Şənbə günü, 2019-08-24, 1:18 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Əxlaq » Gözəl əxlaq dinin yarısıdır

Bəd-nəzər həqiqətən varmı?
2013-05-20, 4:28 AM
Bəd-nəzər həqiqətən varmı?

Bəd-nəzər (gözdəymə) həqiqətən varmı? Dinimiz bu barədə nə deyir?
Gözdəymə (bəd-nəzər) məsələsinə İslam alimlərinin münasibəti birmənalı deyil. Bəzi müsəlman alimləri gözdəymənin sadəcə olaraq özünü-təlqin olduğunu bildirir və ona inanmamağı məsləhət görürlər. Bəzi alimlər isə bunun həqiqət olduğunu, mənfi enerji şəklində bir insandan başqa insana ötürülə bildiyini iddia edirlər. Onlar Qurani-kərimdə Həzrət Yəqub Peyğəmbərlə (ə) bağlı bir hadisəni də öz iddialarına sübut kimi gətirirlər. Həzrət Yəqub Peyğəmbər (ə) öz oğullarını Misrə göndərəndə onlara tapşırırmışdı: "Oğullarım! (Şəhərə) eyni bir qapıdan girməyin, ayrı-ayrı qapılardan daxil olun” (Yusif, 67). Təfsirçilərin bir qismi yazır ki, Yəqub Peyğəmbər (ə) oğullarının sayının çoxluğuna görə onlara göz dəyməsin deyə, şəhərə ayrı-ayrılıqda girmələrini məsləhət görmüşdü.
Bəd-nəzərin həqiqət olduğu barədə hədis və rəvayətlər çoxdur. Məsələn, Həzrət Mühəmməd Peyğəmbər (s) öz nəvələri Həsənlə Hüseyni (ə) qorumaq üçün dua oxumuş və buyurmuşdu ki, bu duanı vaxtilə Həzrət İbrahim Peyğəmbər (ə) öz oğulları İsmaillə İshaq (ə) üçün oxuyubmuş. Həmçınin, Peyğəmbərimiz əmisi oğlu Cəfər ibn Əbu Talibin uşaqlarının bəd nəzərdən qorunması üçün üstlərində dua gəzdirmələrinə icazə vermişdi. İmam Əlinin (ə) isə belə buyurduğu rəvayət edilir: "Göz dəyməsi həqiqətdir, ondan qorunmaq üçün duadan istıfadə etmək də həqiqətdir”.
Gözdəymənin qabağını almaq üçün batil üsullardan (gözmuncuğu, qaratikan, nal) istifadə etmək günahdır. Bəzi məlumatlara görə, nəzər ayəsini (Qələm, 51-52) oxumaqla, yaxud kağıza yazıb öz üstündə gəzdirməklə, ya da evin divarından asmaqla bəd nəzərdən amanda qalmaq mümkündür./İslam.az/
Category: Gözəl əxlaq dinin yarısıdır | Added by: Ənfal
Views: 512 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]