Main » Files » Əxlaq » Gözəl əxlaq dinin yarısıdır |
Həsəd
2013-03-24, 11:11 PM | |
Qeybəti yaradan səbəblərdən biri də həsəddir. Onu müalicə etmək üçün bu günahın böyüklüyü haqda çox düşünmək lazımdır, çünki bu minvalla qeybət edən şəxs əslində iki günaha bataraq iki əzabı birlikdə qazanır-biri həsəd və digəri qeybətin əzabı. Hər ikisi böyük günahdır. Həsəd aparan başqasına nemət verildiyinə görə paxıllıq və ruhi əzab çəkir. Bu əzab dünyada sona yetmir, əksinə, axirətdə onun əzabı bir az da artır. Nəticədə, dünya və axirətdə zərərçəkənlərdən olur, çünki həsəd aparan həsəd olunanın qeybətini etməklə onu məhv etmək istəyir, lakin özünü məhv etmiş olur, yerinə yetirmiş olduğu saleh əməlləri qeybət etdiyindən hədiyyə olaraq qeybəti olunana bağışlayır. Buna əsasən həsəd aparan özünün düşməni, pislədiyi şəxsin isə dostudur, ona görə ki, qeybəti olunanın günahları qeybət edənin, onun saleh əməlləri isə qeybəti olunanın nameyi-əmalına yazılır. Xülasə, həsəd üzündən qeybət etmək axmaq və nadanlığa dəlildir. Həsəd və pisləmək həsəd olunanın və pislənənin xalq tərəfindən sevilməsinə səbəb ola bilər. Hər hansı bir şəxsin arxasınca danışmaq onun müvəffəqiyyətini əlindən almır, əksinə, xətakar və təqvasızların eyib tutmağı, məzəmməti həsəd olunanın sevilməsi və hörmətinin artmasına səbəb ola bilər. Qoy bədxahlar hər nə istəyirlər, desinlər. Təcrübə göstərir ki, belə hallarda insanlar həsəd aparanların sözünü qəbul etməyib məzlumcasına hədəfə alınanlara tərəf üz çevirir: "Allah-təala bir gizli fəziləti aşkar etmək istəyərkən həsəd aparan şəxsin dilini açır."(«Biharül-ənvar» (Beyrut çapı): VI c / səh-21 / hədis №16.) | |
Views: 699 | Downloads: 0 | Rating: 0.0/0 |
Total comments: 0 | |