Cümə günü, 2024-04-26, 4:20 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Əxlaq » Gözəl əxlaq dinin yarısıdır

Behiştin şəklini bu həyatda çəkək
2013-10-22, 8:20 AM
Behiştin şəklini bu həyatda çəkək

  O insanlar müvəffəq sayılır ki, gündəlik həyatdan da üstün həyat haqqında bilikləri olaraq, bu həyatlarında gözəl və qalıcı rol oynaya bilirlər. Ona görə demək olar ki, hər şey bizim əlimizdədir. Alimlərdən biri belə deyir: "Qələm, kağız və rəng sizin ixtiyarınızdadır. Behiştin şəklini çəkin və sonra da ora daxil olun”.
Ustad Mütəhhəri şadlığı belə tərif etmişdir: "Şadlanmaq - xoş və ləzzətbəxş edən bir haldır ki, bir hədəfin və ya arzunun yerinə yetməsinə dair elm və agahlıq əldə etdikdən sonra insana nəsib olur. Qəm və qüssə isə ağrılı və xoşagəlməz bir haldır ki, insanın hansısa arzusunun və ya hədəfinin yerinə yetməməsinə görə insana nəsib olur”.
Bu günün təlatümlü və iztirablı dünyasında rahatlıq və sakitlik bir nemətdir ki, hamı onu arzu edir. İnsan həyatının əsas ehtiyaclarından biri - şad yaşamaqdır. İnsan onu vasitəsilə ruhi rahatıq tapır və sağlam həyat tərəf hidayət olunar. İnsan fitri cəhətdən qəmdən uzaq və şad həyata hərəkət edən bir varlıqdır. Şadlanmaq nəinki insanın ruhuna, onun cisminə də təsir edir. İctimai cəhətdən də şadlanmaq qəlbləri bir-birinə yaxınlaşdırar və qorxudan, nigarançılıqdan və pis gümanlardan əsər qalmaz. Aristotel deyir: "Şadlanmaq nə yaxşı şeydir və o qədər əhəmiyyətlidir ki, başqa şeylər onu əldə etmək üçün vasitədirlər”. Müqəddəs İslam dini insanın həm bu dünya və həm də axirət səadətini təmin edər. Münasib və halal şadlanmağı vurğulayır. Ardıcıllarını halsızlıqdan və iztirabdan uzaq olmağa dəvət edir.
Kədərli nəsil məğlubiyyətə məhkumdur. Ancaq bu nöqtəni də qeyd etmək zəruridir ki, şadlanmaq dedikdə, yersiz və mənasız şadlanmaq nəzərdə tutulmur. Ona görə də aqil insanlar yersiz məsələlərdən çəkinməlidirlər. Hər bir şeyə müsbət baxışlarla baxmaq bu imkanı yaradacaqdır ki, siz hər bir mövzudan kamil razılıq hiss edib, şadlanasınız. Xoşbəxtlik şadlıqla başlayar, o zaman ki, şad olarsınız, daha ayıq və sağlam olarsınız. Başqa insanlarla daha yaxşı rabitə yarada bilərsiniz.
Psixoloqlardan biri deyir: "Bir-birinə birləşən bütün şeylər bizim xoşbəxtlik adlandırdığımız şeyi yaradar”.
Hər gün müəyyən bir vaxtı ətraf mühitinizin kiçik hadisələrini dərk etməyə ayırın. Həyatın rənglərinə, ülgülərinə, təbiətin gözəlliyinə diqqət edin. Bunun nəticəsində sizdə gözəllikşünaslıq hissi inkişaf edəcəkdir. Nəticədə gözəllikləri və yaxşılıqları görməyə başlayacaqsınız.
Həqiqətən, mehriban qəlblərdə ümidsüzlüyə yer yoxdur. Onlar hətta çətinliyə düşəndə bunu yarın çətinliyi kimi qəbul edər və onu xoşbəxt bir hadisə kimi nümayiş etdirərlər.
