Cümə axşamı, 2024-04-18, 11:54 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Əxlaq » Gözəl əxlaq dinin yarısıdır

Bu dünyamızı içi boş qoz kimi yaşamayaq
2014-01-07, 2:39 PM
Bu dünyamızı içi boş qoz kimi yaşamayaq
 
Nar fəslində bir meyvə vitrininin yanından keçirdim və bu vitrinə qırmızı rəngli və iri o qədər nar yığmışdılar ki, görəni özünə tərəf cəlb edir və narı almaq üçün insanı təhrik edirdi. Mən də nar almaq üçün bu vitrinə yaxınlaşdım və çox təəccübləndim. Çünki vitrindəki həqiqi nar deyil, qırmızı rəngə boyanmış toplar idi. Nar ki, behişt meyvəsidir və qəlbi saflaşdırır, qan dövranını yaxşılaşdırır, topla bir ola bilərmi? (Tebyan)
Bu misalı ona görə çəkirəm ki, hidayət ilə yolunu azmağın fərqini hiss edəsiniz. Yolunu azmaq həmin topa bənzəyir, hidayət isə nara bənzəyir.
Peyğəmbərlər (ə) gəldilər ki, topla narın fərqini bizə tanıtsınlar. Onlar gəldilər və bizə dedilər ki, top zahiri görünüşünə görə nara bənzəsə də, həqiqi nar deyidlir və onun xüsusiyyətlərinə malik deyildir.
Ya da məsələn, balıqçı dənizə boş tor atır və çox keçmir ki, toru balıqla dolu və torun köhnə olmasına baxmayaraq, əldə etdikləri həqiqi balıqdır.
Münafiq nə bu dünyada fayda qazanır və nə də axirətdə. Həm toru əldən verir və həm də balığı.
"Onlar azğınlığı hidayət bahasına satın almış kəslərdir. Buna görə də nə ticarətləri bir xeyir verdi, nə də (haqq) yolu tapanlardan oldular”. ("Bəqərə” 16).
Bəzən insan kibriti çəkir və şamı yandırır. Ancaq şamı hərəkət etdirən zaman, külək onu söndürür. Münafiq də o kəslərdir ki, kibrit çəkərlər. Yəni başqalarının gözü önündə namaz qılarlar, oruc tutarlar, tənha qalan zaman isə ibadətdən əl çəkərlər. Sanki içi boş qoz kimidirlər. Onlar içi dolu olan qozlarla bir yerdə olarlar. İnsan onu başqa qozlarla bir yerdə alıb evinə aparar. İçini açan zaman isə görər ki, daxili aşkar oldu və boşdur. Ona görə də onu zibil yeşiyinə atar.
"Onların hekayəti (qaranlıq gecədə geniş bir çöldə) od yandıran şəxsin hekayətinə bənzəyir. Beləliklə, (od) onun ətrafını işıqlandıran kimi, Allah (odu söndürməklə) onların nurunu aradan aparar və onları heç görə bilməyəcəkləri bir qaranlıqda boşlayar”. ("Bəqərə” 17).
Odun o zaman quru olar ki, ağacdan kəsilmiş olar. Yəni öz əslindən və kökündən ayrılmış olar. İnsanın əməli əgər Allahdan ayrılarsa, gün-gündən quruyar və ruhsuz olar. Bu odun alovlanan zaman Allah alovu söndürər və onları qaranlığa qərq edər. O qədər qaranlıq olar ki, bir-birini görə bilməzlər. Həqiqətdə ömürlərini bada vermiş olar, heç bir şey əldə etməzlər.
"Kar, lal və kordurlar. Buna görə də (haqqa tərəf) qayıtmırlar”. ("Bəqərə” 18).
Münafiqin də gözü və qulağı belə olar. Çünki zülmətə qərq olmuşdur. Bu cür insanın nə təqva yolu üçün hövsələsi olar, nə də haqq sözü eşitməyə hazırlıqları olar.
Allah bizi hidayət etsin.
 
/Deyerler.org/
 

Category: Gözəl əxlaq dinin yarısıdır | Added by: Ənfal
Views: 1376 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]