Main » Files » Əxlaq » Gözəl əxlaq dinin yarısıdır |
Səbirsizliklə mübarizə yolları
2013-04-21, 5:08 AM | |
(Tebyan saytına istinadən) İnsanlar ətraf mühit və müxtəlif amillərə görə müxtəlif xüsusiyyətlərə malik olurlar. Həmçinin insan genetik əlaqələrinə baxmayaraq, yenə də öz valideynlərindən fərqlənir. Eyni xüsusiyyətə malik olan iki insan tapmaq prinsipcə qeyri-mümkündür. Bəzi xüsusiyyətlər içərisində elələri vardır ki, əksər insanlarda onu görmək olur. Bu, hövsələsizlik və səbirsizlikdir. Allah bizi bir qədər imtahana çəkən zaman çətinliklərə dözümümüz yoxdursa, hövsələsiz və səbirsiz oluruq. İnsanın hövsələsiz olmağı, onu müvəffəqiyyət yolundan saxlayar. Səbirsiz insan heç bir zaman çətinliklərə sinə gərib onlara qələbə çala bilməz. Ona görə də Quran bu sifəti mənfi xüsusiyyət kimi tanıtmışdır. Hövsələsiz insanları bizim üçün təsvir etmişdir. Bu nişanələrə baxaraq özümüzü hövsələsizliyin əlamətlərindən uzaqlaşdıraq. Heç bir zaman onların bizim batinimizə daxil olmağına imkan verməyək. Allah Təala "Məaric” surəsində hövsələsiz isnanın xüsusiyyətlərini bəyan edir və buyurur: "Həqiqətən, insan olduqca həris və kəmhövsələ yaradılmışdır. Ona bir zərər və ziyan üz verdikdə, dözməz. Ona bir xeyir yetişdikdə, xəsis və simic olar”. ("Məaric” 19-21). Beləliklə, bu ayələrdən də göründüyü kimi, bu xüsusiyyətlər insana xoşbəxtliyə çatmağa mane olar. Əgər müvəffəqiyyət yoluna qədəm bassa, bilməlidir ki, əvvəlcə bu xüsusiyyətlərdən azad olmalıdır. Sinə genişliyi Əgər insanın sinəsi geniş olarsa, səbri və dözümü də çox olar. Bu cür insan çətinliklər qarşısında rahat dayanıb tab gətirə bilir. Sinə genişliyi və Quranın da buyurduğu kimi şərh-sədr o qədər qızıl bir nemətdir ki, hər kəsə əta edilməz. Allah Peyğəmbərə (s) buyurur: "Məgər Biz sənin sinəni (köksünü) genişləndirmədikmi? (Sənə bolluca səbir və hövsələ vermədikmi ki, böyük bir tutumla Xaliqə yetişmək və insanlarla rabitə qurmaq məqamını özündə yerləşdirəsən, elmlər, hikmət və din hökmlərinin mədəni olasan, ilahi mənbədən vəhy almaq və bəşər cəmiyyətinə onu yetirmək istedadına malik olasan və insanlara rəhbərlik və ümmətə atalıq edəsən)”. ("Şərh” 1). Bəs sinə genişlyini necə əllə edə bilərik? Bunun üçün bəzi sifətlər vardır ki, onların bəzisinə nəzər salaq: 1. İstərklərimiz Allahdan olmalıdır. Biz insanlar dua edən zaman çox sayda istəklərimizi bəyan edirik. Ancaq belə görünür ki, dualarımızın başında sinə genişliyi durmalıdır. Yəni Allahdan sinəmizi genişləndirib bizə dözüm qüvvəsi verməsini istəyək. Necə ki, Həzrət Musa (ə) Allahdan istəmişdi. 2. Namaz və imanın rolunu həyatımızda daha çox rəngləndirək. Allah Təala "Məaric” surəsində hövsələsiz insanın xüsusiyyətlərini sayandan sonra onunla mübarizə yollarını bəyan edir. Elə insanları təsvir edir ki, heç bir zaman bu sifətin can və ruhuna daxil olmasına imkan vermirlər. Onların ən üstün xüsusiyyəti budur ki, namaza əhəmiyyət verərlər. "Namaz qılanlardan savayı. O kəslər ki, namazlarında davamlı və möhkəmdirlər. O kəslər ki, onların mallarında məlum (müəyyən) bir haqq vardır (vacib və müstəhəb zəkatlar və Allah yolunda olan digər xərclər kimi)”. ("Məaric” 22-24). Allah biz insanlara hövsələsizliklə mübarizə aparmaq üçün namaza pənah aparmağımızı tövsiyə edir. "Ey iman gətirənlər, səbir və namazdan kömək diləyin ki, həqiqətən Allah səbir edənlərlədir”. ("Bəqərə” 153). Beləliklə, deyə bilərik ki, əgər səbirli olmaq istəyiriksə, sinə genişliyi arzulayırıqsa, ibadətlərimizə diqqət edək. Xüsusilə də namazımıza. Hazırladı: Məşhədi Xanım, /Deyerler.org/ | |
Views: 719 | Downloads: 0 | Rating: 5.0/1 |
Total comments: 0 | |