Şənbə günü, 2024-05-18, 8:36 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Əxlaq » Gözəl əxlaq dinin yarısıdır

İztirab çəkən insanın təvəkkülü yoxdur!
2013-05-18, 5:55 AM
İztirab çəkən insanın təvəkkülü yoxdur!

Bəlkə də İslam məfhumları arasında "təvəkkül” qədər çətin tərif veriləsi məfhun yoxdur. Bu məfhuma əxlaq alimləri, ürfan əhli və təsəvvüf böyükləri fərqli tərif vermişlər. Təvəkkülün əsası Allaha etimadda axtarılmalıdır. Allaha etimadı olmayan insan öz işlərini Ona həvalə edə bilməz. Belə bir insan dildə təvəkkül etsə də, qəlbi aramlıq tapmaz, iztirablardan qurtulmaz. Allaha imanla Ona etimad rabitəsi təvəkküldə özünü göstərir. Qurani-kərimdə buyurulur: "Əgər imanınız varsa, Allaha təvəkkül edin.” Bəli, iman gücləndikcə təvəkkül də güclənir. "Ənfal” surəsində buyurulur: "Möminlər o şəxslərdir ki, Allahın adı çəkiləndə qəlblərinə qorxu hakim olur, ayələr oxunduqda imanları artır, Allaha təvəkkül edirlər.” Mühyiddin Ərəbi təvəkkülə belə tərif verir: "Təvəkkül Allaha qəlbən etimaddır. Belə ki insanı məqsədə çatdıran zahiri vasitələr mövcud olmayanda da o ümidini itirmir. İztirab çəkən insanın təvəkkülü yoxdur.” Allaha təvəkküllə iztirablara son qoy! /Tebyan/


Category: Gözəl əxlaq dinin yarısıdır | Added by: Ənfal
Views: 629 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]