Bazar günü, 2024-12-22, 11:17 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Əxlaq » Gözəl əxlaq dinin yarısıdır

Cənab Salmanın təvazökarlığı
2013-04-11, 5:39 AM
Cənab Salmanın təvazökarlığı

 Salman Farsi Şam şəhərlərindən birində əmir idi. Onun bu əmirliyi adət və ibadətində heç bir dəyişlik yaratmamışdı. Davamlı olaraq kilim geyinər və piyada yol gedərdi.


Bir gün bazara gedir. Bir kişini görür ki, yonca almışdı. Yolda dayanıb onu aparmaq üçün adam axtarırdı. Birdən Salman həmin yerə gəlib çatır. Kişi onu tanımadı, onu nökər tutur. Yükü Salmanın belinə qoyur və o, da imtina etmir. Bir nəfər Salmanı bu halda görüb deyir: "Ey əmir! Bunu hara aparırsan?” Yükün sahibi Salmanın əmir olduğunu bilib əl-ayağına düşdü. Əllərini öpüb ona dedi: "Ey əmir! Mənə halal et. Bu yükü aşağı endir”. Salman onun üzrünü qəbul edir və deyir: "Qəbul etdim ki, bu yükü sənin evinə çatdıracağam. Mən gərək öz peymanıma əməl edəm”.

Salman bu yükü onun evinə çatdırır. Deyir: "Mən öz əhdimə vəfa etdim. İndi sən əhd et ki, heç kimi nökər tutmayacaqsan. Ehtiyacın olanı götürmək, kamalında nöqsan yaratmasın. Sənin igidliyinə ziyan vurmasın”.



(Tebyan/ Deyerler.org)
Category: Gözəl əxlaq dinin yarısıdır | Added by: Ənfal
Views: 657 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]