Həzrət Peyğəmbər (s) buyurur: "Mədə - hər bir dərdin evidir və pəhriz saxlamaq - hər müalicənin başlanğıcıdır”.
Yaxşı olar ki, biz insanlar cismimiz üçün pəhriz saxladığımız kimi,
ruhumuz üçün də pərhiz saxlayaq. Ruhumuzun pəhrizi üçün nə etməliyik?
Bunlara riayət edərək, ruhumuza təravət və sevinc qazandıra bilərik.
1. Yalan danışmayaq.
2. Töhmət vurmayaq.
3. Söz gəzdirməyək və başqalarına ziyan vurmağa çalışmayaq.
4. Qeybət etməyək.
5. Heç kimin abrını aparmayaq.
6. Sevgi dolu olaq və düşmənçilikdən çəkinək.
7. Ədəbli olaq.
8. Söyüş söyməyək. İmam Sadiq (ə) bir nəfərlə ünsiyyət saxlayardı və
bir gün görür ki, həmin şəxs əsəbi olaraq söyüş söyməyə başlayır. İmam
(ə) onunla əlaqəsini kəsir. Nə zaman səbəbini soruşsalar, deyərdi ki,
"görmədiniz necə söyüş söyürdü”.
9. Əmanətdar olaq.
10. Xain baxışlarla baxmayaq.
11. Əsəbi olmayaq və həyat yoldaşımıza, uşaqlarımıza və əlimizin altına işləyənələrə qəzəbli sözlər deməyək.
12. İnsanların haqqını tapdalamayaq.
13. Məsuliyyətli olaq, özümüzə və başqalarına xəyanət etməyək.
14. Bütün dini vəzifələrimizə əməl etməyə çalışaq.
(Tebyan/ deyerler)