Şənbə günü, 2024-05-18, 9:33 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Əxlaq » Gözəl əxlaq dinin yarısıdır

İnsan olmaq istəyirəm (3)
2013-06-03, 2:24 PM
İnsan olmaq istəyirəm (3)

Nəfsin tərbiyəsi üçün zəminə yaratmaq lazımdır. Dünyanın ən gözəl çiçəyini havası, nuru, suyu, torpağı münasib olmayan yerdə əkib-becərmək mümkünsüzdür. İnsanın bir ömür günahdan sonra tövbə deməklə təqvalı ola bilməsi yanlış təsəvvürdür. Demək, çirkaba batmış nəfsi gözəl əxlaqi sifətlərlə zinətləndirmək üçün müqəddimə, hazırlıq lazımdır. K.Fatiminin intjz.net-də verilmiş məqaləsində bu mövzu araşdırılır.

Qurani-Kərim, Nəhcül-bəlağə və yüzlərlə dini ədəbiyyatdan çıxarılan nəticə budur ki, nəfsin tərbiyəsinə təsir edən yüzlərlə amil var. Onlardan bəzilərini nəzərdən keçirək:
1. Allahın yardımı - əgər Allah yardım göstərməsə, insan nəfsin tərbiyəsində heç bir uğur qazana bilməz. Adi insanlarda bu yardım kəsb olunmalıdır və məsumlardakı kimi öncədən verilmir. Adi insanların ilahi yardım qazanmaq üçün görəcəyi ilk iş bu yardımı ardıcıl şəkildə, dua və ibadətlə Allahdan istəməkdir.
2.İlahi rəhbər – Peyğmbərlər, imamlar, övliyalar, əxlaq ustadları insanı paklanma yolu tanış edib, göstəriş verməlidir. İlahi rəhbər söz yox, əməllə yol göstərir. Salik (seyr-süluk, ilahi eşq yolunu gedən insan) ibadəti, paklığı, mərhəməti, fədakarlığı öz rəhbərinin əməllərindən öyrənir.
3.Qurani-Kərim – Quranı onun mənalarını düşünərək ardıcıl şəkildə, daimi oxumayan insan haqq yolu itirəsidir.
4.İman və saleh əməl – Yalnız Allahın razılığı üçün ilahi dini qəbul edib, xeyir işlərə tələsmək özünütərbiyədə mühüm amillərdəndir. Uzun illər ibadət edib, zahirən saleh işlər görən insan çirkin əxlaqdan qurtula bilmirsə, demək, niyyətində nöqsan var, Allah yox, insanların nəzərində yüksəlmək istəyir.
5.Təqva – Allah-Taala buyurur ki, ilahi xof, hər addımda günaha batmaq qorxusu (qorxub çəkinmək - təqva) yoxsa, insan paklana bilməz.
6. İbadət...

Natiq Rəmzi

haqyolu.
Category: Gözəl əxlaq dinin yarısıdır | Added by: Ənfal
Views: 622 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]