Cümə günü, 2024-04-26, 7:20 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Əxlaq » Gözəl əxlaq dinin yarısıdır

“Ədəbi ədəbsizdən öyrəndim...”
2013-02-08, 7:42 AM
"Ədəbi ədəbsizdən öyrəndim...”
 İmam Sadiqdən (ə) soruşurlar: "Əbuzər Ğəffaridən nəql edirlər ki, o, insanlara bu üç mövzunu deyirdi:



1. Mən ölümü həyatdan çox istəyirəm. Yəni, ölüm mənim yanımda həyatdan daha sevimlidir.



2. Mən bəlanı, əziyyəti, müsibəti sağlamlıqdan və səhhətdən yaxşı hesab edirəm.



3. Mən yoxsulluğu sərvətdən və mal-dövlətdən çox istəyirəm. Bu üç mövzu nə məsələdir? İmam Sadiq (ə) təsdiq edir ki, Əbuzər həqiqətən bu sözləri demişdir. Sonra buyurur: "Sizin

bu üç cümlədən çıxartdığınız nəticə Əbuzərin təfəkkür və düşüncə dünyasına aid deyildir”.

İmam Sadiq (ə) məclislərin birində Əbuzəri bu cür tərifləyir: "Əbuzərin ən yaxşı ibadəti - düşüncə və təfəkkürüdür. Yəni, o, hər bir şeydən dərs alan sənətkar idi”.

Loğmana dedilər: "Sizin müəlliminiz kim olmuşdur?”. Dedi: "Yüngül və ədəbsiz insanlar”. Dedilər: "Necə ola bilər ki, ədəbsiz insanlar bu qədər ədəbə malik olan insanın müəllimi olmuşdur?”. Loğman cavabında dedi: "Mən ədəbsizlərdə hər nə gördümsə, onların özünə, ailəsinə və ictimai vəziyyətinə ziyan vurduğunu gördüm. Ona görə də mən ağlımı işlətdim və zərərli işlərin altına girmədim”.

Həzrət Peyğəmbər (s) buyurur: "Mömin bir yarıqdan iki dəfə sancılmaz”. Aqil insan həmişə başqalarının həyat təcrübəsini özlərinə örnək hesab edər və ondan ibrət dərsi alarlar. Bilərlər ki, hər kim quyuya düşərsə, bir daha oradan çıxa bilməz. Ona görə də bu quyuya yaxınlaşmaq belə istəməzlər.



(Erfan/Deyerler.org)
Category: Gözəl əxlaq dinin yarısıdır | Added by: Ənfal
Views: 712 | Downloads: 0 | Rating: 5.0/2
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]