Cümə axşamı, 2024-03-28, 7:37 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Əxlaq » Gözəl əxlaq dinin yarısıdır

Pak-pakizə həyata kimlər layiqdir?
2014-02-17, 1:09 AM
Pak-pakizə həyata kimlər layiqdir?

  Bəzən elə olur ki, insan ruhunda nəyinsə çatışmadığnı hiss edir. Bizim ruhumuzun da yeməyə və mənəvi həyata ehtiyacı vardır. Biz bu dünyamızın yaxşı olması və axirətimizin də xeyirli olması üçün ruhumuza diqqət etməliyik. (Tebyan)
Allahın bu dünyadakı nemətləri maddidir və həm də mənəvi. Ancaq insanların əskər hissəsi onun maddi tərəfinə diqqət edərlər. Ancaq bəzi həqiqətlər və sirlərin olduğundan qafildirlər. Allah insanları agah etmək üçün Quranda mənəvi nemətlərin əhəmiyyətindən bəhs etmişdir.
Dünyada cismin sağlamlığı hamının daha çox diqqətini cəlb edər. O zaman ki, soyuqlayırıq, ürək və başımız ağrıyır - tez bir zamanda onu müalicə etməyə çalışırıq. Ancaq illər boyu həsəddən, paxıllıqdan, qəzəbdən əziyyət çəkirik, bilmirik ki, bu xəstəliklər cismimizi də hədələyir. Ancaq ruhumuzun sağlamlığı üçün heç bir hərəkət etmirik. Allah Təala Quranda buyurur: "O zaman o, təmiz qəlblə öz Rəbbinə tərəf gəldi (Rəbbinə üz tutdu, Onun birliyini təsdiq edərək özünü Ona təslim etdi)”. ("Saffat” 84).
Başqa bir tərəfdən isə insan digərlərinin nemətlərini görür və ən böyük mənəvi nemətə malik olsa belə, yenə də naşükür olur. Biz gərək dünya və dinimiz üçün həmişə dua edək.
İnsan ölən zaman mənəvi həyatı başlayar. Quranın buyurduğuna görə, biz insanların həqiqi vətəni - həmin mənəvi aləmdir. O qədər insanlar vardır ki, sağ olmaqlarına baxmayaraq, diri ölüdürlər. Bitki və heyvan kimi yaşayarlar. Ruhi təkamülləri yoxdur. Onların bütün həyatı yemək, yatmaq və nəfsani istəklərinə çatmaqla keçər. "Şübhəsiz, sən ölülərə, (küfr və inad edənlərə) eşitdirə bilməzsən və öz dəvətini üz çevirib dönən karlara çatdıra bilməzsən”. ("Nəml” 80).
Allah yaxşı əməl sahiblərinə vədə vermişdir ki, başqa insanlar kimi maddi həyata malik olduqları kimi, yeni və pakizə həyata da malik olarlar. Haqla batili bir-birindən ayıra bilən nuraniyyətə malik olarlar. Ona görə də möminlər dünyanın bu qədər bər-bəzəyinə malik olmasına baxmayaraq, ona bel bağlamazlar. Bu, təyyibə həyatla olan bağlarına görədir. Çünki onlar özlərini elə bir aləmə bağlayıblar ki, bir zərrə qədər də onda nöqsan olmaz. İnsan özündə elə izzət və əzəmət əldə edər ki, təsvir ediləsi deyildir. Çünki elə bir həyata bağlanmışdır ki, orada ölüm, əziyyət və bədbəxtlik yoxdur. "Hər kim – kişi, yaxud qadın imanı olan halda yaxşı iş görsə, onu şübhəsiz, (dünyada) pak bir həyatla yaşadacaq və (axirətdə) mükafatlarını çox gözəl olan əməllərinin müqabilində verəcəyik”. ("Nəhl” 97).
İmam Sadiq (ə) buyurur: "Sonsuz mənəvi xəzinə və sərvət odur ki, insan hərisliyə düçar olmaz və azad şəkildə yaşayar”.
İmam Rza (ə) buyurur: "Allahın bəndələri arasında ürək adında piyaləsi vardır ki, hər şeydən gözəli həmin piyalədir ki, ən saf, ən möhkəm və ən lətifdir. Allah dini qarşısında hamından möhkəm, günah qarşısında hamıdan pak və din qardaşı qarşısında hamıdan lətifdir”.
Beləliklə, mənəviyyatımıza daha çox diqqət edək və qəlbimizi mənəvi dənizin pak suları ilə yuyaq ki, təyyibə həyata layiq olaq.
 
/Deyerler.org/

Category: Gözəl əxlaq dinin yarısıdır | Added by: Ənfal
Views: 1009 | Downloads: 0 | Comments: 1 | Rating: 0.0/0
Total comments: 1
0  
1 imanli   (2014-02-23 8:10 PM) [Daxil et]
QUDRET SAHIBI ALLAH BUTUN MUSULMANLARIN EYEBII ORTUSUN INSALLAH AMIN :bye:

Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]