Cümə günü, 2024-04-26, 12:40 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Əxlaq » Gözəl əxlaq dinin yarısıdır

İman və əməl bir-birilə qardaşdır
2013-02-27, 1:27 PM
İman və əməl bir-birilə qardaşdır
 Əgər insanlar hər yerdə və hər zaman Allahı xatırlasaydılar, bu qədər müharibə və döyüş olmazdı. Əgər Allahı yada salsaydılar, hər yerdə rahatlıq və sakitlik olardı.

Əgər insanlar üsyan yerinə Allahın ayələrinə iman gətirsəydilər, təqvaya riayət etsəydilər, nəinki İlahi qəzəbə düçar olmaz və cəzalandırılmaz, bəlkə səmanın bərəkət qapıları da onların üzünə açılardı. Dünya başdan-başa gülüstan olardı.

"Əgər şəhər və kəndlərin əhalisi iman gətirsəydilər və təqvalı olsaydılar, şübhəsiz göydən və yerdən onların üzünə bərəkətlər(in qapılarını) açardıq”. ("Əraf” 96).

İnsan həyatında mühüm olan məsələ odur ki, həqiqətləri olduğu kimi dərk etsin. Yanlış nəsihətlər, yanlış meyllər sizi bu yoldan ayırmasın.

Məsumların (ə) da Allahdan istədikləri budur: "Allahım! Həqiqətləri olduğu kimi mənə göstər”. Bu zaman dəyərləri düzgün tanıyar və onun haqqını əda etmiş olarıq. İnsan iman olmadan bu deyilənlərə çata bilməz. Çünki insanın üsyankar nəfsi bu yolda olan ən böyük maneə və səddir. Bu maneəni təqva olmadan aradan qaldırmaq olmaz.

"Rəhman olan Allah iman gətirib yaxşı işlər görən kəslər üçün tezliklə (dünya və axirətdə mələklərin və möminlərin qəlblərində) dostluq və məhəbbət yaradacaqdır”. ("Məryəm” 96).

Allah onların sevgisini düşmənlərinin qəlbinə salar. Bu sevgi boyunlarından elə asılar ki, onları imana tərəf çəkər. Möminlərin arasındakı məhəbbət və dostluq isə vəhdətə gətirib çıxardar.

İmanın və saleh əməlin özünəməxsus bir cazibəsi vardır. Napak insanlar fitrətən həmişə pak insanlara tərəf cəlb olunarlar. Ona görə də öz napaklıqlarına nifrət edərlər.

Həzrət Peyğəmbərdən (s) gələn hədisdə oxuyuruq: "O zaman ki, Allah bəndələrindən birini sevər, böyük mələyi olan Cəbrayilə (ə) buyurar: "Mən filahkəsi sevirəm. Sən də onu sev”. Cəbrayil (ə) də onu sevəcəkdir. Sonra səmaya nida verəcəkdir: "Ey səma əhli! Allah filankəsi sevir, siz də onu sevin”. Onun ardınca bütün səma əhli onu sevəcəkdir. Sonra bu sevginin qəbulu yerə də sirayət edər.

O zaman ki, Allah birinə düşmən olar, Cəbrayilə (ə) buyurar: "Mən ona nifrət edirəm, onu düşmən bil”. Cəbrayil (ə) onu düşmən bilər. Sonra səma əhli arasında nida verər ki, Allah ona nifrət edər. Onu düşmən bilin. Bütün səma əhli ona nifrət edəcəkdir, sonra bu nifrət yerə də sirayət edər”.

Bu dərin mənalı hədis onu göstərir ki, iman və saleh əməlin yer əhlinə də təsiri vardır. Bundan yaranan sevginin şüası həm yer və həm də göyü bürüyər. Allah bu cür insanları sevər. Bu cür insan səma əhli yanında da sevimlidir.

Əgər insan Allah yolunda ilk addımını atarsa, İlahi imdad da onun sorağına gələr. Əgər insan Allah yolunda cihad edərsə, Allah da onu haqq yoluna hidayət edər. "Bizim yolumuzda (öz nəfsi ilə və Bizim düşmənimizlə) cihad edənlərə şübhəsiz, Öz (dərgahımızdakı məqama yetişmək) yollarımızı göstərərik və həqiqətən, Allah yaxşı iş görənlərlədir”. ("Ənkəbut” 69).

O yerdə ki, iman olar, şücaət yaradar. İmam Sadiq (ə) buyurur: "Mömin dəmir və poladdan da möhkəmdir. Çünki dəmir və polad nə zaman atəşə daxil olar, dəyişər. Ancaq mömin öldürülsə və sonra da dirilsə, qəlbi dəyişməz”.

İman nurlu bir çıraqdır ki, otağın daxilində işıqlandırılar. Nəinki otağı nurani edər, bəlkə şüası otağın bütün pəncələrindən bayıra çıxar. Hər kim buradan keçərsə başa düşər ki, burada nurlu bir çıraq vardır.

Möminin qəlbində yanan bu çırağın şüası onun gözündə, qulağında və dilində öz təsirini göstərər. Quranda saleh əməl həmişə imanla bir yerdə gəlmişdir. Ziyankar o biri dünyaya gedən zaman həsrət çəkər ki, niyə bu dünyada olan zaman saleh əməl görməmişdi.

Həzrət Peyğəmbər (s) buyurur: "İman ilə əməl bir ipə bağlanmış iki qardaşdırlar. Allah onların birini digəri olmadan qəbul etməz”.

Məsumlardan (ə) biri buyurur: "İman başdan-ayağa əməldir. Söz Allahın vacibliyini öz kitabında bəyan etdiyi əməlin bir hissəsidir”.

Beləliklə, deyə bilərik ki, əgər Allahın, mələklərin sevimlisi olmaq istəyiriksə, imana malik olaq və iman da saleh əməllə əldə olunar.



(Tebyan/ Deyerler.org)
Category: Gözəl əxlaq dinin yarısıdır | Added by: Ənfal
Views: 731 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]