Cümə günü, 2024-03-29, 11:11 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Əxlaq » Gözəl əxlaq dinin yarısıdır

Göz - iblisin ən böyük silahıdır
2013-07-30, 7:55 PM

Göz - iblisin ən böyük silahıdır

 

Göz - şeytanın ixtiyarında olan ən böyük silahdır. Şeytan gözün vasitəsilə insanı vəsvəsə edər. Şeytan insanı hər an nəzarətdə saxlamağa çalışır. Bu yolda heç bir səydən əl çəkməz. O, öz hədəfinə çatmaq üçün müxtəlif yollardan və vasitəsilərdən istifadə edər. Onun ən mühüm vasitəsi - vəsvəsə etməkdir.

Şeytan Qiyamət günü insanlara deyəcəkdir: «Həqiqətən, Allah sizə haqq vəd verdi (onların hamısı gerçəkləşdi). Və mən sizə vəd verdim və vədimə xilaf çıxdım (heç biri həyata keçmədi). Mənim (dünyada) sizin üzərinizdə, sizi dəvət etməkdən başqa heç bir hökmranlığım yox idi və siz (də) mənim dəvətimi qəbul etdiniz. Odur ki, məni məzəmmət etməyin, özünüzü məzəmmət edin. İndi nə mən sizin dadınıza yetişənəm və nə (də) siz mənim dadıma yetişənsiniz. Mən bundan qabaq məni itaətdə Allaha şərik qoşmağınıza kafirəm. Həqiqətən, zalımlar üçün ağrılı bir əzab vardır». ("İbrahim” 22).

Vəsvəsə müxtəlif cür baş verir. Onlardan biri - insanın gözü vasitəsilədir. İnsanda şeytan üçün mühüm olan şey - onun düşüncə və fikridir. Həyatında mühüm rola malik olan ruhudur. Ruhu onu ya qaldırar, ya da süqut etdirər. Ona görə də ruhu öz təsiri altına sala biləcək hər bir amil mühüm məsələdir.

Göz - qəlbin aynasıdır və birbaşa qəlbə yolu vardır. İmam Əli (ə) buyurur: "Qəlb, gözün kitabıdır”. (O şeyi ki, göz görər, qəlbdə əyləşər).

 

"Mömin kişilərə de ki, gözlərini yumsunlar”. ("Nur” 31). Allah Təala bu ayədə buyurur ki, ey mömin kişi və qadınlar, gözlərinizi haramdan, fəsaddan yumun. Şeytan vahimə qüvvəsinin vasitəsilə insanın gözünü bağlayar və həqiqəti batil və batili həqiqət kimi ona göstərər.

İmam Əli (ə) buyurur: "Həqiqətən, şeytan yollarını sizə asan göstərər ki, sizin möhkəm din düyünlərinizi bir-birinin ardınca aça bilsin. Vəhdət yerinə dağınıqlığınızı artırsın”.

İmam Sadiq (ə) buyurur: "Nalayiq baxış şeytanın zəhərli oxlarındandır. Hər kim onu Allaha görə tərk edər, Allah ona elə bir rahatlıq verər ki, onun şirin dadını özündə hiss edər”.

Həzrət Peyğəmbər (s) buyurur: "Gözlərinizi haramlardan bağlayın ki, onun qəribəliklərini görəsiniz. Belə ki, zahiri gözü haramlardan nə qədər bağlasanız, nur gözünüz və qəlb mərifətiniz açılar. Batini gözü gücləndirər. Nəfsdə haqq elmi və yəqin maarifi hasil olar”.

İnsan gözünün haqq və hüququ vardır. Onun haqq və hüququna nəzər salaraq, şeytanın əlini bağlamaq olar.

Gözün haqqı budur ki, halal olmayan hər şeyə göz yumasan.

Baxdığın hər şeyə ibrət gözü ilə bax. Baxdığın hər şeyə görə təfəkkür et. Allahın nemətlərini və möcüzələrini görməyə çalış. Çünki bu təfəkkürün faydası çoxdur.

Gözümüzə nəzarət edək və şeytanın oxlarına tuş olmayaq.

 

(Tebyan/ Deyerler.org)

Category: Gözəl əxlaq dinin yarısıdır | Added by: Ənfal
Views: 850 | Downloads: 0 | Comments: 4 | Rating: 5.0/3
Total comments: 4
0  
4 GADİR   (2013-08-06 10:21 AM) [Daxil et]
ƏNFAL BACİ, ALLAH  SIZDƏN RAZI OLSUN .
GÖZƏL RAMAZAN AYİNDA  ALLAH-TƏALA  SİZƏ BU AYİN XEYİR- BƏRƏKƏTLƏRİNİ NƏSİN EDSİN.
TƏŞƏKKÜR EDİRƏM ALLAH RAZİ OLSUN !
ÜZÜMÜZƏ  GƏLƏN RAMAZAN BAYRAMİ MÜNASİBƏTİ İLƏ SİZİ TƏBRİK EDİRƏM, SİZİN SİMADA BÜTÜN BACİ  QARDAŞLARİMİ TƏBRİK EDİRƏM ! ALLAH HAMİNİZDAZ RAZİ OLSUN !

