Main » Files » Əxlaq » Gözəl əxlaq dinin yarısıdır |
İlahi qürbə çatmağın asan yolu
2013-02-27, 12:50 PM | |
Peyğəmbəri-Əkrəm (s) meraca gedən zaman Allahdan soruşur: "Allahım! Möminin Sənin yanında yeri necədir?” Allah Təala buyurur: "Övliya Mənim yanımda o qədər əzizdir ki, əgər kimsə Mənim Övliyama qarşı ən kiçik xəyanət edərsə, Mənimlə döyüşə girmiş olar. Bu xəyanət Mənim qarşımda səf çəkməyə bənzəyir. Mömin o qədər Mənə yaxındır ki, ona xəyanət etmək eynilə Mənimlə döyüş və müharibəyə bənzəyir. Heç kim Mənim qədər Övliyalara yardım etməkdə sürətli ola bilməz. Möminin ruhunu qəbz etməkdən başqa bir şeydə tərəddüd etməmişəm. Niyə? Çünki bir tərəfdən bu ölüm onun üçün yaxşıdır. Gərək bu dünyadan getsin. Bu dünyada möminin inkişaf etməsi mümkündür. Ona görə də nə bu dünyada qala bilər, nə də qəlbi buradan getmək istəyər. Mən sevmirəm ki, onu narahat və nigaran edəm”. Bunu qeyd etmək lazımdır ki, Allahda olan tərəddüd bizdə olan tərəddüddən fərlqi bir şeydir. Onun xüsusi mənası vardır ki, Allah Təalanın müqəddəs məqamına uyğun gəlir. Çünki şübhə elə bir şeydir ki, Allaha nisbət verilə bilməz. Allah Təala sonra buyurur: "Mən mömin bəndəmi o qədər sevirəm ki, onun faydasına olan şeyləri ona çatdırıram. Əgər zəngin olmalıdırsa, onu zəngin edərəm. Çünki bəndələrimin bəzisinin bu dünyadakı işləri zəngin olmadan islah olmaz. Ona görə də Mən onları ehtiyacsız edirəm. Bəzi möminlər vardır ki, əskinə, yoxsulluqla bu dünyadakı işləri bağlanmış olar. Onların faydasına olan şey yoxsulluqdur. Onları fəqir edirəm. Bu, Mənim möminlərə olan sevgimin cilvələrindən biridir”. Allah Təala buyurur: "Mənim bəndəm Mənə heç bir şeylə yaxın olmaz, sevimli olmaz, məgər vacibatları ilə. Heç bir şey vacibatları qədər Mənim yanımda sevimli deyildir”. Əgər bəndə Allahın buyurduğu bu əməlləri yerinə yetirsə, şübhəsiz ki, Onun ən sevimli bəndəsinə çevrilər. Allah tərəf seyr yolunda çox şeylərin rolu vardır. Ancaq mühüm odur ki, insan Allahın ona əhəmiyyət verdiyi səviyyədə bu yolda irəliləsin. Hədislərdə oxuyuruq ki, əgər insan Allahın buyurduğu kimi əməl etməsə, onda bir sifət inkişaf edər və bir sifət isə məhv olar. Məsələn onda bəxşiş vermək hissi var, ancaq şücaət yoxdur. Mömində gərək bu sifətlərin hamısı birdən inkişaf etsin. Əgər səxavət varsa, şücaət də olmalıdır. İnsanı hesaba çəkən zaman ilk növbədə namazı soruşacaqlar. Əgər insanın namazı qəbul olmuşdursa, o biri əməlləri də qəbul olar. Əks halda, heç onun əməl dəftərini belə açmazlar. Bəs bu sözün mənası nədir? Bu o mənanı vermir ki, bir insanın namazı düzgün olmasa, orucu da qəbul olmaz. Bəlkə mənası budur ki, insan namazı düzgün qılmazsa, əslən orucu da düzgün tuta bilməz. O biri əməllərini də islah edə bilməz. Əgər insan yaxşı namaz əhli deyilsə, o biri əməllərini də layiqli şəkildə yerinə yetirə bilməz. Mərhum Qazi buyurur: "Əgər bir insan namazını üç vədədə əvvəl vaxtda qılarsa, məqsədinə çatmış olar. Əgər çatmasa, mənə lənət etsin”. Hədislərdə oxuyuruq ki, Bəni-İsrayildən hər kim Allah yoluna qədəm qoymaq istəyirdisə, ən azı 20 il sükut edərdi. Bu, insana başlanğıc əməlini nişan verir. Çünki şeytan iki yolla insana hakim olur. Biri gözdür və o biri isə dil. Bəlkə insanın başqa heç bir orqanı bu qədər tez şeytanın hakimiyyəti altına girmir. Əgər deyilirsə ki, namaz vacibdir, ona vacib əməl kimi yanaşmaq lazımdır, əgər deyilirsə ki, müstəhəbdir - müstəhəb əməl kimi. Əlbəttə, bunu da qeyd etmək lazımdır ki, İlahi qürb ancaq vacibatlarla əldə edilmir. Vacibatdan sonra insan nafilələri, müstəhəbləri də yerinə yetirməlidir. O qədər davam etməlidir ki, bu məqama çata bilsin. Ona görə də deyə bilərik ki, Allaha gedən yol vacibatlarla başlayır və ancaq vacibatla bitmir. İnsan gərək nafilələrlə və mütəhəblərlə Allaha yaxınlaşsın. İnsanı İlahi qürbə yaxınlaşadıran əməllərdən biri də Məsumlara (ə) təvəssül etməsi və onların vilayətini qəbul etməsidir. Əks halda, hər bir ibadəti natamam qalacaqdır. Çünki İmamlardan (ə) bizə gəlib çatan hədislərdə oxuyuruq ki, hər kim gecəni ibadətə dayanar və gündüzləri oruc tutar, ancaq İmamın (ə) vilayətini qəbul etməz, onun bütün zəhməti boşa getmiş olar. Sanki heç bu əməlini yerinə yetirməmişdir. Beləliklə, deyə bilərik ki, bir möminin Allahın sevimlisi olması üçün ilk növbədə vacibatlarını yerinə yetirməsi şərtdir. Xüsusilə də namazına diqqət edəcək. Əvvəl vaxtda qılacaq. Sonra isə nafilə və müstəhəblərlə Allaha yaxınlaşmağa başlayacaqdır. Məsum İmamların (ə) vilayətini qəbul edib, onlara təvəssül edəcəkdir. (Tebyan/ Deyerler.org) | |
Views: 774 | Downloads: 0 | Rating: 0.0/0 |
Total comments: 0 | |