman torpaqlarına heç bir halda kafir ayağı dəyməməlidir. İnsan zalımın zülmünü azaltmaq üçün onunla həmkarlıq edə bilər. Amma belə bir vəziyyətdə diqqətli olmaq lazımdır ki, zalımın hesabına varlanmayasan, rahat yaşamayasan, onun xalqdan oğurladığı puldan pay almayasan. Həm də sənin haklimiyyətə yaxın olmağın səbəb olmaya ki, başqaları da hakimiyyətə yaxınlaşsın. Belə olsa sən zalımdan yox, zalım səndən istifadə edib. İnsanın gücü yalnız sözə çatırsa və ağzını açanda zalımü tərifləyirsə bu zalımın yolunda qılınc çalmaq kimidir. Zalımın şəninə şeir yazmaq, tərif demək zülmə yardımdır. Həzrət Peyğəmbər (s) buyurur ki, zalım təriflənəndə Allahın ərşi qəzəbdən titrəyər. | |
Views: 740 | Downloads: 0 | Rating: 0.0/0 |
Total comments: 0 | |