Şənbə günü, 2024-05-18, 7:31 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Əxlaq » Gözəl əxlaq dinin yarısıdır

İnsan olmaq istəyirəm! (2 )
2013-06-03, 2:23 PM
İnsan olmaq istəyirəm! (2)


Müsəlman ariflər, əxlaq ustadları Quran və rəvayətlər əsasında özünütərbiyənin pillələrini, mənzillərini təyin ediblər. Bu pillələr "süluk mərhələləri” adlandırılır. Müxtəlif irfani kitablarda yüzə yaxın özünütərbiyə mənzili haqqında danışılır. Bu mənzillər 4 mərhələdə qruplaşdırılır.
Birinci mərhələdə vəzifə batini nəfsani çirkinliklərdən təmizləmək, şəhvət və qəzəbin əsarətindən qurtarmaqdır. Bu mərhələ təxliyə adlanır. İnsan nə qədər ki, şəhvət və qəzəbin əsarətindədir, onu idarə edən bu iki qüvvədir, həm cəmiyyət, həm də özü üçün bir bəla olaraq qalır. Şəhvət və qəzəb hissləri qızanda insan heyvana çevrilir, Allahı yaddan çıxararaq ilahi hədləri pozur.
İkinci mərhələdə insan dinin vacib əmrlərini yerinə yetirməli, haramları tərk etmlidir. Bu mərhələ təcliyə - cilalama mərhələsi adlanır adlanır. İnsan açıq-aşkar vacib bir əməli (məsələn, xüms ödəməyi) tərk edir, haram işə (məsələn, sələm) yol verirsə, hələ ki iman həqiqətini dadmamışdır. 
Üçüncü mərhələ batini, daxili aləmi gözəl sifətlərlə zinətləndirməkdir. Bu mərhələ təhliyə adlanır. İki mərhələni başa vurmuş insan üçüncü mərhələyə qədəm qoyduqda cəmiyyətdə ona qarşı bir sevgi yaranır. İnsanlar bu şəxsin simasında gözəl əxlaqi sifətlər müşahidə edirlər. 
Dördüncü, son mərhələ fəna – insanın öz istəklərini Allahın istəklərinə fəda etməsi, haqda əriməsi, Mən bütündən azad olmasıdır. 
Yuxarıda qeyd olunan dörd mərtəbənin yüzlərlə zərif nöqtələri var və bu nöqtələrlə tanış olmaq üçün irfan kitabları oxumaq, əxlaq ustadlarını dinləmək lazımdır.

Natiq Rəmzi
haqyolu.com
Category: Gözəl əxlaq dinin yarısıdır | Added by: Ənfal
Views: 666 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]