Cümə günü, 2024-05-03, 11:10 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Əxlaq » Gözəl əxlaq dinin yarısıdır

Quran oxumağın əhəmiyyəti və qaydaları
2013-04-12, 1:57 PM
Quran oxumağın əhəmiyyəti və qaydaları

Quran elə bir dənizdir ki, ucu-bucağı görünməz. İnsan bu dənizə girib o biri sahilə çxımaq istəsə, bacarmaz. Çünki bu dənizin ucu sonsuzdur.

İnsan Quranı tilavət etməklə yanaşı, onun mənası haqqında təfəkkür etməlidir. Çünki bu dənizi ancaq bu cür dərk etmək olar. İnsan hər bir ayə və kəlam haqqında təfəkkür edərsə, Allahın sevimli bəndəsi olar. Çünki burada deyilənlər insanı kamala çatdırar. İnsan onu kamala çatdıran şeylər haqqında düşünərsə, Allaha yaxınlaşar və Ona qarşı mərifəti artar.

"Bəs məgər onlar bu Qur’anın (maarifi) barəsində düşünmürlər?! Əgər o, Allahdan qeyrisi tərəfindən olmuş olsaydı, şübhəsiz, onda çoxlu ziddiyyət tapardılar”. ("Nisa” 82).

Bu ayədən bir neçə nəticə çıxartmaq olar:

1. İnsanların vəzifəsi budur ki, üsuliddin, Peyğəmbərin (s) dəvəti, Quranın haqq olması haqqında düşünüb araşdırsınlar. Kor-koranə inam gətirməsinlər.

2. Quran hamının dərk edə biləcəyi bir kitabdır. Əgər dərk edilməsəydi, Allah onun haqqında düşünməyi əmr etməzdi.

3. Quranın haqq olması və Allah tərəfindən nazil olmasının dəlillərindən biri budur ki, onun heç bir yerində təzad yoxdur.



Quranın əhəmiyyəti.

Dinin nəzərinə görə o kəs ki, Quran ayələri haqqında düşünmür İlahi təhqirə layiqdir. "Belə isə məgər onlar bu Qur’an barəsində düşünmürlər, yoxsa ürəklər(in)ə onun (inadkarlıq, daşürəklilik və bədbəxtlik) qıfılları vurulmuşdur?” ("Muhəmməd” 24).

"(Beləliklə ona Yəhyanı əta etdik və dedik:) Ey Yəhya, kitabı (Tövratı və ya bütün keçmiş səma kitablarını) qüvvətlə (və onların mənalarını başa düşmək qüdrəti ilə) tut!” ("Məryəm” 12).

"Və lakin (ona belə demək yaraşar ki): «kitabın müəllimləri olduğunuz və onu yaxşıca öyrənərək oxuduğunuz üçün Allahpərəst, dinin tərbiyə etdiyi və din alimləri olun»”. ("Ali-İmran” 79).

O kəslər ki, Quranı tərk edirlər, Qiyamət günü Peyğəmbərin (s) şikayəti ilə qarşılaşacaqlar."(Həmin gün) Allahın Peyğəmbəri deyəcəkdir: «Ey mənim Rəbbim! Həqiqətən mənim qövmüm (peyğəmbərliyin əvvəlindən dünyanın sonuna kimi) bu Qur’anı tərk etdi (və onun təlimlərini dərk etməkdən və ona əməl etməkdən üz döndərdi)»” ("Furqan” 30).

"(Bu Qur’an,) ayələrində düşünüb arxasınca getmələri (və onda olan dərin maarifi əldə etmələri) və (əsl) ağıl sahiblərinin ibrət götürmələri üçün sənə nazil etdiyimiz xeyir dolu və mübarək bir kitabdır”. ("Sad” 29).



Quran mübarəkdir və mübarək bir gündə nazil olmuşdur. Bu sonuncu ayədə Quranın həqiqi siması təsvir edilmişdir. Belə ki:

1. Orada mətnlər yazılmışdır.

2. Vəhy və sonsuz İlahi elmdən qaynaqlanır.

3. Onu qəbul edən şəxs məsumdur.

4. Məzmunu çox bərəkətlidir.

5. Nazil olmaqda hədəfi düşünməyimizdir.

6. Ona elm və agahlıq əldə etmək Allaha yaxınlaşmağın və mənəvi yolun müqəddiməsidir.

7. O kəslər bu tofiqə çatarlar ki, müdrikdirlər.

İnsan Quranı oxuyub onun bütün ayələri haqqında düşünməlidir. Ancaq əhkama aid olan ayələr haqqında deyil. İnsan düşünməklə yanaşı, ona əməl də etməlidir. Quran haqqında düşünməyin şərti - ağıl və zəkadır. O kəslər ki, Qurandan dərs almırlar, ağılsızdırlar. Quran maarifi sonsuzdur. Hər kim onun haqqında düşünərsə, yeni məsələlərlə üzləşər.



Quranı oxumağın qaydası.

Hər bir işin proqrama ehtiyacı olduğu kimi, Quran oxumağın da yaxşı bir proqrama ehtiyacı vardır. Bunun şərtləri belədir:

1. "Qurana paklardan başqaları toxunmazlar”. İnsan Quranı tilavət etməmişdən əvvəl pak və pakizə olmalıdır. Dəstəmaz alıb, sonra Qurana toxunmalıdır. Bu ayə həm də onu bildirir ki, Quranı dərk etmək əxlaq rəzilliklərindən uzaq olan insanlara mümkündür. Çünki rəzil sifətlər onun gözü qarşısına pərdə çəkər və həqiqətləri görməkdən məhrum edər.

2. Quranı oxumamışdan qabaq gərək şeytandan Allaha pənah aparasan.

3. Quranı tərtillə (aram-aram, aydın və tərtiblə) oxumaq lazımdır. "Yaxud yarıya artır (onun üçdə ikisini), Qur’anı tərtil ilə (aram-aram, aydın və tərtiblə) oxu!” ("Muzzəmmil” 4). Quran ayələrini yavaş-yavaş oxumaq lazımdır. Cəhənnəm əzabı haqqında olan ayələrdə dayanıb, Allaha təvəkkül etmək lazımdır.

4. Tərtillə yanaşı, düşünmək də lazımdır. Allah ayələrinin əksər hissəsində bizi təfəkkürə dəvət edir.

5. O kəslər ki, Qurana qulaq asır, gərək sükut etsinlər. Təfəkkür və düşüncə ilə bir yerdə olan sükut. "Qur’an oxunan zaman ona qulaq asın və susun ki, bəlkə rəhm olundunuz”. ("Əraf” 204).

Beləliklə, deyə bilərik ki, Quran biz insanlara Allah tərəfindən əta edilmiş dəyərli bir xəzinədir. Bu xəzinənin qədrini bilək və ondan lazımlı səviyyədə faydalanaq.



(Tebyan/ Deyerler.org)
Category: Gözəl əxlaq dinin yarısıdır | Added by: Ənfal
Views: 739 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]