Ona görə də həyatda şadlanmağa çalışaq və bunun üçün bir neçə yollar vardır ki, onların bəzisinə işarə edək:
1. Heç bir zaman sual verməkdən əl çəkməyin. O zaman ki, hansısa işi görməkdən yoruluruq, özümüzə sual veririk ki, bu işimizi necə edə bilərik ki, daha asan və daha tez bir zamanda yerinə yetirə bilərik.
2. Ümidsizlik hissini özümüzdən uzaq edək. Əgər həyat yolunda yorulmuşuqsa, məyus olmayaq. Heç bir zaman belə fikirləşməyək ki, getdiyimiz bu yol axırıncı yoldur. Davamlı olaraq, başqa çarələr axtarmağa çalışaq.
3. Zəif cəhətlərimizi özümüz qəbul edək. Həqiqət budur ki, hər bir kəsin zəif cəhəti vardır. Bu zəif cəhətlərimizə təslim olmaq yerinə, ona qarşı tənqidlə yanaşaq və onu aradan qaldırmaq üçün yollar axtaraq.
4. Güclü cəhətlərimizi inkişaf etdirək. İnsanın müxətlif istedadları vardır. İnsan onları tanıyaraq, inkişaf etdirə bilər. İstedadlarımızı kəşf edərək, həyatdan daha çox ləzzət alaq.
5. Özümüzlə sadiq olaq. Özümüzlə sadiq olmasaq, özümüzə ehtiram bəsləməmiş olarıq. Əgər özümüzlə sadiq olarıqsa, xatalarımızı etiraf edər və onları aradan qaldırmağa çalışarıq. Bundan başqa bu xüsusiyyəti övladlarımıza da öyrədək.
6. Keçmişlə yaşamayaq. Keçmişlə yaşamaq və təəsüf etmək dərdə dava olmaz. Bəlkə onlardan ibrət alıb, bu gün müvəffəqiyyət qazanmağa çalışaq. Gələcəkdə də yaşamayaq. Çünki ola bilsin ki, əldə edə bilməyəcəyimiz röyalara bizi aparsın. Bu günün dünyasında yaşamaq nəticəsində insan həqiqətləri görən olur və həyatdan bu gün ləzzət almağa çalışır.
7. Dağ kimi möhkəm olaq. Öz fərdi və ictimai hüquqlarımıza agahlığımız olsun. Onları əldə etməyə çalışaq. Həyatın probelmləri ilə üzləşən zaman məğlub olmayaq. Onlardan dərs alaq. Bilək ki, məğlub olmaq qələbənin başlanğıcıdır.
8. Başqalarına yardım etməkdə öndə gedənlərdən olaq. Bir-birimizə yardım etmək hər bir insanın borcudur. Başqasına kömək edən zaman insanda elə bir hiss yaranır ki, onun dəyəri və o, mühüm bir insandır. Başqalarının həyatını mənalı edə bilər.
9. Güzəşt etməyi bacaraq. Necə ki, Mehriban Allah bəndələrinə qarşı rəhimlidir, biz də başqalarının səhvlərinə göz yumaq və güzəşt etməyi bacaraq.
İnsan ilk növbədə özünə inama malik olmalıdır. Özünə inanarsa, bütün çətinliklərin öhdəsindən gələ biləcəkdir. Bu cür insanlar cəmiyyətdə heç vaxt tənbəl və çətinlikdən qaçan olmazlar. İnsan əgər öz-özünə ehtiram qoyarsa, başqaları da bunu edəcəkdir. Bu halda insan məsuliyyət hiss edib, onların bu etimadını qazanmağa və onları məyus etməməyə çalışar. Lakin bütün bunların hamısı da şad və xoş bir həyat fəzasında mümkündür.(Tebyan saytına istinadən)
 
/Deyerler.org/

Category: Gözəl əxlaq dinin yarısıdır | Added by: Ənfal
Views: 637 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]