Bazar günü, 2024-12-22, 4:14 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Əxlaq » Gözəl əxlaq dinin yarısıdır

Elm üstündür ya mal dövlət?
2013-05-27, 10:11 AM
Elm üstündür ya mal dövlət?

On nəfər öz aralarında məsləhət edib qərara gəldilər ki, ayrı-ayrılıqda Həzrət Əlinin (ə) yanına gedib ona eyni sualı versinlər. Əgər Əli (ə) hamının sualını eyni cür cavablandırsa, deməli, onun elmi azdır və imamətə layiq deyil.

Yox, əgər hər kəsə o birindən fərqli cavab versə, deməli, Peyğəmbərin: "Mən elmin şəhəriyəm, qapısı isə Əlidir” kəlamı doğrudur.

Birinci adam Həzrət Əlinin (ə) yanına gəlib soruşdu: "De görüm, elm daha üstündür ya mal-dövlət?”. Həzrət cavab verdi: "Elm mal-dövlətdən üstündür. Çünki elm peyğəmbərlərin mirasıdır. Mal-dövlət isə fironun, Qarunun və Şəddadın mirasıdır”.

İkinci adam da gəlib eyni sualı verdi. Əli (ə) onun sualını belə cavablandırdı: "Elm maldan üstündür. Çünki elm səni qoruyar, mal-dövləti isə sən özün qorumalısan”.

Üçüncü adamın sualına imamın cavabı belə oldu: "Elm mal-dövlətdən üstündür. Çünki alimin dostları çox olar, sərvətlinin isə düşməni”.

Dördüncü adam da elmin yoxsa sərvətin üstün olduğunu soruşanda Əli (ə) buyurdu: "Elm sərvətdən üstündür. Çünki elm xərcləndikcə (başqalarına öyrədildikcə) çoxalar, sərvət isə xərcləndikcə azalar”.

Beşinci adam eyni sualla müraciət edəndə İmam belə cavab verdi: "Elm sərvətdən üstündür. Çünki varlı adama paxıl və simic deyirlər. Amma elmli adama ehtiram göstərirlər”.

Altıncı adamın sualının cavabı bu şəkildə oldu: "Elm maldan üstündür. Çünki oğrular malı apara bilərlər, elmi isə heç kim səndən oğurlaya bilməz”.

Yeddinci adam öz sualının cavabında Əlidən (ə) bunu eşitdi: "Elm sərvətdən üstündür. Çünki zaman keçdikcə mal köhnəlir, çürüyür ya paslanır, dəyərdən düşür. Amma elm üçün bu təhlükə yoxdur”.

Səkkizinci adamın cavabı bu şəkildə verildi: "Elm daha yaxşıdır. Çünki mal-dövlət yalnız bu dünyada insanla birlikdə olar və ona xeyir verər. Amma elm isə həm bu dünyada, həm də axirətdə insana fayda gətirər”.

Doqquzuncu şəxsin cavabı da o birilərdən fərqli oldu: "Elm mal-dövlətdən üstündür. Çünki mal-dövlət insanın qəlbini daşlaşdırar, elm isə yumşaldar”.

Nəhayət, onuncu adam elmin yoxsa malın üstün olduğunu soruşanda Həzrət Əli (ə) buyurdu: "Əlbəttə, elm daha üstündür. Çünki mal-dövlət öz sahibinə təkəbbür və mənəm-mənəmlik gətirər, hətta bəzi sərvətlilər allahlıq iddiası edərlər. Amma elm adamı təvazökar və başıaşağı olar”.

Beləcə, Həzrət Əli ibn Əbu Talib (ə) eyni sualın cavabını on fərqli şəkildə verdi.
family:�X oa�o ferif"'>᾽i vəzifələrimizdən biri də yaxşıya də᾽vət (əmr be mə᾽ruf) və pisdən çəkindirməkdir (nəhy əz münkər). Bu vəzifənin ilk mərtəbəsi qadını, uşağını, sonra başqa qohum və yaxınlarını də᾽vət etməkdir.




ÜÇÜNCÜ DOLAMA XUMS VƏ ZƏKATDIR

Əgər hər kəsin boynunda bir dirhəm xums və ya zəkat olarsa, üçüncü dolamada qarşısı kəsilər. Zəkat verməyənlərə aid rəvayətlər çoxdur, o cümlədən: (Zəhəri daşmış əjdahanın tükləri pırtlaşar.) Allah belə bir əjdaha qərar verər ki, onun boynuna dolanar. Digər bir rəvayətdə buyurulur: Məhsulunun zəkatını verməmiş sahibin torpaqları yeddi qat boyunbağı tək boynuna asılar. Eləcə də, Həzrət İmam Zaman (əleyhissalam) zəkat mənimsəyənləri qətlə yetirər.

