Main » Files » Əxlaq » Gözəl əxlaq dinin yarısıdır |
Lövhi-məhfuzda yazılan ilk cümlə
2013-03-26, 5:49 AM | |
Lövhi-məhfuzda yazılan ilk cümlə Təəssüf ki, insanlar başqalarının təcrübələrindən çox, öz səliqələrinə, şəxsi zövqlərinə üstünlük verirlər. Belə bir xasiyyətlə İslama daxil olanda vəziyyət bir az da ağırlaşır. İslam ilahi qanunlar qarşısında təslim olmaqdır. Başı dik tutmaq, hər işdə öz qanununu irəli sürməklə müvəffəqiyyətə çatmaq, dində məqam qazanmaq olası iş deyil. Dini kəsimdə Allah qanunlarına diqqətsilik bu kəsimin əhatə dairəsinin genişlənməsinə mane olur. Bu məsələnin ictimai tərəfidir. Daha təhlükəlisi insanın dindən bəhrələnməməsidir. Axı din yolunu tutub öz yerişini yeriməklə hansı məqsədə çatmaq olar?! Din möminlər qarşısında təvazö, zalımlarla mübarizədir. Necə ola bilər ki, İslama gəlmiş insan Allahın sev dedikləri ilə konfliktə girib, vuruş dedikləri ilə sazişdə ola?! Yox, söhbətimizin mövzusu siyasi deyil. Sırf mərhəmət mövzusunda danışacağıq. Lövhi-məhfuz Allah dərgahında yazıların qeydə alındığı lövhədir. Rəvayətlərə əsasən, bu lövhədə Allahın yazdığı ilk cümlə budur: "Məndən başqa məbud yoxdur və kimdən ata-anası razısa mən də razıyam.” Ata-anamızla hansı münasibətdəyik? Allahın əmanət tapşırdığı ata-anamız bizdən razıdırmı? Allah hətta kafir valideynlərə qarşı hörmətsizliyə icazə vermir. Əlbəttə ki, söhbət valideynin "namaz qılma”, "oruc tutma”, "hicab bağlama” kimi qeyri-məntiqi əmrlərinə itaətdən getmir. Allahın əmrlərinə itaət vacibdir. Ata-anaya hörmət də Allahın əmri olaraq vacibdir. Yəni istənilən bir halda valideynə hörmətsizlik etmə, "uf” demə... Həzrət Peyğəmbər (s) buyurur: "Allahın rəhmət qapıları dörd dəfə açılar: yağış yağanda, övlad valideynə təbəssümlə baxanda, Kəbənin qapısı açılanda, izdivac zamanı.” İmam Baqir (ə) buyurur: "Hər mömində dörd sifət olsa Allah onu behiştdə ən yüksək mərtəbəyə qaldırar: ata-anaya infaq etmək, onlarla mehriban davranmaq, onlara yaxşılıq etmək, onları qəmləndirməmək...” İmam Sadiq (ə) buyurur: Həzrət Musa (ə) Allah-Taala ilə minacat zamanı bir şəxsin ilahi ərş kölgəsində durduğunu görüb bunun səbəbini soruşur. Allah-Taala buyurur: " O, ata-anasına yaxşılıq edib və xəbərçi olmayıb.” İmam Sadiq (ə) buyurur: "Bizim şiələr valideynlərinə yaxşılıq etməklə tanınar.” Ata-ana ilə pis rəftarın axirət cəzasından əlavə dünyada ağrıları var. Qüdsi hədisdə nəql olunur ki, Allah-Taala buyurdu: "And olsun izzət və cəlalıma, ağvalideyn (ata-ananın üzünə qayıdan) insan bütün peyğəmbərlərin ibadətini yerinə yetirsə qəbul etmərəm.” Valideynə hörmətsizlik insanın ömrünü qısaldar, şəxsiyyətini alçaldar. İmam Sadiq (ə) buyurur ki, valideynə hörmətsizli duaların qəbuluna mane olar. İnsan hər zaman ata-anasına yaxşılıq edə bilər. Amma bəzi məqamlarda yaxşılığın savabı ikiqat olur. İmam Baqir (ə) buyurur ki, Qurban bayramı günü ən üstün əməllərdən biri valideynə yaxşılıqdır. Həzrət Peyğəmbər (s) buyurur: "Hər cümə günü ata-anasının qəbrini ziyarət edənin günahları bağışlanar, bu adam xeyir əməl sahiblərindən yazılar.” haqyolu | |
Views: 760 | Downloads: 0 | Rating: 0.0/0 |
Total comments: 0 | |