Şənbə günü, 2024-04-20, 2:00 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Əxlaq » Gözəl əxlaq dinin yarısıdır

Başqasının bəndəsi olmayaq ki, Allah bizi azad xəlq etmişdir...
2013-11-29, 10:34 PM
Başqasının bəndəsi olmayaq ki, Allah bizi azad xəlq etmişdir...

 İnsanların bu dünyada çox sayda çətinliklə üzləşməsinin səbəblərindən biri də budur ki, insan Allah Təala yanındakı məqamından xəbərdar deyildir. Ona görə də öz qədrini bilmir və hacətlərinin həyata keçməsi üçün əlindən gələni edir. İnsan əgər bilsəydi ki, Allah yanındakı məqamı nə qədər əzimdir, bundan daha pak və daha izzətli yaşayardı. Ona görə də insan ilk əvvəl özünü və Allah yanındakı məqamını tanımalıdır ki, həyat çətinlikləri ilə üzləşən zaman başqa qapıya deyil, Allaha üz tutsun. (Tebyan)
1. Allah müqəddəs kitabı Qurani-Kərimdə insanı öz canişini elan etmiş və buyurmuşdur: "Və (yadına sal) o zaman(ı) ki, Rəbbin mələklərə dedi: «Həqiqətən Mən yer üzündə bir canişin (Allahın oradakı nümayəndəsi, ya da oranın nəsli kəsilmiş qədim sakinlərinin canişini) qoyacağam»”. ("Bəqərə” 30).
2. Allah insana Öz ruhundan üfürərək, ona izzət və şərafət bəxş etmişdir. «Elə ki, onu düzəltdim və ona Öz ruhumdan (mübarək və Özümə layiq ruhdan) üfürdüm, hamılıqla ona (təzim üçün) səcdə halında üzü üstə düşün!». ("Hicr” 29).
3. Mələklərə əmr edir ki, insana səcdə etsinlər. "Beləliklə, mələklərin hamısı (onun qarşısında) səcdə etdilər”. ("Hicr” 30).
4. İnsanı Özü kimi bilmişdir. "Biz əmanəti göylərə, yerə və dağlara təklif etdik, onlar onu (öz öhdələrinə) götürməkdən boyun qaçırtdılar və qorxdular və insan onu boynuna götürdü və həqiqətən, o zülm edən və (yüklənməsinin aqibətlərindən) cahil idi”. ("Əhzab” 72).
5. Allah kəramət tacını insanın başına qoymuşdur. "Həqiqətən Biz Adəm övladlarına (maddi və mənəvi nemətlərdə atanın varisi olmaqla) kəramət və şərafət bəxş etdik”. ("İsra” 70).
6. İnsanı varlıq aləminin yaranmasının hədəfi bilmişdir. "Məgər Allahın göylərdə və yerdə olanları (onlardan öz mənfəətləriniz üçün istifadə edəsiniz deyə) sizin üçün ram etdiyini və Öz aşkar və gizlin (bədənlərinizin istifadə etdiyi görmə, eşitmə və s. beyinlərinizin bəhrələndiyi əql, şüur, fəhm və s.) nemətlərini sizə bol və geniş şəkildə bəxş etdiyini görmürsünüzmü?!”. ("Loğman” 20).
İmam Əli (ə) bu haqda buyurur: "Nəfsini hər cür alçaqlıqdan əziz tut, hərçənd səni istədiyinə çatdırsa belə. Başqasının bəndəsi olma ki, Allah səni azad xəlq etmişdir”.
İmam Əli (ə) buyurur ki, nəfsi izzətini və kəramətini həmişə qoru. Məbada başqalarından hacətlərini istəyən zaman izzətin aradan getsin. Başqa yerdə buyurur: "Hacətlərinizi izzəti-nəfslə istəyin”.
İmam (ə) buyurur ki, nə qədər bacarırsan, başqasından bir şey istəmə ki, izzəti-nəfsin təhlükəyə düşməsin. Ancaq başqa biri səndən nəyisə istəsə, onun hacətini elə yerinə yetir ki, izzəti-nəfsi zədələnməsin.
Bir nəfər İmamın (ə) yanına gəlir və deyir: "Ey Əmirəl-möminin! Bir çətinliyim var və istəyirəm ki, sizə deyəm”. İmam (ə) bu kişinin səsində titrəmə hiss etdi və buyurdu: "İstəyini torpağın üzərinə yaz və dilinə gətirmə”. Həmin kişi də barmaqları ilə torpağın üzərinə hacətini yazır: "Mən çox yoxsul və ehtiyac sahibiyəm”. İmam (ə) da ona ayrdım edir.
Çünki izzəti-nəfs o qədər şərəflidir ki, dünyadan və onda olanların hamısından daha dəyərlidir. İzzəti-nəfsə malik olan insan bir dağa bənzəyər ki, heç bir külək onu titrədə bilməz. Çünki Allah yanındakı məqamını çox yaxşı bilən bir insandır.
 
/Deyerler.org/

Category: Gözəl əxlaq dinin yarısıdır | Added by: Ənfal
Views: 736 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]