Main » Files » Əxlaq » Gözəl əxlaq dinin yarısıdır |
Dilin günahı ilə necə mübarizə aparaq?
2013-02-12, 6:39 AM | |
Ərəb bir kişi Peyğəmbərin (s) xidmətinə gəlir və deyir: "Məgər bu belə deyilmi ki, sən valideyn baxımından hamımızdan yaxşısan, övlad baxımından hamımızıdan şərəflisən? Cahiliyyət dövründə bizdən üstün idin və indi də İslamda bizim rəhbərimizsən?”. Rəsuli-Əkrəm (s) bu sözlərdən çox əsəbləşir və bu ərəb kişiyə deyir: "Dilin neçə hicab arxasında yerləşir?”. Cavab verir: "İki hicab: biri dişlər və o birisi isə dodaqlar”. Həzrət (s) buyurdu: "Bu hicablardan heç biri dilinə görə bizə yaratdığın hiddətin qarşısını ala bilmədi”. Sonra buyurdu: "Bu dünyada bir insana əta edilən şeylər içərisində heç bir şey onun qədər axirət üçün kəlamın nüfuzundan daha çox ziyan gətirə bilməz”. Həzrət Əliyə (ə) buyurdu: "Qalx və onun dilini kəs”. İmam (ə) ayağa durdu və ona tərəf hərəkət etdi. Ona bir neçə dirhəm verib sakitləşdirdi. Həzrət Peyğəmbər (s) o qədər kəskin şəkildə bu əmri verdi ki, ətrafındakılar İmamın (ə) doğurdan da onun dilini kəsəcəyini zənn etdilər. Ancaq Həzrət (s) bu sözləri ilə öz narahatçılığını bildirmək istəyirdi. Başqa bir tərəfdən isə insanlara başa salmaq istəyirdi ki, yaltaqlanmaq çox böyük bir əxlaqi eybdir. İmam Sadiq (ə) buyurur: "Hər kim müsəlmanla iki dillə danışarsa, Qiyamət günü gələndə atəşdən iki dənə dili olcaqdır”. Bu hədisdə məqsəd o kəslərdir ki, dünya mənfəətini cəlb etmək üçün hər kəslə onun meyllərinə uyğun söhbət edər. Dil - insana əta edilmiş ən böyük nemətdir. İnsan dili vasitəsilə başqa canlılardan fərqlənir. Göz ancaq rəngləri və formaları ayırd edə bilir. Qulaq ancaq səsləri eşidir. Əl ancaq cisimləri hiss edə bilir. Ancaq dilin əməl meydanı çox genişdir. Heç bir məhdudiyyəti yoxdur. Ona görə də həm xeyir işlər görə bilər, həm də şərr işlər. Hər kim dilinin kontrolunu əldən verərsə, süqut edər və cəhənnəm əhlindən olar. Həzrət Peyğəmbər (s) buyurur: "Hər kim susmağa ixtiyar edərsə, nicat tapar. Dil - kiçik üzvdür, ancaq böyük rola malikdir”. Dil şeytanın insanın aldatması üçün ən yaxşı vasitələrindən biridir. Çünki bu üzvdən istifadə qaydası sonsuzdur və məhdudiyyəti yoxdur. Başqa üzvlərə nisbətən daha çox üsyankardır. Ona görə dilə nəzarət etmək hamının vəzifəsidir. İmam Sadiq (ə) buyurur: "Möminin nicatı - dilini saxlamasındadır”. Haris deyir ki, İmam Əlidən (ə) eşitmişəm ki, buyurub: "Heç bir şey dil kimi uzun müddət zindanda saxlanmağa layiq deyildir”. Həzrət (ə) başqa yerdə buyurur: "Bütün yaxşılıqlar üç şeydə toplanmışdır: sükut, söz və nəzər. O sözdə ki, zikr olmaz - yersiz və boşdur. O sükutda ki, təfəkkür olmaz - qəflətdir. O nəzərdə ki, ibrət olmaz - yersizdir.” Həzrət Peyğəmbər (s) buyurur: "Dilini saxla ki, o, sənin üçün sədəqədir. Bəndəyə həqiqətən iman çatmaz, məgər o halda ki, dilini saxlayar”. İmam Əli (ə) buyurur: "Hər kim dilini saxlayar, Allah eybini gizlədər”. Beləliklə deyə bilərik ki, dil - bizə verilmiş ən böyük nemətdir, ancaq həm də başqa bədən üzvlərindən çox günah qazandıran bir orqandır. Hər kim dilinə hakim olarsa, nicat tapar. Əks halda cəhənnəm əhlindən olar. (Tebyan/ Deyerler.org) | |
Views: 829 | Downloads: 0 | Rating: 5.0/1 |
Total comments: 0 | |