Cümə günü, 2024-04-26, 6:39 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Əxlaq » Gözəl əxlaq dinin yarısıdır

İmam Həsən Əsgəri (ə): “Xar olan zaman öldürülmək - həyatdan şərəflidir...”
2013-02-19, 2:57 PM
İmam Həsən Əsgəri (ə): "Xar olan zaman öldürülmək - həyatdan şərəflidir...”

 İmam Həsən Əsgərinin (ə) dəyərli kəlam dənizindən bir neçə damcıya işarə edək. İmam Həsən Əsgərinin (ə) nəzərinə görə ən dindar insan o kəsdir ki, hökmü aydın olmayan məsələlərdən özünü saxlasın. Həmin işi görməkdən çəkinsin. Şübhəli, napak işlər o işlərdir ki, halal olması məlum deyildir. Yəni, insan bilmir ki, o, halaldır, yoxsa yox. Ona görə də o işi görmək caiz deyildir. Məsələn bir insan bilmir ki, başqası haqqında dediyi filan söz qeybət saylır, yoxsa yox. O kəs ki, ruhunu hər bir günahdan amanda saxlamaq istəyir, həmin işi görməkdən çəkinməlidir.


Diqqət etmək lazımdır ki, halal və haram olmaq nəcis və ya pak olmaq demək deyildir. Dini təlimlərdə oxuyuruq ki, o məsələlərin ki, halal və ya haram olmasını bilmirsən, əlbəttə ki, əgər soruşsan, onu öyrənə bilərsən. Əks halda onu görmək caiz deyildir. Ancaq nəcis və pak olmaq məsələsində bu hökm tamamilə başqa cürdür. Hər iki halda şübhə olunarsa, əşyanın paklığına hökm verilir.

Çox təəssüf ki, bir çoxları bu təlimlərdən yanlış nəticə çıxardaraq şübhəli şeylərdən çəkinməyi nəcis əşyalara şamil edirlər ki, bu iş nəinki ibadətdir, əslində vasvasılıqdır. İmam Sadiq (ə) vasvası insanın şeytana itaət etdiyi buyurmuşdur.

İmam Həsən Əsgəri (ə) bu mövzunun davamında o kəsi ən ibadətkar insan adlandırmışdır ki, bütün vacibatlarını yerinə yetirər. Düzdür ki, müstəhəbləri yerinə yetirmək bəyənilmiş əməllərdəndir. Ancaq ən mühüm müstəhəb odur ki, vacibatları yerinə yetirəsən.

İmamın (ə) nəzərinə görə dünyaya rəğbətsiz insanlar o kəsdir ki, haramı tərk edər. Ən zahid insan o kəsdir ki, Allahın haram buyurduğu əməllərdən rahatlıqla üz çevirər.

İmamın (ə) nəzərinə görə ən zəhmətkeş insan o kəsdir ki, günahı tərk edər. Bəzi insanlar bir tərəfdən ziklərini edər, namazlarını qılar və o biri tərəfdən isə hər bir günahı yerinə yetirməkdən çəkinməz.

İmam (ə) buyurur: "O əziz ki, haqqa əməl etməz, zəlil olar. O zəlil ki, haqq ətrafında gəzər, izzət tapar”. İmamın (ə) nəzərinə görə o kəs ki, haqqa əməl edər, izzət sahibi olar, əks halda isə zəlil olar.

İmam Həsən Əsgəri (ə) iki xüsusiyyətin adını çəkir ki, onlardan biri Allaha olan iman və o biri isə başqa möminlərə faydalı olmaqdır. Bu iki xüsusiyyət ibadətkar insanın xüsussiyyətidir.

İnsanlar ömür boyu elə şeylərə malik olurlar ki, onlar olmadan özlərini zindandakı kimi hiss edərlər. Bu malik olduqları şey bəziləri üçün insanı kamaldır. İnsan dini ibadətlər və əxlaq fəzilətləri ilə təkamülə çatmağa çalışar. Ancaq bəziləri isə maddiyyatçıdırlar. Onlar maddi sərvətə çatmaq istəyirlər ki, əgər bu sərvət zərər görərsə, malik olduqları məhv olar.

Ölümdən də pisi odur ki, istər-istəməz, baş verər. Həyatı insana o qədər acı edər ki, o, ölümü bu cür yaşamağa üstün hesab edər.

Bu mövzu da yuxarıdakı mövzu kimi insanın ruhundan asılıdır. Biri o dəstədir ki, abrı zərər görər və o biri dəstə isə vəzifəsi əlindən gedən dəstədir. Bu cür insanlar üçün ölüm həyatdan şirin olar.

İmamın (ə) bu yerdə dəyərli bir kəlamı vardır ki, buyurur: "Xar olan zaman öldürülmək - həyatdan şərəflidir. Yəni, ölüm - yezidlilərin bayrağı altında yaşamaqdan daha yaxşıdır”.



(Tebyan/Deyerler.org)
Category: Gözəl əxlaq dinin yarısıdır | Added by: Ənfal
Views: 683 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]