Bazar günü, 2024-12-22, 10:50 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Əxlaq » Gözəl əxlaq dinin yarısıdır

Möminin zəlil olmaq ixtiyarı yoxdur
2013-05-15, 8:08 AM
Möminin zəlil olmaq ixtiyarı yoxdur

 İnsanın ruh və canı tükdən də nazik və dərin, qarışıq mənaya malik olan bir varlıqdır. Nə zaman çətinliyə düçar olarsa, ona ancaq vəhy vasitəsilə şəfa vermək olar. Əhli-beytin (ə) hədislərində bu şəfabəxş edən tövsiyələrə çox rast gəlmək olur. Bu Məsumlardan (ə) biri də onuncu İmamdır (ə). İmam Hadi (ə) ruhu xəstə olanlara şəfabəxş edən reseptlər təqdim edir və buyurur: "O kəs ki, özünə dəyər vermir, onun şərindən amanda olma”.


İnsan nəfsi Allahın bizlərə bəxş etdiyi ən şərəfli məxluqdur. Allah onun içində özünəməxsus və müxtəlif istedadlar qərar vermişdir. Bu istedadlardan biri Haqqın aynası olmaqdır. Bundan da şərəfatlə bir məqamı təsəvvür etmək olarmı?

Qüdsi hədisdə deyilir: "Yer və göy Mənim genişliyimə tab gətirə bilmir. Ancaq mömin bəndənin qəlbi Mənim genişliyimə tab gətirir”.

Bu cür nəfs və qəlb tanınmaq istəməzmi? Məgər buyurmayıblar ki: "Ən faydalı bilik - nəfsi tanımaqdır”. Bu cür vəziyyətlə əgər insan öz zatının dəyərini bilməzsə, Allah onun daxilində bahalı bir gövhər qoyduğunu bilməzsə, həlakət dərəsinə yuvarlanar.

İmam Əli (ə) buyurur: "Sizin nəfsinizin qiyməti - behiştdən başqası deyildir. Ona görə də ehtiyatlı olun ki, onu behiştdən digəri ilə ticarət etməyəsiniz”.

Bununla əlaqədar olaraq, İmam Hadi (ə) buyurur ki, o kəs ki, özünü xar hesab edər, özünə dəyər verməz, onun şərindən amanda qalmazsan. Biz əgər bir qədər ətrafımıza baxsaq və ya tarixə nəzər salsaq, görərik ki, Hitler, Səddam kimi məlun insanlar kiçik yaşlarından başqaları tərəfindən daima təhqir edilmişdilər. Ona görə də böyüyən zaman intiqam hissinə əl atıblar.

Həmçinin bir çox ağır cinayətləri araşdıran zaman görmək olur ki, canilər uşaq vaxtı çox təhqir edilmiş və alçaldılmış insanlar olmuşdular. Məsələn, Səddamın ögey atası kiçik yaşlarından ona çox əziyyət vermişdir. Bütün bunlar nəfsə edilən həqarətlərin nəticəsidir. Böyüyən zaman da belə bir qatı cinayətkara çevrilir.

İmam Əli (ə) buyurur: "O kəs ki, öz qədrini bilər, həlak olmaz”.

Başqa yerdə buyurur: "Allah bağışlasın o kəsi ki, özünə dəyər verər”.

İmam Sadiq (ə) buyurur: "Allah möminin bütün işlərini özünə tapşırmışdır, bir məsələdən başqa. O, budur ki, haqqı yoxdur ki, özünü xar və zəlil etsin. Çünki Allah izzəti Özü, Rəsulu və möminləri üçün seçmişdir”.

Başqa bir hədisdə oxuyuruq ki, buyurub: "Möminə yaraşmır ki, özünü zəlil etsin”. Soruşurlar ki: "Özünü necə zəlil edə bilər?” Buyurur: "Elə bir iş görər ki, üzr istəməli olsun ya da elə bir işə girər ki, onu etmək qüdrəti olmasın”.



Bunu qeyd edək ki, zəlil etmək dedikdə, məqsəd özünü insanların qarşısında zəlil etməkdir. Ancaq Allah qarşısında təvazökarlıq göstərmək bu işlə fərq edir. Bu, əslində əxlaqi fəzilət sayılır.

Mömin bunu bilməlidir ki, başqalarını təhqir etmək olmaz. Əgər onlar bizim bu səhvimizə görə günah işlədərlərsə, biz də həmin günahda şərik olarıq.



(Tebyan/ Deyerler.org)
Category: Gözəl əxlaq dinin yarısıdır | Added by: Ənfal
Views: 853 | Downloads: 0 | Comments: 3 | Rating: 5.0/3
Total comments: 3
0  
3 GADİR   (2013-05-20 2:37 PM) [Daxil et]
ƏLHƏMDULİLLAH !  ALƏMLƏRİN  RƏBİNDƏN  DİLƏYİRƏM  BÜTÜN  MÖMİN  BACİ  VƏ QARDAŞLAR  ÜÇÜN,  ALLAH-TƏALANİN  NAZİL  ETDİYİ ELMDƏ ÇALİŞANLARA, XÖŞBƏXTLİK VƏ AXİRƏTDƏ ÜZÜ GÜLƏRLİK, SİZLƏRƏ BELƏ MƏQAM ! AMİN !
SALAMUN ALEYKUM VƏ RAHMƏTULLAH
.
BƏS SİZ DEDİZ YOXDİR, OLARMİ HELƏ İŞ !? smile

0  
2 Ənfal   (2013-05-16 3:10 PM) [Daxil et]
Aleykum salam. Xeyr, yoxdur. Bahəm

0  
1 GADİR   (2013-05-16 10:18 AM) [Daxil et]
Salam aleykum.
ALLAH RAZI OLSUN.
Baci, 5-dən yüksək reyting yoxdir? Ehtiyata əsasən 5+5=reytinq 10

Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]