Cümə günü, 2024-04-26, 6:12 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Əxlaq » Gözəl əxlaq dinin yarısıdır

Günah pərdəsini aradan aparmaq üçün əməli tövsiyələr
2013-03-14, 6:27 AM
Günah pərdəsini aradan aparmaq üçün əməli tövsiyələr

İnsan o zaman ki, günah işlədir, bu günahı təkar edirsə, Allahdan uzaqlaşır. Bu günahlar get-gedə insanla Allah arasında pərdəyə çevrilir və Allahla rabitə qurmasına mane olur. Bəs bu pərdəni necə aradan qaldırmaq olar?




1. Namaz.



Bu pərdəni ən yaxşı aradan aparan əməl - namazdır. Allah bu məsələnin altından imzasını atmışdır. Bunu qəbul etmək üçün bu ayəni oxusun: "Namaz qıl. Çünki, namaz (insanı) böyük günahlardan, (şəriətdə və əqldə) xoşagəlməz hallardan çəkindirir”. ("Ənkəbut” 45).



2. Quran.

Hər bir mömin insan Quranın nurani ayələri qarşısında diz çökür. Günahların yaratdığı pərdələri aradan qaldırmaq üçün bu nurani ayələri oxuyun, onu başa düşüb, əməl edin.



3. Vilayət.

İnsan əgər Əhli-beytə (ə) sevgi bağlayar və onların vilayətini qəbul edərsə, əməl silahı ilə təchiz olunar.

Əhli-beyt (ə) sevgisi sözünə diqqət edək. Bəziləri xəyal qurmasınlar ki, ticarətdə başqalarını aldadıb, ya da sələm yeyib, bu sevgiyə görə behiştdə daxil ola biləcəklər.

Mərhum Muhəddis Qumi "Səfinətul-bəhar” kitabında nəql edir: "Bir gün Səlman Farsi Peyğəmbərin (s) xidmətinə gəlir. Həzrət Fatimənin (s.ə) behiştdəki məqamı haqqında sual verir. Həzrət buyurur: "Qiyamət günü Həzrət Fatimeyi-Zəhra (s.ə) nurani bir dəvəyə minəcəkdir. Sağ tərəfində Cəbrayil (ə), sol tərəfində isə Mikayil (ə), qarşısında İmam Əli (ə), arxasında isə İmam Hüseyn (ə) hərəkət edəcəkdir. Siratdan sürətlə keçib behiştdə daxil olacaqdır. Allah Təala buyuracaqdır: "Ya Zəhra! Məndən nə istəyin var?” Həzrət Zəhra (s.ə) cavabında buyurar: "Ey Pərvərdigar! ... Səndən ancaq bir istəyim var. Pərvərdigara! Mənim və itrətimin dostlarını və sevənlərini cəhənnəm əzabına düçar etmə”. Allah buyurar: "İzzət və Cəlalıma and olsun ki, səni və itrətinin dostlarını və sevənlərini cəhənnəm atəşinə giriftar etməyəcəyəm””.

Əhli-beyti (ə) sevənlər üç dəstəyə bölünür: bir qrup riya və özünü nümayiş etdirmək üçün sevərlər. İkinci dəstə Əhli-beyti (ə) avamcasına ziyarət edər, sevdiklərini bildirərlər. Əhli-beytin (ə) dedikləri və rəftarları ilə işləri olmaz. Üçüncü dəstə Əhli-beytin (ə) həqiqi sevənləridir. Bütün ömürləri boyu Allaha itaət edərlər. İlahi əmləri canla başla yerinə yetirərlər. Bu əmrləri yerinə yetirmək onlar üçün asandır. Günaha batmaq onlar üçün ağır və məşəqqətlidir.

Hər bir insanın öz vücudi tutumu vardır. Hər bir insan gördüyü əməllə bu tutumu müəyyən edir. Ona görə də hər bir insanın bu vücudi tutumuna görə hər zikr insana gözlədiyi qədər xeyir gətirə bilməz. Alimlər müxtəlif insanlara onların vücudi tutumuna görə zikrlər müəyyən edirlər. Bəzilərinə salavat deməyi, bəzilərinə təsbih etməyi, bəzilərinə isə istiğfarı. Alimlər buyurur ki, müxtəlif insanlara müxtəlif zikrlər təsir qoyur. Misal üçün Ayətullah Behcet bəzi ruh mərəzlərinin müalicəsi üçün aşağıdakı zikrləri münasib bilmişdi.

Təkəbbürə görə: "Lə həvlə və lə quvvətə illə billəhil-aliyyil-azim”.

Vasvasılığa görə: "Lə İləhə İlləllah”.

Fikri toplamaq üçün: "Lə İləhə İlləllah”.

Əsəbiliyi müalicə etmək üçün: salavat.

Riyadan uzaq olmaq üçün: "Lə həvlə və lə quvvətə illə billəhil-aliyyil-azim”.

Alimdən soruşurlar ki, hansı zikr ən yaxşı zikrdır? Buyurur: "Mənim nəzərimə görə ən yaxşı zikr - əməli zikrdir. Yəni etiqadda və əməldə günahı tərk etmək. Hər şey Ona möhtacdır. O, heç nəyə möhtac deyildir”.

İnsan hər günah işlətdikcə, Allahdan bir addım uzaqlaşar. Bu zaman gözlərimizin, qulağımızın, qəlbimizin önünə hicab, pərdə çökər. Əgər bu hicablardan biri paralanarsa, insan düz yola hidayət olar.



(Tebyan/ Deyerler.org)


Category: Gözəl əxlaq dinin yarısıdır | Added by: Ənfal
Views: 685 | Downloads: 0 | Rating: 5.0/1
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]