Şənbə günü, 2024-05-04, 3:16 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Əxlaq » Gözəl əxlaq dinin yarısıdır

İmam Baqirin (ə) təqva, zarafat və mömini dua etməklə bağlı buyuruşları
2013-05-10, 4:48 AM

İmam Baqirin (ə) təqva, zarafat və mömini dua etməklə bağlı buyuruşları

Əhli-beyt (ə) davamçıları üçün Məsumların (ə) nəsihət və tövsiyəsindən dəyərli bir xəzinə yoxdur. Bu Məsumlardan (ə) biri İmam Baqirdir (ə). İmam (ə) öz dostlarından birinə üç tövsiyə etmişdir ki, bizim üçün də dəyərlidir.

1. "Sənə nəfsini saxlamaqda İlahi təqvanı tövsiyə edirəm”. Bu cümlənin mənası çox dərindir. Quranda təqva haqqında gələn ayələrdən görünür ki, bu kəlamın dəyəri nə qədər əzəmətlidir. Təqva insanı başqalarından üstün edir. "Həqiqətən sizin Allah yanında ən hörmətliniz sizin ən pəhizkarınızdır”. ("Hucurat” 13). Təqva İlahi hidayət zəminəsini hazırlayır. "Barəsində heç bir şəkk-şübhə olmayan bu uca məqamlı kitab pəhrizkarlar (aşağıdakı beş xüsusiyyəti fitrət və ya peyğəmbərlərin dəvəti yolu ilə əldə etmiş kəslər) üçün hidayət mənbəyidir”. ("Bəqərə” 2). Təqva - İlahi elmi əldə etməyin vasitəsidir. ("Bəqərə” 282). Təqva - əməllərin qəbul olma meyarıdır. ("Maidə” 27). Təqva - aqibət xeyirli olmağın amilidir. ("Əraf” 128).



2. "Zarafatdan çəkin, çünki zarafat insanın heybətini və abırını aparır”. Zarafat gərək haqq dairəsindən çıxmasın. Peyğəmbərimiz (s) buyurur: "Mən zarafat edirəm, ancaq haqdan başqasını demirəm”. Diqqət etmək lazımdır ki, zarafatda yalan danışmaq olmasın. Başqalarının qeybəti edilməsin, başqaları məsxərə edilməsin. İmam Sadiq (ə) buyurur: "Heç mömin yoxdur ki, məgər onda dəbat olmasın”. Soruşdular ki, dəbat nədir, buyurdu: "Zarafat”. Bu hədis onu göstərir ki, mömin ictimai həyatında gülərüz və zarafatcıl olmalıdır. Zarafat gərək sərhədləri keçməsin, çox olmasın. Peyğəmbərimiz (s) buyurur: "Çox zarafat etmək insanın abırını aparır”. İmam Baqir (ə) də bu zarafatı nəzərdə tuturdu.



3. "Eşq olsun sizə, yanınızda olmayan (iman) qardaşınıza görə dua etməyiniz üçün. Bu iş ruzini artırar”. Həzrət bu cümləni üç dəfə təkrar edir. İnsan bəzən dünya və bəzən də axirəti üçün dua edər. İnsan bəzən özü və bəzən də başqaları üçün dua edər. Duaların içərisində ən yaxşı dua o duadır ki, din qardaşına görə edilmiş olsun. Peyğəmbərimiz (s) buyurur: "Hər kəs dua etmək istəyən zaman duasını ümumi etsin. (Başqalarına da dua etsin). Hər kim duasında 40 möminin duasını öz duasından qabağa salarsa, onlara görə və özünə görə etdiyi dualar qəbul olar”.



(Tebyan/ Deyerler.org)

Category: Gözəl əxlaq dinin yarısıdır | Added by: Ənfal
Views: 697 | Downloads: 0 | Rating: 5.0/1
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]