Çərşənbə günü, 2019-08-21, 1:28 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Əxlaq » Gözəl əxlaq dinin yarısıdır

Günün şərindən amanda qalmaq üçün İmam Əlidən (ə) mübarək zikr
2013-04-11, 5:32 AM
Günün şərindən amanda qalmaq üçün İmam Əlidən (ə) mübarək zikr


İmam Əli (ə) buyurur: "Ey Kumeyl! Səhvlərin yaxşı işlərindən çox, qəflətin qəlb hüzurundan artıq, Allahın nemətləri sənin şükür etmək qüdrətindən çoxdur”.

İmamın (ə) bu nurani kəlamının şərhinə nəzər salaq:

1. Çox təəssüf ki, bir çoxlarımız günahlarımızın bəzisini günah hesab etmirik. Yalan, töhmət, qeybət, naşükürlük, söz yaymaq, başqalarını məsxərə etmək kimi günahları edirik. Çox danışır, namazı qəlb hüzuru olmadan qılır və namazda şəklər edib, vaxtımızı öldürürük. Bəzən yaxşı işlər görürük, ancaq onun haqqında bir qədər fikirləşən zaman ibadət olmadığını anlayırıq. Ona görə də günahlarımız yaxşı işlərimizdən həmişə çox olur.

2. Bir qədər fikilərşsək görürək ki, gün ərzində Allahı çox az yada salırıq. Namazlarımızı tələsik qılır və maddi işlərimizə tərəf can atırıq. Ancaq İlahi Övliyalar yatan zaman belə Allahı unutmur və onu yada salırdılar. Ona görə də qəflətimiz qəlb hüzurumuzdan daha çoxdur.

3. Allahın nemətləri sözsüz ki, çoxdur və insan bütün bu nemətlərə şükür etməyə qadir deyildir. Misal üçün əgər insanın göz nurunu Allah bizdən alsa, böyük bir müsibətə düçar olarıq. Əgər insan ömrünün axırına qədər ancaq bu nemətin şükrünü yerinə yetirmək istəsə, yenə də ona qadir olmaz.



İmam (ə) başqa yerdə buyurur: "Ey Kumeyl! Hər gününü Allahı yada salaraq başla! Hər gün "Lə həvlə və lə quvvətə illə Billəh” zikrini unutma! Allaha təvəkkül et. Hər gün bizi xatırla (bizə salavat göndər). (Bu əməli yerinə yetirməklə) Allahın fəzli ilə həmin günün şərindən amanda olarsan”.

İmamın (ə) bu zikrlərə işarə etməsi səbəbsiz deyildir. Bəlkə aralarında olan rabityə görədir.

Bir müsəlman hər bir işini "Bismilləhir-Rahmənir-Rahim!” zikri ilə başlamalıdır. Hər bir işi bərəkətli və Allahı yada salaraq yerinə yetirsin. O iş ki, Allahın adını çəkmədən görülər, bərəkətsiz olar və sona çatmaz.

"Lə həvlə və lə quvvətə illə Billəh” zikrini hər gün demək və etiraf etmək ki, bütün qüvvət və qüdrətlər ancaq Allaha aiddir, Ona söykənmədən insanın heç bir iş görə bilmədiyini və heç bir şər qüvvəni dəf edə bilmədini dərk edərik.

İşlərimizi Alaha tapşırmağımız və Ona təvəkkül etməyimiz isə ona görədir ki, biz bunu etiraf edək: "Allahım! Bizim özümüzdən heç bir şeyimiz yoxdur. Sənin lütfünə söykənmədən və Sənə təvəkkül etmədən heç bir iş görməyə qadir deyilik. Hər nə var - Səndəndir və Sənin əlindədir”.

Salavat deməyin bir çox fəzilətləri vardır. Onlardan biri budur ki, Məsumlara (ə) təvəssül edir və onlardan yardım istəyirik.

İnsan bu dörd əməli yerinə yetirərək, hər gün şərdən uzaq olar. Bu şər istər nəfsimizdən olsun, istər şeytandan, istər də bəla və ya müsibət olsun.

İnsan Allahı zikr edən zaman onu dilində dediyi kimi qəlbində də etiraf etməlidir. Əgər qara rəngili dəmiri oda daxil etsəniz, odun rəngini alacaqdır. Biz də əgər bu zikrləri təkrar etsək, dilimizdən qəlbimizə körpü yaratsaq, onun məzmunu dərk edər və ondan daha çox faydalanmış olarıq.



(Tebyan/ Deyerler.org)
Category: Gözəl əxlaq dinin yarısıdır | Added by: Ənfal
Views: 430 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]