Main » Files » Əxlaq » Gözəl əxlaq dinin yarısıdır |
Həyatın düyünlərini necə açaq?
2013-08-20, 11:41 AM | |
Həyatın düyünlərini necə açaq? İlahi ibadətlər içində namazın xüsusi yeri vardır. Allahın, Peyğəmbərin (s) və Məsum İmamların (ə) biz müsəlmanlara etdiyi ən çox tövsiyə namazla bağlı olmuşdur. Çünki namaz - İslam dininin bayrağıdır. Ariflərə nəzər salsaq görərik ki, bu məqama namazlarına görə çatıblar. Onlar namaz kimi başqa ibadətlərə bu qədər əhəmiyət verməyiblər. Bu ariflərdən biri Ayətullah Behcət idi və bu alim heç bir şeyi namazdan üstün hesab etməzdi. Namaz insana xeyir, bərəkət gətirər. Bu faydalardan bəzisi həyatımızı abad edər, bəziləri isə Qiyamətin sabahısı üçündür. Bizi behiştə tərəf aparar. Namazın xeyir və bərəkətindən ən çox həqiqi namazqılanlar bəhrələnər. Həqiqi namaz, varlığımızda olan qəm və qüssəni aradan aparar. Hansı ki, bu qəm-qüssə bəzi vaxtlar həyatı bizim üçün zülmətə çevirər. Namazqılan insan Allahın həmdəmi və həmsöhbətidir. Nə zaman qəm və qüssəyə düçar olsaq, iki rükət namaz qılaq ki, halımız yerinə gəlsin. Can və qəlbi ilə Allaha inanan insan, Onu öz yar və yavəri hesab edən bəndə həyat çətinlikləri ilə üzləşən zaman ayağa qalxar, dəstəmaz alar və Dostun evinə daxil olar. Eşq və ədəblə üzünü Məhbubuna tərəf tutar. Bir qədər Onunla xəlvət edər, halından və qəmindən Ona danışar. Məhbubu Xaliqi olduğu üçün, Dostu və Munisi olduğu üçün mehr və məhəbbətlə həyatındakı bu düyünləri açar. İmam Sadiq (ə) buyurur: "Nə maneəsi vardır ki, sizlərdən birinə dünya qəmlərindən biri gəlsə, dəstəmaz alsın, məscidə getsin, iki rükət namaz qılsın. Qəminin aradan getməsi üçün Allahı çağırsın. Məgər eşitməmisən ki, Allah buyurub: "Səbir və namazdan yardım alın””. İmam Əli (ə) Peryğəmbərin (s) şagirdi idi və Həzrətdən (s) öyrənmişdi ki, çətinliyə düşən zaman namaza pənah aparsın. Nə zaman qəmə düçar olsalar, Peyğəmbər (s) buyarardı: "Qalxın və namaz qılın, bu, mənim Allahımın əmridir”. Allahın böyük bəndələri yaxşı bilir ki, həyat çətinliklərini aradan qaldırmaq üçün Allahın sorağına getmək lazımdır. Bunun da ən yaxşı vaxtı - səhər vaxtıdır. Yəni, o zaman ki, hələ sübh namazının azanı verilməmişdir. Həzrət Peyğəmbər (s) buyurur: "Ey insanlar! O kəsi ki, çətinliklər kəmər kimi mühasirəyə alar, o zaman ki, gecənin üçdə ikisi gedər və üçdə biri qalar, mələk ona hakim olar və deyər: "Qalx və Allahı zikr et ki, səhər yaxındır”. Əgər o, hərəkət etsə, Allahı zikr etsə, çətinliklərinin bir düyünü açılar, əgər ayağa qalxıb, dəstəmaz alıb, namaza dayanarsa, çətinliklərinin bütün düyünləri açılmış olar. Səhər şad və ayıq gözlə yuxudan ayılar”. Beləliklə deyə bilərik ki, həyat düyünlərimizi namazla aça bilərik. (Tebyan/Deyerler.org) | |
Views: 624 | Downloads: 0 | Rating: 0.0/0 |
Total comments: 0 | |