Cümə günü, 2024-04-26, 10:30 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Əxlaq » Gözəl əxlaq dinin yarısıdır

Bizim ən qatı düşmənimiz – öz nəfsimizdir
2013-11-29, 10:26 PM
Bizim ən qatı düşmənimiz – öz nəfsimizdir

 İnsan daima nəfsinin istəkləri ilə mübarizə aparmalıdır. Çünki əgər mübarizə etməsə, bütün mehribanlıqlar və yaxşılıqlar nəfsimizin xidmətində olar. Bu zaman nəfs bütün yaxşılıqları tapdalayaraq, onları sənin əlindən çıxardar. (Tebyan)
Qabil ibadət əhli olmasına baxmayaraq, cinayət işlədir. Bəşərin ilk davası iki Allahı tanıyan insan arasında olmuşdu. Nə oldu ki, Kərbəla səhnəsində də namaz qılanlar İmama (ə) qıydılar? Bütün bunlara səbəb odur ki, nəfs insanın bütün yaxşılıqlarını ayaqları altına almışdı. Əgər havayi-nəfsimizlə mübarizə etməsək, əmmarə nəfsimiz bizi minib çapar. Bizim bütün yaxşılıqlarımızdan öz xeyri üçün istifadə edər.
Nəsimizlə mübarizənin ilk mərhələsində gərək onu özümüzə düşmən bilək. Nəfsimizə nifrət edək. Yəni nəfsi-əmmarəmizə ən qatı düşməniz kimi baxmalıyıq. Bu, heç də asan bir iş deyildir və təlqinə ehtiyacı vardır. İnsan gərək bu haqda təfəkkür etsin. İnsan gərək özünü tərbiyə etmək üçün təlqin yolundan istifadə etsin.
İnsan gərək nəfsinə təlqin etmək qüdrətinə malik olsun və bunun üçün vaxtı olsun. Ancaq çox təəssüf ki, bu günlərdə başqaları bizə təlqin edirlər. Özü də tamamilə əks şeyləri. Televiziya, mətbuat vasitəsilə reklamın yardımı ilə elə yersiz və mənasız şeyləri bizə təlqin edirlər ki, nə dünyamıza, nə də axirətimizə faydası vardır.
Bir müddət çalışaq ki, rəhbərliyi ələ alaq və özümüzə yaxşı şeyləri təlqin edək. Eyni zamanda özümüzə nəfsimizin düşmən olduğunu və onunla mübariaə aparmalı olduğumuzu da təlqin edək.
Şübhəsiz ki, böyük din alimləri də ilk addımı bu yoldan atmışdılar. Ayətullah Behcət nəql edir: "Bir gün İmam Xomeyninin (r) evində idim və qovurma bişirmişdilər. Bizim üçün gətirdilər, ancaq o, yemədi. Soruşdum ki, niyə yemirsiniz? Dedi: "Mən bu yeməyi çox sevirəm, ancaq ondan yeməyəcəyəm”. Çünki əgər insan nəfsini ayaqları altına almasa, əksinə, nəfsi onu tapdalayacaqdır.
Sonrakı addımda ki, nəfsinlə cihad etməyi qərara alırsan, onu ən qatı düşmən bilirsən, nəfsinə nəzarət et, ondan qorx. İmam Əli (ə) buyurur: "O zaman ki, nəfsinə daha çox etimad edirsən, onun səni aldatmasından daha çox ehtiyat et”.
Qəlbimizə nəzər salaq və baxaq görək ki, orada nəfsimizə görə kin və nifrət vardırmı? Bəzən görürük ki, heç bir kin və nifrət yoxdur. Ona görə də hər gün nəfsimizi kontrol etməli və onu gün ərzində bir neçə dəfə yerə vurmalıyıq. Məsələn, bu gün namazı əvvəl vaxtda qılmağa tənbəllik edirsən. Nəfsinin əksinə olaraq ayağa qalx və namazını qıl. Yəni, nəfsini bir dəfə yerə çırpmağı bacardın. Hər gün nəfsini yoxla. Elə fikirləşmə ki, mən çox yaxşı və mehriban bir insanam. Bu sözləri qırağa qoy, çünki nəfsinlə mübarizə aparmadan onların sənə heç bir faydası yoxdur.
Əgər nəfsimizin həqiqətən düşmən olduğunu hiss edə bilsək, bu zaman onunla ciddi mübarizə aparmağa qalxarıq. İmam Əli (ə) buyurur: "Ağlının köməyi ilə havayi-nəfsinlə mübarizə apar və vuruş ki, inkişaf edəsən”. Çünki nəfsini öldürmədən səndən əl çəkməz. Sən gərək bu döyüşdə ona qalib gələsən ki, irəli gedə biləsən. Nəfsinlə o qədər vuruş ki, nəhayət öldüyünü sənə elan etsin.
Həzrət Peyğəmbər (s) də bizə tövsiyə edir ki, o zaman ki, bir şeyə qarşı şiddətli meyl əldə etdin, Allaha pənah apar. Çünki bu şiddətli meyl səni məhv edə bilər. Ona görə də Allaha həmişə belə dua etməliyik: "Allahım! Qəlbimizi həmişə o şeylərdən qoru ki, birdən ona qarşı şiddətli meylimiz olar!”.
 
/Deyerler.org/

Category: Gözəl əxlaq dinin yarısıdır | Added by: Ənfal
Views: 810 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]