Bazar günü, 2024-12-22, 11:33 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Əxlaq » Gözəl əxlaq dinin yarısıdır

Günahı aradan aparmağın yolları
2013-03-29, 6:24 AM
Günahı aradan aparmağın yolları

(Erfan saytına istinadən)



İnsanın saleh əməlləri günahın vasitəsilə aradan getdiyi kimi, bəzi yaxşı əməllər də günahları aradan aparar. Quran və hədislərdən bu nəticəyə gəlmək olur ki, saleh əməl, tövbə, günahı tərk etmək - keçmiş günahları aradan aparar, İlahi sevgiyə səbəb olar.

1. İman və saleh əməl. Quranda Allah Təala buyurur: "O kəs ki, iman gətirib və layiqli işlər görür, günahlarını bağışlayaram”.

İmanımızı və saleh əməllərimizi artırmaq üçün İlahi mərifətimiz olmalı və maddi və mənəvi nemətlərdən agahlıq əldə etməliyik.

2. Tövbə və günahlarına görə peşman olmaq - kəbirə və səğirə günahlarını aradan aparar. "(Keçmiş durumlarına görə) tövbə edən, iman gətirən və yaxşı işlər görən kəs istisna olmaqla. Allah onların günahlarını yaxşılıqlara çevirər (gələcəkdə yaxşı işlər görmələrinə kömək edər və yaxud keçmiş günahlarını məhv edərək onların yerinə yaxşılıq yazar). Allah çox bağışlayan və mehribandır”. ("Furqan” 70).

Həzrət Peyğəmbər (s) buyurur: "Hər bir dərdin dərmanı vardır. Günah xəstəliyinin dərmanı - tövbə və istiğfardır. Tövbə yolundan İlahi sevgini cəlb etmək olar, Allah Təalanın məhbubu olmaq olar”.

İmam Baqir (ə) buyurur: "Həqiqətən Allah Təala öz günahkar bəndəsinin tövbəsindən çox şad olar. O kişi ki, gecə yarısı dəvəsini və azuqəsini itirər və sonra da onu tapar, ondan da şad olar”.

Qüdsi hədisdə oxuyuruq: "Əgər o kəslər ki, Mənim dərgahımdan üz çeviriblər, günaha batıblar, bilsələr ki, nə qədər onlara görə müştaqam, şövqün şiddətindən can verərdilər. (Onların tövbəsindən şad olaram)”.

3. Böyük günahları tərk etmək - kiçik günahların təsirini aradan aparar.

4. Hər bir yaxşı və layiqli iş - pislikləri aradan aparmaq üçün amildir. İmam Əli (ə) buyurur: "Hər bir həsənəni yerinə yetirən zaman Allah onun bir günahını gizlədər və məhv edər”.

5. Allah Təalanı hüzurunda günahı etiraf etmək. Allahınla xəlvət etdiyin zaman dua və münacat et. Öz keçmiş günahlarını yadına sal. Allahdan əfv istə. İmam Baqir (ə) buyurur: "Allaha and olsun! Günahına etiraf etmədən nicat tapmaz”.

6. Daima təharətli olmaq və beş vacib namazı qəlb hüzuru ilə yerinə yetirmək. Səlman Farsi nəql edir: "Bir gün Peyğəmbərlə (s) bir ağacın altında əyləşmişdim. Həzrət (s) ağacın quru budaqlarını tərpətdi. Onun bütün yarpaqları yerə töküldü. Sonra üzünü mənə çevirib buyurdu: "Bu işi niyə gördüyümə görə sual vermədin”. Dedim: "Siz buyurun, məqsədiniz nə idi?” Buyurdu: "O zaman ki, müsəlman dəstəmaz alar, yaxşı dəstəmaz alsın. Sonra beş namazını yerinə yetirər, günahları yerə tökülər. Necə ki, bu budağın yarpaqları yerə tökülər”.

7. Müstəhəb və nafilə namazlarını qılmaq, xüsusilə də gecə namazını. İmam Sadiq (ə) "Hud” 114-cü ayəsinin təfsiri haqqında buyurur: "Möminin gecə namazı gündüz günahlarını məhv edər”.

8. İbadətdə tövazökar olmaq və dua edən zaman göz yaşı tökmək. Bir nəfər Həzrət Peyğəmbərdən (s) soruşur: "Tövbə edəndən sonra nə mənim günahlarımı məhv edər?” Buyurdu: "Göz yaşı tökmək və ibadətdə təvazökarlıq, dua və münacat, xəstəliklərə dözmək”.

9. Xəstəliklərə dözmək günahları məhv edər.

10. Allah Evini təvaf etmək və Allah bəndələrinə xidmət etmək.

11. Allah yolunda cihad etmək.

12. Sileyi-rəhm.

13. Xoş əxlaq.

14. Düz danışmaq.

15. İlahi nemətlərə şükür etmək.

16. Əmanətə sadiq olmaq.

17. Din qardaşlarının görüşünə getmək.

18. İki möminin bir-birinə əl verməsi.

19. Allaha yaxınlaşmaq niyyətilə mömini qucaqlamaq.

20. Ata və anaya xidmət etmək kəbirə günahların kəffarəsidir.

21. Yoxsulları yedizdirmək və onlara paltar vermək.

22. Qadının ərinə qulluq etməsi, uşaq dünyaya gətirməsi, ona süd verməsi.

23. Kişinin ev işlərində qadına yardım etməsi.

24. Peyğəmbərə (s) salavat göndərmək.

25. Quran tilavət etmək.

26. Oruc tutmaq.

27. Oruc tutanlara iftar vermək.



Hazırladı: Məşhədi Xanım,

Deyerler.org
Category: Gözəl əxlaq dinin yarısıdır | Added by: Ənfal
Views: 629 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]