Şənbə günü, 2024-05-18, 6:44 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Əxlaq » Gözəl əxlaq dinin yarısıdır

Həyatımızda kimdən örnək götürürük?
2013-05-31, 2:37 PM
Həyatımızda kimdən örnək götürürük?

 Bütün insanların bu həyatda örnək və nümunəsi vardır. İnsan daima çalışır ki, özünü ona bənzətsin. Biz möminlər gərək elə yaşayaq ki, başqaları da bizi özlərinə nümunə və örnək bilsinlər.


Bir bina inşa edən zaman yaxşı bir plan və layihəyə ehtyac olduğu kimi, insan da şəxsiyyətini və rəftarını formalaşdırmaq üçün layiqli bir nümunəyə ehtiyac duyur.

Bizim cəmiyyətimizin problemlərindən biri budur ki, cavanlarımıza hərtərəfli mənfi təsirlər edilir. Ona görə də onlar özləri üçün nalayiq insanları nümunə seçirlər. Bizim dövrümüzdə cavanların əksər hissəsinin nümunə və örnəyi kino qəhrəmanları, müğənnilər və ya futbolçulardır. Çox təəssüf ki, bu cür nümunələr insanı əxlaqi rəzilliklərə düçar edir.

Ona görə də cəmiyyətimizdə günü-gündən fəsad artmaqdadır. Bunun da səbəbi cavanlarımızın layiqli nümunə və örnəyinin olmamasıdır.

Kino qəhrəmanlarının, müğənnilərin və futbolçuların demək olar ki, heç birinin nə İslami əxlaqı və nə də hicabı vardır. Onlar İlahi vacibatlara etinasız yanaşan insanlardır. Bu da cavanlarımıza çox mənfi təsir qoyur.

Biz müsəlmanların və İlahi vacibatları yerinə yetirən hər bir insanın vəzifəsi budur ki, cavanlarımıza layiqli insanları örnək və nümunə kimi tanıdaq. Çünki cavanlar elə yaşdadır ki, onlar özlərinə örnək seçdikləri insanın həm rəftarını və həm də əxlaqını təkrar etməyə çalışırlar. Ancaq cavanlarımıza bunu birbaşa deyil, qeyri-müstəqim yollarla qəbul etdirmək lazımdır. Biz cəmiyyətdə elə rəftar və əxlaq nümayiş etdirməliyik ki, insanlar bizdən qaçmaq yerinə bizim kimi olmağa çalışsınlar.

Həzrət Peyğəmbərin (s) əxlaq və rəftarı Qurana əsasən idi. Quran bu haqda buyurur: "Beləliklə, Allah tərəfindən olan rəhmətin bərəkəti sayəsində onlarla (öz ümmətinlə) mülayim oldun və əgər qaba və daşürəkli olsaydın, onlar mütləq sənin ətrafından dağılışardılar”. ("Ali-İmran” 159).

"Həqiqətən, sən (bütün insani əxlaq fəzilətlərinin cəm olduğu) böyük bir əxlaqa maliksən”. ("Qələm” 4).

"Həqiqətən sizə (mələklərdən və cinlərdən deyil) özünüzdən olan bir peyğəmbər gəlib ki, sizin əziyyət və zərərə düşməyiniz ona ağırdır; o, sizi(n iman gətirməyinizi və kamala çatmağınızı) çox istəyir və möminlərə qarşı çox mərhəmətli və mehribandır”. ("Tövbə” 128).



Həzrət Peyğəmbəri (s) insanların sevimlisi edən və onlara tərəf cəzb edən xüsusiyyəti - xoş əxlaqı və mülayim rəftarı olmuşdur. İslam dini biz müsəlmanlar üçün əziz Peyğəmbərimizi (s) nümunə qərar vermişdir. Onun əxlaqını, rəftarını, danışığını sünnət hesab etmişdir. Onun ardınca getməyi vacib buyurmuşdur.



Allah buyurur: "Ey iman gətirənlər, sizi, sizə həyat verən şeyə tərəf dəvət edən zaman Allahın və Onun Peyğəmbərinin çağırışını qəbul edin və bilin ki, Allah (hər bir təsir mənbəyindən təsir gücünü almağa tam qadir olduğu üçün) insan ilə onun qəlbi arasında (onun nəfsi ilə məhəbbət və nifrət, iman və küfr kimi sifətləri arasında) maneə olar (aralarında ayrılıq salar). Siz hamınız (axirətdə) Ona tərəf (Onun hüzuruna) toplanacaqsınız”. ("Ənfal” 24).



İmam Əli (ə) buyurur: "Hər kim özünü insanların rəhbəri məqamında qərar versə, gərək özünün təlim və tərbiyəsinə başlasın. O kəs ki, özünü tərbiyə edər, insanları tərbiyə edən müəllimdən ehtiram və tərifə daha layiqdir”.



İmam Sadiq (ə) səhabələrinə buyurur: "İnsanları dildən başqa yolla yaxşılıq etməyə dəvət edin ki, sizdən icdihad, düzlük və saleh əməl görsünlər”.

Allah dediyinə əməl etməyən möminləri sevməz. Həqiqi mömin o kəsdir ki, başqalarına dediklərinə özü də əməl etsin. "Ey iman gətirənlər, etməyəcəyiniz bir şeyi niyə deyirsiniz? (Niyə əməl etməyəcəyinizi bilə-bilə vəd verirsiniz? Etməyəcəyiniz bir şeyi deməyiniz Allahın yanında çox mənfurdur”. ("Səff” 2-3).

"(Səmavi) kitabı oxumağınıza baxmayaraq camaata yaxşılığı əmr edir, özünüzü isə unudursunuz?! Heç fikirləşmirsiniz?!” ("Bəqərə” 44).

Beləliklə, cavanlarımıza həm özümüz yaxşı örnək olaq və həm də onlara layiqli örnəkləri tanıdaq.



(Tebyan/ Deyerler.org)
Category: Gözəl əxlaq dinin yarısıdır | Added by: Ənfal
Views: 572 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]