0  
3 Ənfal   (2013-08-05 10:42 PM) [Daxil et]
GADİR, Allah sizdən də razı olsun. İbrahim surəsinin 22 ayəsi:

Cənnət sakinləri Cənnət bağlarına daxil edildikdən, Cəhənnəm sakinləri isə Cəhənnəm Oduna atıldıqdan sonra, Kainatda baş verən bütün şər işlərin səbəbkarı olan şeytan artıq Cəhənnəm əhlinə müraciət edərək, onlarla heç bir əlaqəsinin olmadığını bildirib, belə deyəcək: “Elçilərin Allahdan sizə gətirdikləri vədi haqq idi. Lakin siz öz Rəbbinizə itaət etmədiniz. Əgər siz Ona müti olsaydınız, onda indi böyük mükafat əldə edərdiniz. Mən isə sizə çoxlu nemətlər bəxş edəcəyimə söz vermişdim, lakin bu belə olmadı. Mənim vədlərimin yerinə yetiriləcəyi ümumiyyətlə mümkün deyildi, çünki onlər əzəldən yalan idi. Mən sizin üzərinizdə heç bir hakimiyyətə malik deyildim, çünki mənim sözlərim inandırıcı dəlillərə qətiyyən əsaslanmırdı. Mən sizə ardımca gəlməyi təklif etdim, yalanı bəzədim, lakin başqa heç bir şey edə bilmədim. Siz mənə qulaq asdınız, çünki mənim ehtiraslarıma və alçaq istəklərimə özünüz imkan verirdiniz. Buna görə siz məni qınamamalısınız. Siz özünüz özünüzü qınamalısınız, çünki özünüz öz bədbəxtliyinizin səbəbkarı idiniz və özünüz özünüzü cəzaya məhkum etdiniz. Mən sizin bu müsibətinizdə sizə heç nə ilə kömək edə bilmərəm və siz də mənim köməyimə gələ bilməzsiniz. Sizin hər biriniz cəzanın özünə aid payını alacaqdır. Mənim, sizin məni Allaha şərik qoşmağınıza heç bir aidiyyətim yoxdur. Mən belə deyildim və heç kim mənə itaət etməməliydi. Lakin siz mənə qarşı müti idiniz və bununla da özünüzə ziyan vurdunuz. Siz Cəhənnəmdə əbədi əzaba özünüz layiq olmusunuz”.
Fövqəluca qullarını şeytana tabe olmaqdan xəbərdar etmiş, şeytanın insanın ürəyinə girəcəyi qapılar, onun güddüyü məqsədi haqqında onlara bildirmişdi. Bütün bunlar Allahın Öz yaratdığı məxluqlara bəslədiyi rəhmliliyinə dəlalət edir. Fövqəluca xəbər verir ki, şeytan insanın Cəhənnəmə atılmasına can atır və O, izah edir ki, Cəhənnəm odunda şeytan öz tərəfdarlarından və onların ona ibadət etməsindən üz döndərəcək. Kim bu barədə Hərşeyibilən Allahdan başqa daha yaxşı xəbər verə bilər?!
Qeyd etmək lazımdır ki, Fövqəluca bu ayədə buyurur ki, şeytan öz tərəfdarları üzərində hakimiyyətə malik deyildir.
(Ayənin şərhinin bu hissəsində qeyd etmək yerinə düşərdi ki, bəzi “baxıcılarla” müsahibədə onlardan şüurlu surətdə cinlərdən olan şeytanla niyə könüllü surətdə əlaqə saxladıqlarını soruşduqda, onlar cinlərin “baxıcını” incitməsini səbəb göstərirlər. Ayədə isə Allah açıq bildirir ki, “onlar insan üzərində hakimiyyətə malik deyillər”. Deməli, “baxıcıların” dəlili əsassızdır. Daha yaxşısını bilən Allahdır! F.S.)
Lakin digər bir ayədə belə buyurulur: “Şübhəsiz ki, şeytan, iman gətirib yalnız öz Rəbbinə təvəkkül edənlər üzərində heç bir hakimiyyətə malik deyil. Onun hakimiyyəti yalnız onu özünə dost tutanlar və Allaha şərik qoşanlar üzərindədir” (Nəhl, 16/99-100). Şeytanın malik olmadığı hakimiyyət dedikdə, sübut və dəlillər nəzərdə tutulur. Şeytan təbliğ etdiyinin xeyrinə olaraq heç bir dəlilə əsaslanmır. Lakin o, insanların qəlbinə şübhə salır və onları o dərəcədə məharətlə yoldan çıxarır ki, onlar Allaha itaətsizlik göstərməyə cəsarət edirlər. Allahın şeytana verdiyi hakimiyyət dedikdə isə, iblislərin öz agenturasını (əlaltılarını) yoldan çıxartmaqla onları günah işlətməyə yönəltmək üçün zəruri istedadı nəzərdə tutulur. Belə günahkarların özləri şeytanların onların üzərində hökmranlıq etmələrinə imkan yaradaraq, onları özlərinə havadar seçir və onların məzhəblərinə qoşulurlar. Məhz buna görə, şeytan Rəbbinə iman gətirmiş və təvəkkül edənlər üzərində hakimiyyətə qətiyyən malik deyil.

+1  
2 GADİR   (2013-08-05 3:37 PM) [Daxil et]
ALLAH  RAZI  OLSUN !
Xahiş edirəm  geyd etdiyiniz  İbrahim-22 ikidən olan ayənin şərh edəsiniz zəhmət olmazsa geniş mənada 
ALLAH RAZİ OLSUN TƏŞƏKKÜR EDİRƏM

+1  
1 KubraZ   (2013-08-01 6:43 PM) [Daxil et]
Allah razi qalsin

Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]