Cümə günü, 2024-04-26, 7:40 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Əxlaq » Gözəl əxlaq dinin yarısıdır

Mənəvi həddi-büluğa çatmağın 14 yolu
2013-04-02, 8:32 AM
Mənəvi həddi-büluğa çatmağın 14 yolu

İnsan 14 yolu keçərək mənəvi həddi-büluğa çata bilər.




1. Görmək.



Mənəvi həddi-büluğa çatmağın ilk addımı - görməkdir. Yaxşı olar ki, bir neçə dəqiqə dünyadan ayrılıb ətrafımıza nəzər salaq. Təfəkkürlə nəzər salaq. O kəs ki, güzgünü təmizləyir, ancaq ona baxar. Onun çirklərini təmizləyər. Ola bilsin ki, əslən özünə diqqət etməsin. Ona görə də ətrafımızda olanlara təfəkkürlə baxmağa çalışaq. Baxaq görək ki, quşları havada hansı qüvvə saxlayır. İlahi məxluqlara nəzər salaq və onun əzəmətini görək.



2. Eşitmək.

İlahi məxluqları və nemətləri görəndən sonra gərək eşidən qulağın olsun. Elə bir qulaq ki, hər səsi eşidir, sənə lazım deyildir. Gərək Haqqın səsini eşidəsən. Çünki o insan ki, eşitmir, o, heç nəyi bilə bilməz. O kəslərin ki, eşitməyə ehtiyacları yoxdur, onlar eşidə bilməzlər. Ona görə də bir yerə çatmazlar.



3. Qalmaq.

Şagird dərsini öyrənmir, ona görə də gərək dərsdə qalsın ki, onu öyrənsin. İnsanın qədəm basdığı hər yol onu hədəfinə çatdırmalıdır. Bu yolda səbirli olmalıdır. O kəslər ki, qalmayıb və səbir etməyiblər - bir yerə çata bilməzlər.



4. "Mən” deməmək.

İnsan əgər ali bir məqama çatmaq istəyirsə gərək "mən” deməsin. Mən demək insanı mənəvi həddi-büluğdan saxlayar. İnsan gərək iftixar etsin ki, Allah bəndəsidir. "Mən” deməmək Allah qarşısında təvazökarlıq olar.



5. Görməmək.

İnsan bu yolda gərək özünü başqalarından üstün görməsin. Bu sifət üç halda cilvə edər: 1. hamıya salam vermək. 2. daxil olduğu məclisdə harada yer olsa, orada oturmaq. 3. nə zaman ki, qarşı tərəf haqqı desə, onu qəbul etmək.



6. Namaz qılmaq.

Mənəvi həddi-büluğun nişanələrindən biri gecə namazını qılmaqdır. Gecə ibadətinin xüsusi əhəmiyyəti vardır. Mənəvi məqamların bir çoxu bu zaman insana əta edilər.



7. Qorxuya malik olmaq.

Mənəvi həddi-büluğa çatmaq üçün insanda qorxu olmalıdır. Bu hiss insana məqsədinə çatmaqda yardım edər. İnsan hər zaman təkəbbürə düşməkdən qorxmalıdır. Çünki bu yolda irəliləyən zaman təkəbbür sorağına gələr.



8. Malik olmamaq.

İsraf etməmək və bu sifətə malik olmamaq. İsraf insana hədəfinə çatmağa mane olar. İsraf haqqında bir neçə məsələ: Elə şey alar ki, şəninə uyğun olmaz. Elə şey yeyər ki, şəninə uyğun olmaz.



9. Zikr demək.

İnsan mənəvi həddi-büluğa çatmaq üçün "Lə iləhə illəllah” zikrini deməlidir. İnsan bu zikri qəlbən qəbul etməlidir.



10. Günahdan uzaq olmaq.

Mənəvi həddi-büluğa çatmaq üçün maneəni kənara çəkmək lazımdır. Bu maneələrdən ən böyüyü - günahdır. O kəs ki, mənəvi həddi-büluğa çatmaq istəyir, gərək günahdan uzaq olsun.



11. Şəkdə qalmamaq.

İnsan gərək şəkk və şübhədə qalmasın. Çünki bu zaman irəli gedə bilməz.



12. Pak etmək.

Özünü bütün çirkinliklərdən və günahdan pak etmək.



13. Ötüb keçmək.

Hər bir yersiz sözdən və hərəkətdən ötüb keçmək.



14. İstəmək.

Sonuncu mərhələ Allah Təaladan istəməkdir. Ailən, dostların, valideynlərin, müsəlman bacı və qardaşın üçün dua etməkdir. Bütün hər şey ondan asılıdır.



(Tebyan/ Deyerler.org)
Category: Gözəl əxlaq dinin yarısıdır | Added by: Ənfal
Views: 664 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]