Bazar günü, 2024-12-22, 9:25 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Əxlaq » Gözəl əxlaq dinin yarısıdır

Quranı üzündən oxumağın savabı
2013-08-16, 5:18 AM
Quranı üzündən oxumağın savabı

Allah Təala bizlərə Nur adlandırdığı möcüzəsini göndərmiş və biz müsəlmanlara əmanət etmişdir. "Ey insanlar, həqiqətən Rəbbinizdən sizə (peyğəmbər, din və onun möcüzələri kimi) bir dəlil-sübut gəlmişdir. Və sizin üçün aşkar və aydınlıq gətirən bir nur (Qur’an) nazil etdik”. ("Nisa” 174).
"Elə isə, Allaha, Onun Rəsuluna və nazil etdiyimiz nura (Qur’ana) iman gətirin! Allah etdiyiniz əməllərdən xəbərdardır”. ("Təğabun” 8).
 
Quran Tövrat və İncili də nur adlandırmışdır.
"Həqiqətən Biz onda hidayət və nur olan Tövratı nazil etdik”. ("Maidə” 44).
"Və ona içində hidayət və nur olan, özündən əvvəlki Tövratı təsdiq edən və pəhrizkarlar üçün hidayət və nəsihət olan İncil verdik”. ("Maidə” 46).
Belə ki, bu səma kitabları insanlara dünya və axirət səadətinin yollarını göstərir və düz yola hidayət edirdilər. Müsəlman hər nə qədər son göndəriş olan bu İlahi kitaba əməl etsə, dünya və axirət saədəti daha çox olar.
Əshaq ibni Əmmar İmam Sadiqdən (ə) soruşur: "Qurban olum, mən Quranı hifz etmişəm. Onu hifzdən oxusam yaxşıdır, yoxsa üzündən?”. Həzrət (ə) buyurur: "Onu hifzdən oxu və üzünə bax. Çünki bu, daha yaxşıdır. Məgər bilmirsənmi ki, Kitabın üzünə baxmaq ibadətdir?”
 
Quranı hifz etmək (əzbərləmək) və Qurana nəzər salmaq iki ibadət sayılır. Əgər kimsə Quranı hifz edibsə (əzbərləyibsə), onu hifzdən deyərsə, bir ibadətdir. Savabı Allahın yanında hazırdır. Ancaq əgər Quranı üzündən oxusa, başqa bir ibadətdir.
Əbuzər Peyğəmbərdən (s) nəql edir: "Quranın səhifələrinə baxmaq ibadətdir”. Beləliklə deyə bilərik ki, Quran sonsuz bir dənizdir və bütün insanlar ondan bəhrələnə bilərlər.
 
Quranı üzündən oxumağın savabı:
1. Hər bir bədən üzvü ibadət zamanı öz bəhrəsini alar. Məsələn, dəstəmaz alan zaman əllər, üz, ayaqların üstü bəhrələnər. Sədəqə verən əlin savabı vardır. Göz Qurana baxaraq bəhrələnər. Biz Qurana baxaraq gözümüzə bu İlahi bəhrəni veririk. Həzrət Peyğəmbər (s) buyurur: "İbadətdə gözünüzə bəhrə verin”. Peyğəmbərdən (s) bunun mənasını soruşdular. Həzrət (s) buyurdu: "Quran səhifələrinə nəzər salmaq, təfəkkür etmək və onun möcüzələrindən ibrət almaqdır”.
 
2. Quran səhifələrinin haqqını vermək. Mənzillərdə, məscidlərdə və başqa yerlərdə olan hər bir Quranın insan üzərində haqqı vardır. Onun haqqını açaraq, ona nəzər salıb, oxuyaraq vermək lazımdır. Bütün evlərdə adətən Quran vardır. Bəzi xanımlar onun üçün gözəl parçadan qab tikib, evin ən yüksək yerinə qoyurlar. Bu yaxşı işdir, ancaq Quranın haqqını vermək deyildir. Quranın haqqını vermək - ona nəzər salıb, oxumaqdır. Əgər evinizdə çox sayda Quran varsa, çalışın ki, onların hamısına nəzər salıb, bir qədər oxuyasınız. İmam Sadiq (ə) buyurur: "Üç şey Allah dərgahında üç qrupdan şikayət edər: O məscid ki, qonşular orada namaz qılmaz, o alim ki, nadanların içində olar, o Quran ki, oxunmaz”.
 
3. Validenlərin günahlarını azaldar. O kəs ki, Quranı üzündən oxuyar, gözlərini bu nurla bəhrələndirdiyi kimi, ata və anasının günahlarının bağışlanmasına səbəb olar. İmam Sadiq (ə) buyurur: "O kəs ki, Quranı üzündən oxuyar, Allah onun gözlərini bəhrələndirər. Onun vasitəsilə ata və anasının günahlarını azaldar, baxmayaraq ki, kafir olsalar belə”.
 
4. Quranın yayılmasına səbəb olar. Əgər hamı Quranı üzündən oxusa, bu iş Quranın yayılmasına və artmasına səbəb olar. Nəticədə hamının əlinin altında bir Quranı olar. Qurana olan rəğbət artar.
 
(Tebyan/Deyerler.org)

Category: Gözəl əxlaq dinin yarısıdır | Added by: Ənfal
Views: 622 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]