Məbada, kimsənin boynunda bir dirhəm zəkat olsun və qızıl, gümüş, sikkə toplayıb, zəkatını ödəməsin! Qiyamət günü həmin dinar və dirhəmi qızdırıb, onun kürəyinə dağ basarlar. ("Tövbə” surəsi, ayə 35).

Bilin ki, malın zəkatı ilə bədənin zəkatı arasında fərq yoxdur. Fitr bayramının axşamı (orucluğun son axşamı) bədənin zəkatı (fitrə) maldan ayrılmalıdır.

İNSANIN YARDIMÇISI, ŞƏFİSİ ONA DÜŞMƏN OLAR

Xumsa gəldikdə isə, xums sorğusunun çətinliyi barədə rəvayətlər çoxdur. "Kafi”dən bir rəvayətə istinad edirik. Həzrət Sadiq (əleyhissalam) buyurmuşdur: "Qiyamətdə insanların ən çətin vaxtı o zamandır ki, xums müstəhəqləri (dünyada xums veriləsi məzlumlar) ayağa qalxıb, öz haqqlarını tələb edərlər. Çox vaxt bu günahın çətinliyində şəfaət edəsi şəxslər adama düşmən olar.

DÖRDÜNCÜ DOLAMADA ORUC SORĞUSU

Dördüncü dolamada mübarək Ramazan ayının orucundan sual verilər: "Oruc, Cəhənnəm odu qarşısında sipərdir” bu-yurulub. Oruc tutmuş şəxs üçün iki xoşluq vardır: birincisi iftarda, oruc açılan zaman xüsusi fərəhdə olar; ikincisi�l��o fn keçərkən Allahla görüşə çatanda xoşhal olar.

BEŞİNCİ DOLAMADA HƏCC SORĞUSU



Həyatında həccə getmək üçün şərait yaranan və həccə getməyən şəxsin qarşısı kəsilər. İki dəstəyə ölüm zamanı deyilər: "Yəhudi və nəsrani kimi ölün!” Bunlardan biri zəkat verməyənlər, digəri həcci tərk edənlərdir. Bunu demək kifayətdir ki, həccdən boyun qaçıranları Allah-Taala Qur᾽anda kafir adlandırıb. Bu barədə bəhs açmıram, çünki e᾽tiqad bəhsindən kənara çıxarıq.

ALTINCI DOLAMA TƏHARƏTDİR

İbni Abbasdan rəvayətdə nəql olunub ki, "təharət” dedikdə dəstəmaz, qüsl, təyəmmüm nəzərdə tutulur. (Dəstəmaz namazdan əvvəl, qüsl və təyəmmüm isə cinsi yaxınlıq, aybaşı və s.dən sonra xüsusi qay-da ilə icra edilən vacib əməldir.) Xüsusilə, qadınların vaxtlı-vaxtında qüslə diqqətlə yanaşması zəruridir. Əgər etinasızlıq olarsa, Siratın altıncı dolamasında soru-şulacaqlar. Əvvəlcə dediyimiz kimi, qəbir sıxıntısına düşməyin bir səbəbi də murdarlıqdan çəkinməməkdir.

YEDDİNCİ DOLAMA ZÜLMDÜR

Bə᾽zən bu dolama "ədl”, bə᾽zən də "xalqın haqqı” (həqqün-nas) adlandırılmışdır. Qu-r᾽anda "mirsad” kimi də təbir olunmuşdur (mirsad-yəni, pusqu). Əgər insan bir kəsə nahaq sillə vurmuşdursa, beş yüz il orada saxlanılar, sümükləri parçalanar, əzilər.

Ey dükançı, şagirdini vurmağa nə haqqın var?!

Ey müəllim, hansı şəri əsasla uşaqları tənbeh edib vurursan, hətta bədənində yeri də qalır?!

Ey kişilər, nə üçün qadınlarınızı vurursunuz?! Ərin nə haqqı var ki, qadınına əl qaldırsın?!

Əlbəttə, bə᾽zi istisnalar vardır. Amma bu hallara az təsadüf olunur və mövzumuzdan xaricdir.



iman.ge
Category: Gözəl əxlaq dinin yarısıdır | Added by: Ənfal
Views: 715 | Downloads: 0 | Rating: 5.0/1
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]