Main » Files » Əxlaq » Gözəl əxlaq dinin yarısıdır |
2013-06-24, 4:01 AM | |
Behiştə aparan körpünü tikmək
Biz ona görə xəlq edilməmişik ki, bir neçə günü yeyib-içməklə keçirək.
Ömrümüzü şirin arzularla başa vuraq. Biz xəlq olmuşuq ki, Allahın yolunu
gedib, Onun məhbubu olaq.
İmam Əli (ə) xütbələrinin birində təqva əhlinin ticarətindən bəhs edir və buyurur ki, onlar dünyanı verib, qarşılığında behişti və İlahi Rizvanı əldə edərlər. Biz əgər bu həyata gəlmişiksə, gərək burada yaşayaq. Ancaq elə yaşayaq ki, bir körpü quraq və bu körpü bizi behiştə çatdırsın. Rəcəb, Şəban və xüsusilə də Ramazan ayı elə aylardır ki, bizə bu məqsədimizə çatmaq üçün yardım edər. Əllamə Tehrani bu müqəddəs aylar haqqında buyurardı: "Agah ol ki, haram aylar daxil olmuşdur ki, birincisi Rəcəbdir. Ayıl ki, özün üçün yaxşı azuqə toplayasan. Bu ayın gecələrini oyaq qal və gündüzlərini oruc tut. Sənə ruzi verdiyi üçün Allaha şükür et. Yatma. Məgər az miqdarda. O qədər qəlbi yanmış aşiqlər olub ki, gecəni yatmamışdılar. Gecə namazını oyaq və yataraq yerinə yetir. Yəni, bir neçə rükət namaz qıl və bir az yat və sonra yenə ayıl! Allahın Kitabını tilavət et. Ancaq tez-tez deyil, yavaş-yavaş. Ən yaxşı səsinlə. Quran - vəhy kitabıdır. Quranın nuru zülmətləri nura çevirər. Quranın əslinə və fəslinə salam və salavat göndər. Quranın fəsli Peyğəmbər (s) və tahir övladlarıdır. Onların qarşısında iradəsiz bəndə, təslim ol. Sağlam ruh və cisim ilə onların qarşısında niyə? nə üçün? etmə. Onlara itaət et və onların sevgisi qəlbində olsun. Çünki Allah onları sənin məhəbbəti üçün qərar vermişdir. O kəs ki, onları sevmədən özünü Rəhman Allahın zümrəsindən hesab edər, həqiqətdə yolunu azmışdır. Onu inkar edərək, İlahi nemətlər əlindən getmişdir. Əgər onlara sevgi olmadan Allaha itaət etmək istəsən, yolunu azarsan. Ona görə də onların sevgisi - Allahın sevgisidir. Allahın sevgisinə pənah apar! Ona görə də çəngini möhkəm vur! Allaha Qurana görə pənah apar ki, Allahın kəlamıdır. Quranla oynama. Quranı ehtiram və əhəmiyyətlə oxu. Qurana əməl etsən, ən hündür qala olan haqq qalasına, imana, şərəfə nail olarsan. Bu aylarda Quranı çox oxu! Allaha xidmət et, o kəs ki, Allaha xidmət edər, Allah da Özünü ona nişan verər. Əgər desən: "Allah mənim Rəbbimdir”, bu sözdən əl çəkmə. Bu aylar Allahın qoruq aylarıdır. Ona görə də bu qoruğa daxil ol! Allah buyurur: "Kim Allaha sığınsa, doğrudan da, doğru yola hidayət olunmuşdur”. ("Ali-İmran” 101). "Şübhəsiz, (səmimi qəlbdən) «bizim Rəbbimiz Allahdır!» deyən, sonra (əməldə) möhkəm duran kəslərə (dünyada qeyb köməyi şəklində, yaxud ölüm zamanı, ya da qəbrdən qaldırılan zaman) mələklər nazil olarlar”. ("Fussilət” 30). Bu aylar qoruğa daxil olanlar üçün xüsusiyyətlərə malikdir. Bəzi haram məkanlar kimi, bu aylarda da insan bəzi şeylərdən çəkinməlidir. Allah bu aylarda insana çox yaxın olar. İnsan Kəbəyə və başqa müqəddəs yerlərə daxil olan zaman ehtiyat etdiyi kimi, bu aylarda da etməlidir. Allah bilzərə nə qədər böyük nemətlər vermişdir və bu nemətləri tam şəkildə vermişdir. Bizə vacib olan ilk şey - tövbədir. Bu həmin tövbədir ki, Rəsullah (s) Zilqədə ayında əmr etmişdi. Hər bir kəbirə və səğirədən çəkinin. Özünüzü həm suğra və həm də kubra nəzarətinə alın. Suğra nəzrəti budur ki, özünü məkruhlardan saxlayın. Kubra nəzarəti isə budur ki, qəlbinizə nəzər salasınız və Həzrət Haqqın bəyənmədiklərini xaric etməkdir. Hər bir halda Allahı hazır hesab edin. Qəlbinizlə Allahı təsdiq edin və günah xəstəliklərinizi müalicə edin. Günahlarınızın böyüklüyünü azaldın. Istiğifar günahın böyüklüyünü azaldar”.
(Tebyan/Deyerler) | |
Views: 756 | Downloads: 0 | Rating: 0.0/0 |
Total comments: 0 | |