Main » Files » Əxlaq » Gözəl əxlaq dinin yarısıdır |
Kamil möminin 5 xüsusiyyəti
2013-05-27, 6:07 PM | |
Həzrət Peyğəmbər (s) İmam Əliyə (ə) buyurur: "Kamil möminin 103 sifəti vardır. Bu səfətlər beş cəhətdə xülasə olur: keçici əməl sifəti, davamlı əməl sifəti, niyyət, zahiri və batini sifət”. Sonra İmam Əli (ə) buyurur: "Ey Allahın Rəsulu! Bu 103 sifət nədir?”. Həzrət (s) buyurur: "Ey Əli! Möminin xüsusiyyətindəndir ki, həmişə fikirləşər, Allahın zikrini aşkar deyər. Elmi kəsir, hövsələ və dözümü çox olar. Münaqişə zamanı gözəl rəftar edər”. Bu hədis həqiqətdə bizə İslami əxlaqın gözəl nümunəsini bəyan edir. Həzrət Peyğəmbər (s) buyurur ki, mömin gərək həmişə təfəkkürdə olsun. Təzə şeyləri dərk edər və elminin səviyyəsi ilə qane olmaz. Həzrət (s) möminin ilk sifəti kimi təfəkkürü bəyan edir. Bu da fikirləşməyin əhəmiyyətini bizə nişan verir. Əgər görəcəyimiz işlərin nəticəsini fikirləşsək çətinliyə düşmərik. Möminin ikinci sifəti kimi aşkar zikr etməyi bəyan edir. İslam təlimlərində həm aşkar zikr vardır və həm də gizli. Zəkat və sədəqə kimi. Hər birinin öz faydası vardır. Möminin üçüncü sifəti isə elminin çox olmasıdır. Hədislərdə oxuyuruq ki, möminin savabı onun elminin səviyyəsinə görədir. Yəni, bir insan iki rükət namaz qılıb elə bir savaba malik ola bilər ki, başqası qıldığı yüz rükətli namazla bu qədər savaba malik olmaz. Möminin dördüncü sifəti isə səbir və dözümüdür. Yəni, bir möminin elmi artarsa, səbri də çox olar. Alim cəmiyyətdə çox sayda insanla rastlaşır. Əgər səbri olmazsa, problemlə üzləşər. Buna Həzrət İbrahimin (ə) səbrini, Həzrət Lutun (ə) yolunu azmış qövmün qarşısında səbrini misal çəkə bilərik. Mələklər yerə enən zaman ilk əvvəl Həzrət İbrahimə (ə) övladı olacağını müjdə verir və sonra da Həzrəti Lutun (ə) sorağına gedirlər. "Beləliklə, elə ki, İbrahimin qorxusu getdi və (övlad) müjdə(si) ona yetişdi, Lut qövmü barəsində bizim (mələklərimiz)lə söhbət və mübahisə etməyə başladı. Doğrudan da İbrahim çox həlim və camaata ürəyi yanan, dərindən ah çəkən və (Bizə tərəf) qayıdan idi”. ("Hud” 74-75). İnsanın belə bir qövm qarşısında səbirli olması - onun elm və kəramətinin nişanəsidir. Möminin beşinci sifəti gözəl mübahisə etməkdir. Bir insanla elmi cəhətdən mübahisə etmək gözəldir, ancaq dava və münaqişə etmək deyil. Əgər hansısa etirazımız varsa, onu gözəl şəkildə etməliyik. Beləliklə, deyə bilərik ki, əgər həqiqi mömin olmaq istəyiriksə, bu 5 sifətə malik olmağa çalışaq. (Tebyan/ Deyerler.org) | |
Views: 685 | Downloads: 0 | Rating: 0.0/0 |
Total comments: 0 | |