Main » Files » Əxlaq » Gözəl əxlaq dinin yarısıdır |
QURANDA "ZƏNN” (GÜMAN)
2013-04-03, 6:05 AM | |
Qurani-kərimdə beş növ gümandan söz açılmışdır: 1-Həqiqətə uyğun gəlməyən güman.("Ənam” surəsi, ayə: 116; "Casiyə” surəsi, ayə: 24; "Ali-İmran” surəsi, ayə: 154; "Bəqərə” surəsi, ayə: 78; "Həcc" surəsi, ayə: 15) 2-Həqiqətlə uyğun gələn güman.("Tövbə” surəsi, ayə: 118; "Haqqə” surəsi, ayə: 17-21.) 3-Günah sayılan güman.("Hücurat” surəsi, ayə: 12. ) 4-Həqiqəti kəşf etməyən güman.("İsra” surəsi, ayə: 52. ) 5-Məhkum olunan güman.(Nəcm” surəsi, ayə: 28. ) Ayələrin məcmusuna diqqət yetirməklə Qurani-kərimin bu məsələyə münasibətini belə qeyd etmək olar: a) Güman təbii ki, insanı həqiqətə çatdırmır. Xüsusilə gümanın müqəddimələrində nəfsani istəklər olarsa.("Nəcm” surəsi, ayə: 23. ) Çünki bu halda, güman nəfsani istəklərə uyub, dəlil və sübutdan uzaqlaşır. b) Məhkum olunan güman insanın əqidə üsullarında, xüsusilə əbədi həyat (qiyamət) və onunla əlaqəli mövzularda yaranır. Yəni belə məsələlərdə elm və yəqinə çatmaq labüddür. v) İnsanların əksəriyyəti gümana uyur, elm və yəqinə çatmaq üçün özlərini zəhmətə salmırlar. q) Qurani-kərimdə məhkum olunan və həqiqətə uyğun gəlməyən güman ən çox Allaha şərik qoşanlara aid edilir.("Ənam” surəsi, ayə: 148; "Yunus” surəsi, ayə: 66; "Nəcm” surəsi, ayə: 23; "Casiyə” surəsi, ayə: 24. ) Diqqət yetirmək lazımdır ki, Qurani-kərimin bəzi ayələrində ("zənn” sözünün yerinə) "zəəm” sözü işlədilmişdir.("Cümə” surəsi, ayə: 6; "Nisa” surəsi, ayə: 60; "Ənam” surəsi, ayə: 22, 94 və 136; "Kəhf” surəsi, ayə: 52; "Qisəs” surəsi, ayə: 62 və 74; "Səba” surəsi, ayə: 22. ) "Zəəm” sözü haqqı hiss etməklə yanaşı olan güman mənasını daşıyır. Quran ayələrinə əsasən, "zəəm” (haqqı hiss etməklə yanaşı güman) digər gümanlarla müqayisədə daha artıq sorğu-suala tutulacaqdır. Çünki bəzilərinin səhlənkarlıq və etinasızlıq üzündən güman etməsi mümkündür. Lakin haqqı hiss etməklə güman edən şəxs öz gümanına diqqət yetirmiş və onun üzərində aparmışdır.(Bax: "Şenaxt əz didqahi elmi və didqahi Quran”, səh.316-318. ) | |
Views: 665 | Downloads: 0 | Rating: 0.0/0 |
Total comments: 0 | |