Çərşənbə axşamı, 2024-04-16, 9:05 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Əxlaq » Gözəl əxlaq dinin yarısıdır

Cənazəni dəfn etməyin nəhəng mükafatları
2014-01-01, 8:45 AM
Cənazəni dəfn etməyin nəhəng mükafatları

  
Meyiti kəfənləməyin və dəfn etməyin xüsusi ədəb və qaydası vardır ki, İslam dini ona xüsusi əhəmiyyət verir. Həzrət Peyğəmbər (s) buyurur:"Hər kim ölünü kəfənləyərsə, Allah ona behişt sundusundan və ipəyindən libas geyindirər”. (Tebyan)
İmam Sadiq (ə) buyurur: "Hər kim mömini kəfənləyər, sanki Qiyamət gününə qədər onun libasını təmin etmişdir”.
İmam Baqir (ə) buyurur: "Hər kim cənazənin dörd tərəfindən həml edərsə, Allah onun 40 günahını bağışlayar”.
İmam Sadiq (ə) buyurur: "Mömin müsəlmanın cənazəsinin önündə hərəkət et, kafirin cənazəsinin önündə hərəkət etmə. Çünki müsəlmanın cənazəsinin önündə mələklər vardır ki, onu tələsərək behiştə apararlar. Kafirin cənazəsinin önündə isə mələklər vardır ki, onu atəşə tərəf apararlar”.
Həmçinin buyurur: "Hər kim möminin cənazəsini torpağa basdırılana qədər müşayiət edər, Allah müşayiət edən 70 mələyi ona hakim edər ki, onu müşayiət etsinlər. O zaman ki, qəbrindən qalxar ki, Qiyamətdəki yerinə çatsın, həmin mələklər onun üçün istiğfar edərlər”.
Həzrət Peyğəmbər (s) İmam Əliyə (ə) buyurur: "Cənazəni müşayiət etmək üçün iki mil (3600 metr) səfər et”.
İmam Əli (ə) buyurur: "Altı nəfər üçün behişti zəmanət edirəm. (Onlardan biri) o kişidir ki, müsəlman cənazəsini müşayiət etmək üçün çıxar və ölər, onun üçün behişt vardır”.
İmam Baqir (ə) buyurur: "Hər kəs müsəlmanın cənazəsini müşayiət edərsə, Qiyamət günü ona dörd şəfaət çatar”.
İmam Əli (ə) buyurur: "Hər kim cənazə zamanı gülərsə, Allah Təala Qiyamət günü onu hamının qarşısında xar edər və duası yerinə yetməz”.
Həzrət Peyğəmbər (s) buyurur: "Elə bir bəndə yoxdur ki, cənazəyə namaz qılsın və Allah behişti ona vacib etməsin. Münafiqdən və ata və anası ilə pis rəftar edəndən başqa”.
İmam Sadiq (ə) buyurur: "Nə zaman mömin ölər və 40 mömin cənazəsində hazır olar (namazda) deyərlər ki: "Allahım, biz ondan xeyirdən başqa bir şey görmədik və Sən bizdən daha agahsan”. Allah buyurar ki, Mən sizin şəhadətinizi qəbul edirəm və o şeyi ki, Mən ondan bilirəm və siz bilmirsiniz bağışlayıram”.
Həzrət Peyğəmbər (s) buyurur: "Hər kim müsəlman üçün qəbir qazar, Allah onun üçün behiştdə ev inşa edər”.
Həzrət Peyğəmbər (s) buyurur: "Nə zaman meyit günün əvvəlində ölərsə, zöhrdən əvvəl torpağa versinlər. Nə zaman gününün axırında ölərsə, gecə dəfn etsinlər”.
 
/Deyerler.org/
 
Category: Gözəl əxlaq dinin yarısıdır | Added by: Ənfal
Views: 906 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]