Cümə günü, 2024-11-22, 1:01 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Əxlaq » Gözəl əxlaq dinin yarısıdır

Bütün xəzinələrin açarı
2013-02-02, 4:48 PM
Bütün xəzinələrin açarı

 Bir gün İmam Sadiqin (ə) yaxın tərəfdaşları: Yunis ibni Zəbyan, Mufəzzəl ibni Ömər, Əbu Sələmə Sərrac, Hüseyn ibni Əbi Faxitə və sair kimi səhabələri toplaşmışdı. İmam (ə) onlara buyurdu:


"Yerdəki bütün xəzinələr və bütün cəvahiratların açarı biz Əhli-beytin (ə) yanındadır. Əgər indi iradə etsəm, ayaqlarıma əmr etsəm ki, yerdə olan xəzinənin yerini aşkar etsin, tez bir zamanda edər. Diqqət edin”. Sonra mübarək ayağı ilə torpağın üzərində xətt çəkir. Yer aralanır və qızıl ilə gümüşlə dolu olan xəzinə görünməyə başladı. Sonra mübarək əli ilə bu xəzinəyə işarə edir və buyurur: "Yaxşı baxın və diqqət edin. Gözlərinizi yaxşı açın ki, səhv etməyəsiniz. Sabah şəkk və şübhədə olmayasınız”. Orada olanlar dedilər: "Yəbnə Rəsulullah! Bu, xalis qızıldır, necə də maraqlı parıldayır”. Həzrət (ə) buyurur: "İndi yerin dibinə nəzər salın”. Yerin dibinə baxanda orada çoxlu qızıl və gümüş gördülər. Onlardan biri dedi: "Yəbnə Rəsulullah! Sizin həqiqətən belə bir qüdrətiniz və xəzinəniz varmı? Halbuki bizim Əhli-beyt (ə) davamçılarımız və dostlarımız yoxsulluq içindədirlər”. Həzrət (ə) cavabında buyurdu: "Tezıliklə Allah Təala yerdə və axirətdə olan bütün xəzinələri biz Əhli-beyt (ə) üçün toplayıb, hazır edəcəkdir. Biz behiştin nemətləri arasında olacağıq. Düşmənlərimiz isə ağrılı İlahi əzaba düçar olacaqlar”.



(İslami saytlara istinadən/ Deyerler.org)
Category: Gözəl əxlaq dinin yarısıdır | Added by: Ənfal
Views: 1306 | Downloads: 0 | Rating: 5.0/1
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]