Cümə günü, 2024-04-26, 8:04 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Əxlaq » Gözəl əxlaq dinin yarısıdır

Mübarək dinimiz dünyanı bizə necə tanıdır?
2013-02-06, 10:13 AM
Mübarək dinimiz dünyanı bizə necə tanıdır?

 Dünya ləzzətləri bir çoxlarının gözünü kor etdiyinə görə, batinlərini dərk etməkdən qafil olarlar. Qafil və xəbərsiz insanlar üçün Quranda və hədislərdə çox sayda misallar çəkilmişdir. Hər biri o birisindən daha ayıldıcı və daha mənalıdır.


1. Dünya yağış suyuna bənzədilmişdir ki, səmadan nazil olar. Çox sayda bitkini yetişdirər. Hər bir şeyə həyat bəxş edər. Ancaq bir neçə aydan sonra xəzan fəsli gələr. Bitkilər saralar və ağaclar quruyar. Ağacın yarpaqları solub tökülər. Həyatın əlamətləri dağılmağa başlayar. "Və onlara dünya həyatını misal çək ki, (o,) göydən endirdiyimiz su kimidir. Yerin bitkiləri onun (bu suyun) vasitəsilə (bitir və) bir-birlərinə qarışırlar (və gözəl bir mənzərə yaranır). Sonra (az bir zamandan sonra) quruyurlar. Beləliklə küləklər onları (hara gəldi) səpələyər. Allah həmişə hər bir şeyə qadirdir». ("Kəhf” 45).

2. "Dünya qara su çıxırına və ya gilli bulağa bənzədilmişdir ki, həlakedici imtahandır. Elə bir nurdur ki, tezliklə sönəcəkdir. Aradan gedəcək kölgədir. Xarab olmaqda olan söykənəcəkdir”. ("Nəhcul-bəlağə”).

3. Hədislərin birində oxuyuruq: "Dünya buludların kölgəsi kimidir. Heç bir zaman qalıcı deyildir. Yuxudakı səhnələrə bənzəyər. Ya da zəhər qatılmış bala bənzəyir”.

4. "Dünya sanki kamandır ki, oxu qoyulmuş və öz əhlini nişan almışdır. Bu kamanın oxu heç bir zaman xata etməz. Vurduğu yara müalicə olunmaz”. ("Nəhcul-bəlağə”).

5. Hədislərin birində oxuyuruq: "Dünya insanın kölgəsi kimidir. Hər nə qədər ardınca qaçsa, uzaqlaşar. Əgər dayansa o, da dayanar.”

6. Başqa bir yerdə oxuyuruq: "Dünya aldadıcıdır, gözəl bir qadın kimidir. Hər gün bir ər seçər və hər axşam onu öldürər”.

7. "Dünya tez qaçan at kimidir, əhli ona minmişdir. Onları özü ilə aparır, halbuki, onlar yatıblar”.

8. "Dünya sanki bir paltardır, əvvəldən axıra qədər sökülmüşdür. Ondan ancaq bir sap qalmışdır ki, hər zaman bu sap da paralana bilər. Paltar da düşər”.

9. "Dünya dənizin şor suyu kimidir. İnsan ondan hər nə qədər çox içsə, susuzluğu artar. Nəticədə onu öldürər”.

10. "Dünya bir körpüdür ki, onu keçmək lazımdır. Nəinki dayanıb onu təmir etmək”.

11. "Dünya ömrü axirət qarşısında o qədər qısadır ki, barmağını dənizə salsan, sonra çıxartsan əldə qalanla dənizin fərqi qədər olar”.

12. "Dünya öldürücü zəhər kimidir. O insanlar ki, onu tanımır, içərlər və həlak olarlar”.

13. "Dünya tələ kimidir, elmsiz insanlar ora düşərlər”.

14. "Dünyanın məsəli atlının məsələ kimidir ki, isti yay günlərində istirahət etmək üçün ağacın kölgəsinə enər. Bir saat istirahət etdikdən sonra onu tərk edər”.

15. "Dünya dərin dənizdir ki, çox sayda insan orada qərq olur və həlak olurlar”.

16. "Dünya zahiri gözəl olan ilan kimidir, batinində öldürücü zəhəri vardır”.



(Tebyan/ Deyerler.org)
Category: Gözəl əxlaq dinin yarısıdır | Added by: Ənfal
Views: 754 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]