Çərşənbə günü, 2024-05-08, 10:55 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Əxlaq » Gözəl əxlaq dinin yarısıdır

Qeybət nə zaman günah və nə zaman caizdir
2013-04-04, 9:51 AM
Qeybət nə zaman günah və nə zaman caizdir

 İnsanın bu dünyadakı ən böyük sərmayəsi heysiyyət və abırıdır. O şey ki, onun abırını təhlükəyə salar, insanı məhv etməkdən daha pisdir. Qeybət o günahlardandır ki, insanın şəxsiyyətini sual altına salar. Bəzən də başqalarının nəzərində dəyərsiz edər. Ona görə də qeybət başqasının arxasında nalayiq söz danışmaqdır. Heç kim bu sözləri bəyənmir.


Beləliklə, deyə bilərik ki, qeybət başqasının arxasınca onun eyblərini və nöqsanlarını danışmaqdır. İstər bu nöqsanlar onun dininə aid olsun, istərsə də əxlaq, ruhi və ictimai məsələlərinə.



Qeybətin növləri:

Qeybət geniş bir məfhumdur ki, demək, yazmaq, işarə və təqlidə şamil edilir. Hədisdə deyilir ki, bir qadın Həzrət Peyğəmbərin (s) xidmətinə gəlir və gedən zaman xanımı onun boyunun qısa olmasına əli ilə işarə edir. Həzrət (s) buyurdu: "Qeybətini etdin”.

İnsan qeybət edərək din qardaşının abırını aparar və onun nöqsanlarını aşkar edər. Heysiyyət və abır - çox dəyərli və əzizdir. Əgər əldən gedərsə, onu qaytarmaq çətin olar. Allah müsəlmanları heysiyyətli və abırlı istəyir. Əgər siz qeybət vasitəsilə kiminsə abırını aparmısınızsa, o, sizinlə necə qardaş ola bilər ki? Qeybət qardaşlıq bağlarını məhv edər, düşmənçilik toxumu səpər. Allah müsəlmanları düşmən deyil, qardaş olaraq sevir.

Həzrət Peyğəmbər (s) buyurur: "Qeybət bağışlanmaz o zamana qədər ki, qeybət olunan onu bağışlasın”.

Həzrət (s) başqa yerdə buyurur: "Qeybətini etdiyin kəsin kəffarəsi odur ki, onun üçün məğfirət istəyəsən”.

İmam Sadiq (ə) buyurur: "O kəs ki, insanlarla alış-verişdə, mübadilədə zülm etməz, onlara yalan deməz, vədəsinə sadiq olar, o kəslərdəndir ki, qeybəti haram, şəxsiyyəti kamil, ədaləti aşkar, onunla qardaşlıq etmək vacibdir”.

Bu hədisdən belə nəticə çıxartmaq olar ki, o kəslər ki, yuxarıda sayılan sifətlərin əksinə malik olarsa, onun qeybətini etmək caiz olar.

Qeybət günahdır və əxlaqın rəzil sifətlərindəndir. Ancaq bəzən İslam və müsəlmanların xeyirinə olan işlərdə bunu etmək olar. Çünki müsəlmanları qarşıdan gələn təhlükə ilə xəbərdar edərsən. Yəni qeybət o zaman caiz olar ki, möminləri təhlükədən, gözləyən problemlərdən xəbərdar edəsən.



(Tebyan/ Deyerler.org)
Category: Gözəl əxlaq dinin yarısıdır | Added by: Ənfal
Views: 608 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]