Cümə günü, 2024-04-26, 7:12 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Əxlaq » Gözəl əxlaq dinin yarısıdır

“Əgər mənə desən ki, Allah haradadır, sənə bir portağal verəcəyəm” – maraqlı hazırcavablıq nümunələri
2013-03-15, 9:32 PM
"Əgər mənə desən ki, Allah haradadır, sənə bir portağal verəcəyəm” – maraqlı hazırcavablıq nümunələri 

İmam Əlinin (ə) hazırcavablığı.

Yəhidilərdən biri qərəzlik edərək, İmam Əlidən (ə) soruşur: "Siz peyğəmbərinizin (s) cənazəsini dəfn etməmiş onun haqqında münaqişə etməyə başladınız”. İmam (ə) cavabında buyurdu: "Biz Peyğəmbərin (s) vəsisi haqqında münaqişə etmişdik, özü haqqında deyil. Ancaq siz yəhudilər Musa (ə) dənizdən keçən zaman ki, fironlular qərq oldular, öz peyğəmbərinizə dediniz: "Bizim üçün bir məbud (büt) qərar ver, necə ki, bütpərəstlərin bütdən məbudları vardır. Musa (ə) cavabında demişdi: "Siz nadan cəmiyyətsiniz””.



Əqilin hazırcavablığı.

Bir gün Müaviyyə (lən) bir məclisdə idi. İmam Əlinin (ə) qardaşı Əqil də orada idi. İnsanlara deyir: "Siz Əbu Ləhəbi tanıyırsınız? Allah onun haqqında "Məsəd” surəsini nazil etmişdir?” Şam əhli dedi: "Yox tanımırıq”.

Müaviyyə dedi: "Əbu Ləhəb bu şəxsin (Əqilə işarə edir) əmisidir. Əqil insanlara deyir: "Bəs siz Əbu Ləhəbin arvadını tanıyırsınız? Quran onun haqqında buyurmuşdur ki, odun daşıyır və boynunda xurma lifindən ip sallanar”. Şam əhli dedi: "Yox”.

Əqil dedi: "Bu qadın Müaviyyənin bibisidir”. Əqilin bu cavabı Müaviyyəni pərişan edir və bir daha bir söz demir.



Darab Mirzənin hazırcavablığı.

Müzəfərəddin şah Qacar, Darab Mirzə şəhzadəsindən soruşur: "Fətəli şahın dövründə sənə xoş keçirdi, yoxsa mənim səltənətim dövründə?”. Darab cavab verir: "Heç birində. Çünki Fətəli şahın dövründə saqqallıları bəyənirdilər. Mən o zaman saqqalsız idim. Sizin zamanınızda saqqalsızları bəyənirlər, mənin bu qədər uzun saqqalım var”.



Yoxsulun zəngin qarşısında hazırcavablığı.

Bir yoxsul insan məclisə daxil olur və zəngin birinin yanında əyləşir. Zəngin insan ondan narahat olur, üzünü turşudaraq yoxsula deyir: "Səninlə uzunqulaq arasında nə qədər fərq vardır? Yoxsul deyir: "Bir vəcəb”. (Yoxsulla onnu arasında bir vəcəb fasilə var idi). Zəngin bu cavabdan utanır və başını aşağı salır.



Uşağın hazırcavablığı.

Bir alim bir uşaqdan soruşur: "Əgər mənə desən ki, Allah haradadır, sənə bir portağal verəcəyəm”. Uşaq cavab verir: "Mən sizə iki portoğal verərəm, əgər desəniz Allah harada yoxdur”.



Həsən ibni Fəzlin hazırcavablığı.

Həsən ibni Fəzl bir məclisə daxil olur ki, xəlifə əyləşmişdi. Danışmaq istəyən zaman xəlifə ona işarə edib dedi: "Ey uşaq! Məclisdə səndən də böyüyü vardır. Sən danışma”. Həsən cavabında dedi: "Nə mən hud-huddan kiçiyəm, nə də siz Süleymandan böyük. Məgər hud-hud Süleymana demədi ki, mən elə bir şeyi bilirəm ki, sən bilmirsən”.



Bir uşağın hazırcavablığı.

Bir gün Əbu Hənifə bir küçədən keçirdi, görür ki, bir uşaq gilli yerdə yol gedir. Onu çağırır və deyir: "Ay uşaq, ehtiyatlı ol ki, yıxılmayasan”. Uşaq cavab verir: "Mənim yıxılmağım mümkün deyildir, sən özündən ehtiyatlı ol ki, yıxılmayasan. Çünki yıxılsan, ardıcılların da yıxılacaqdır. Əbu Hənifə onun zəkasından təəcüblənir.



Bir möminin hazırcavablığı.

İmam Sadiqin (ə) şəhadətindən sonra münafiqlərdən biri Həzrətin (ə) şagirdinə deyir: "İmamın dünyadan getdi”. Mömin cavab verdi: "Ancaq sənin rəhbərin (şeytan) qiyamətə qədər sağdır”.



Bəhlulun hazırcavablığı.

Bir gün Harunun vəziri Bəhlula deyir: "Xoş olsun sənin halına! Çünki xəlifə səni donuzların və canavarların rəhbəri təyin etmişdir”. Bəhlul deyir: İndi ki, sən bu mövzudan agah olmusan, mənim itaətimdən və əmrimdən çıxma”.



(Həvzəh/ Deyerler.org)


Category: Gözəl əxlaq dinin yarısıdır | Added by: Ənfal
Views: 869 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]