Cümə axşamı, 2024-05-02, 0:48 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Əxlaq » Gözəl əxlaq dinin yarısıdır

Bu üç qrupun haqqını görməməzliyə vurmayaq
2013-03-27, 5:57 AM

Bu üç qrupun haqqını görməməzliyə vurmayaq

 İmam Cəfər Sadiq (ə) buyurur: "Üç qrup vardır ki, münafiqlərdən başqası onu görməməzliyə vura bilməz: ağsaqqal müsəlman, Quran hafizi və rəhbər”.

Həzrət Peyğəmbər (s) buyurur: "Yaşlı qocanın vücudu - bərəkətə, rəhmətin artmasına və İlahi nemətlərə bais olar”.



Yaşlılara hörmət

Yaşlı qocalar səy və təcrübələri ilə elə mərhələyə çatırlar ki, ehtirama və sevgiyə ehtiyac duyurlar. Onlara hörmət etmək - İslami dəyərlərə sadiqliyin göstərilməsi və ictimai rabitələrin möhkəmləndirilməsi deməkdir. Necə ki, uşaqlar müxtəlif yaşlarda, müxtəlif ehtiyaclar duyurlar, valideynlər və müəllimlər onları tərbiyə etmək üçün müxtəlif üsullardan istifadə edirlər, yaşlılar da övladları tərəfindən etdikləri zəhmətlərin təşəkkürünü almaq istəyirlər.

İslam məktəbində qocalar və yaşlılar xüsusi məqama malikdirlər. Həzrət Peyğəmbər (s) buyurur: "Mənim ümmətimin qocalarına ehtiram göstərmək - mənə ehtiram göstərmək deməkdır”.

İmam Sadiq (ə) buyurur: "Bizdən deyildir o kəs ki, bizim yaşlılarımıza hörmət etməz, kiçik yaşlılarımızla mehriban olmaz”.

İmam Səccaddan (ə) nəql edilir ki. buyurub: "

1.Qocalığın haqqı budur ki, qocalığına hörmət edəsən.

2. Əgər İslam dinində keçmiş fəzilətləri varsa, ona ehtiram edin.

3. Onu qabaqcıl hesab edin.

4. Münaqişə zamanı onunla üz-göz olmayın.

5. Yol gedən zaman onu qabaqlamayın və ondan öndə getməyin.

6. Ağılsız hesab etməyin.

7. Əgər cahilcəsinə rəftar edirsə, səbir edin.

8. Müsəlman və yaşlı olduğu üçün ona hörmət edin ki, yaş haqqı İslam haqqı kimidir”.



Həzrət Peyğəmbər (s) buyurur: "O kəs ki, qocaların fəzilətini dərk edər, yaşına görə ona ehtiram qoyarsa, Allah ona Qiyamət günü əzabdan aman verər”.

Beləliklə, bu nəticəyə gəlmək olar ki, yaşlı və qocalmış valideynə ehtiram göstərmək - hər bir övladın borcudur. Biz onlara iki baxımdan hörmət etməliyik. Biri ona görə ki, bizim valideynlərimizdir və o birisi isə ona görə ki, onların yaşı çoxdur.

"Və Rəbbin Ondan başqasına ibadət etməməyinizi və ata-anaya (öz valideyinlərinizə) yaxşılıq etməyinizi qəti hökm etdi. Əgər onlardan biri və ya hər ikisi sənin yanında qocalıq çağlarına yetişsələr (onların zəhmət yaxud sərt davranışları müqabilində narahatlığını büruzə vermə, hətta) onlara «uf» demə, üstlərinə qışqırma, kobud söz demə və onlara xoş söz de”. ("İsra” 23).



Quran hafizi



"Evlərinizdə oxunan Allahın ayələrini və hikməti (əqli elmlər və şəri hökmləri) xatırlayın. Həqiqətən, Allah daim ən kiçicik xırdalıqları belə görəndir və (hər şeydən) xəbərdardır”. ("Əhzab” 34).

Bu ayə həqiqətən Quran hafizi olmağı bizə xatırladır və bu ayə Peyğəmbərin (s) həyat yoldaşlarına xitab edən bir ayədir. Ancaq dinimizin əsaslarına nəzər salanda görmək olur ki, hər bir müsəlman Quranı hifz etməli və Peyğəmbər (s) sünnətini öyrənməlidir. Ona görə də deyə bilərik ki, əslində bu ayə xüsusi insanları deyil, bütün müsəlmanları Qurana və sünnətə söykənməyə dəvət edir.



Ədalətli rəhbər

İmam Sadiqdən (ə) soruşurlar ki, ədalətli rəhbər kimdir? İmam (ə) buyurur ki, okəsdir ki, Allah, Peyğəmbərdən (s) sonra ona itaət etməyi vacib buyurmuşdur. Adil rəhbərlər biri o birisindən sonra gəlir. Nəhayət növbə on ikinci rəhəbərə çatır. Həzrətin (ə) tərəfdaşlarından biri deyir: "Ey Allahın Rəsulunun oğlu! Daha aydın danışın bizim üçün”. İmam (ə) buyurur: "Quranın ayələri onları tanıtmışdır ki, sonuncusu göydən yerə enəcək və onun arxasında namaz qılacaqdır. O, Dəccalı öldürəcək və Allahın yardımı ilə dünyanı başdan-başa fəth edəcəkdir”.

İmam Əli (ə) adil rəhbərin sifətlərini bu cür bəyan etmişdir: "Ey pərakəndə qəlblər! Sizin bədənləriniz hazır, ağıllarınız gizlidir. Mən sizi haqqa tərəf çəkirəm. Ancaq şirin nəriltisindən qaçan qoyunlar kimi qaçırsınız. Mən sizin köməyinizlə ədalətin simasındakı zülməti aradan apara bilərəm. Ya da həqiqətin əyrisini düzəldə bilərəm. Pərvərdigara! Sən bilirsən ki, bizim yerinə yetirdiyimiz şey ona görə deyildi ki, səltənət əldə edək, nə də dünya nemətindən nəyisə qazanaq. Bəlkə buna görə idi ki, dininin aradan getmişlərini geri qaytaraq və şəhərlərində sülhü aşkar edək ki, zülm görmüş bəndələrin amanda olsunlar. Yaddan çıxarılmış qanunlarına yenidən əməl edilsin. Allahım! Mən ilk insanam ki, Sənə tərəf qayıtmış və Sənin dəvətini eşitmiş və cavabını vermişdim. Peyğəmbərdən (s) başqa heç kəs namazda məni qabaqlamamışdır”.

Ona görə də deyə bilərik ki, müsəlmalara hökumət edən rəhbər paxıl olmamalıdır. Onlara mal toplayan zaman hərislik etməməlidir. Gərək nadan və cahil olmasın. Çünki cahilliyi ilə onları yolundan azdırar. Bu cür insan onların nə probelmini həll edə bilər və nə də zalımı məzlumdan ayıra bilər. Ona görə də müsəlmanlara rəhbərlik edən insan adil insan olmalıdır. O kəs ki, Peyğəmbərin (s) sünnətini davam etdirməz, həmin cəmiyyət məhvə doğru gedər.



(Tebyan/ Deyerler.org)
Category: Gözəl əxlaq dinin yarısıdır | Added by: Ənfal
Views: 659 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]