Şənbə günü, 2024-05-04, 5:50 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Əxlaq » Gözəl əxlaq dinin yarısıdır

Güzəşt etmək - həqiqi möminin əxlaqındandır
2013-04-21, 5:15 AM
Güzəşt etmək - həqiqi möminin əxlaqındandır


Əfv və güzəşt etmək sayəsində insan İlahi əfvdən bəhrələnər. "Kim qisas almaqdan keçsə, bu, (onun günahları üçün) bir kəffarədir. Allahın nazil etdiyinin əsasında hökm etməyənlər – məhz onlardır zalımlar!”("Maidə” 45).

Allah bu ayədə qisasın hökmlərini bəyan edir və buyurur ki, əgər qisasdan belə güzəşt edərsinizsə, günahlarınızın kəffarəsini vermiş olarsınız. Yəni, insan əgər qisas haqqından keçərsə, ümidvar olsun ki, Allah buna görə günahlarından keçər. Həmçinin Allah onu düçar olacağı bəlalardan və müsibətlərdən hifz edər.

Başqalarının çirkin və pis əməllərini bağışlamaq və əfv etmək səbəb olar ki, Allah da onu bağışlasın və əfv etsin.

Allah buyurur: "Əgər (qisas və bu kimi məqsədlərlə) cəzalandırsanız (cəzalandırmaq istəsəniz) onda, məruz qaldığınız haqsızlıq miqdarında cəzalandırın. Əlbəttə əgər səbir etsəniz (tamamilə bağışlasanız, yaxud cəzanı yüngülləşdirsəniz) şübhəsiz bu, səbir edənlər üçün daha yaxşıdır”. ("Nəhl” 126).

Başqasını əfv etmək - həmin insanın tərbiyə olmasına səbəb olar. Yəni səhvini başa düşər və bir daha onu təkrar etməz. İmam Səccad (ə) buyurur: "O kəs ki, sənə dili və ya əməli ilə pislik edibsə, əgər pisliyi bilərəkdən olubsa, ona güzəşt etmək sənin üçün daha yaxşıdır. Çünki bu güzəşt səbəb olar ki, həmin şəxs pislikdən əl çəksin və ədəbli olsun”.

İnsanın güzəşt sayəsində malik ola biləcəyi məqam - təqvadır.

"(Təqvalılar) həmin o kəslər(dirlər) ki, mallarını rifah və şadlıqda, mallarında və hallarında (maddi və mənəvi) yoxsulluqda xərcləyirlər, qəzəblərini udan və camaat(ın xətaların)dan keçənlərdirlər. Allah yaxşılıq edənləri sevir”. ("Ali-İmran” 134).

İnsanın əfv vasitəsilə çata biləcəyi başqa bir məqam səbirdir. "Əlbəttə əgər səbir etsəniz (tamamilə bağışlasanız, yaxud cəzanı yüngülləşdirsəniz) şübhəsiz bu, səbir edənlər üçün daha yaxşıdır”. ("Nəhl” 126).

Əfv və güzəşt insanı siddiqlərin cərgəsinə daxil edər və insanı İlahi qürbə yaxınlşadırar.

Əfv və güzəşt İlahi rəhmətlə yanaşı, insana İlahi sevgi də bəxş edər. "Buna görə də (hələlik, nə qədər ki, cihada əmr olunmamısan) onlardan keç və üz döndər ki, həqiqətən Allah yaxşıları və yaxşı iş görənləri sevir”. ("Maidə” 13).

İnsan əfv edən zaman başqa insanlarla olan rabitəsi yaxşı olar və bu yolla cəmiyyətdə münaqişə zəminəsi aradan gedər. Cəmiyyətdə sevgi bərqərar olar. Ona görə də İlahi sevgiyə layiq olar. Hər kim güzəşt etməyi bacarırsa, deməli İlahi sevgidən bəhrələnir.

Əfv və güzəşt dostluq yaradar və düşmənçiliyi aradan aparar. "Yaxşı iş (gözəl əqidə, əməl və söz) ilə pis iş əsla bir deyil. (Buna görə də sənə yetişən pislikləri) ən gözəl üsulla dəf et. Onda səninlə arasında düşmənçilik olan şəxs birdən (elə dəyişər ki,) sanki yaxın dost və qohumdur”. ("Fussilət” 34).

"Əgər yaxşılıq etsəniz və təqvalı olsanız, şübhəsiz, Allah etdiklərinizdən xəbərdardır”. ("Nisa” 128).

Allah ailədə də əfv və güzəşt etməyi tövsiyə edir və bunun dostluq rabitələrinin möhkəmlənməsinə gətirib çıxardacağını vurğulayır. Əgər İlahi rəhmətə nail olmaq istəyiriksə, elə ailəmizdə bu gözəl sifətə malik olaq.

Beləliklə, deyə bilərik ki, hər birimiz səhv və xəta edə bilərik. Ancaq başqalarının bu səhv və xətasını bağışlamaq bizə İlahi rəhmət qapısını açar. Bizi sabirlərdən, siddiqlərdən edər. Bununla yanaşı günahlarımız bağışlanar və Allah bizləri bəla və müsibətlərdən qoruyar. İlahi qürb məqamına yaxınlaşar və Allah sevgisinə layiq olarıq.



(Tebyan/ Deyerler.org)
Category: Gözəl əxlaq dinin yarısıdır | Added by: Ənfal
Views: 713 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]