Cümə günü, 2024-03-29, 4:32 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Əxlaq » Gözəl əxlaq dinin yarısıdır

Allahın saleh bəndələrinə nəzir etmək
2014-05-23, 3:40 PM

Allahın saleh bəndələrinə nəzir etmək


İslam cəmiyyətində, çətinliyə düşən insanlar Allah-ta­a­la­nın razılığını cəlb etmək və ehtiyaclarını ödəmək niyyətilə aşa­ğıdakı sözləri deməklə, Allah övliyalarının birinə hədiyyə təq­dim etməyi nəzir edirlər: "Əgər belə olarsa, Allah  üçün bu­­nu edərəm”.
Burada belə bir sual meydana çıxır: Allahın saleh bən­də­lə­ri­nə nəzir etmək tövhid məktəbinin ölçüləri ilə uyğun gə­lir­mi?
Deməliyik ki, bu işin düz və ya səhv olması nəzir edənin niyyətinə bağlıdır. Çünki saleh bəndələrə olunan nəzir iki cür təsəvvür oluna bilər:
1. Allahdan başqasına yaxınlaşmaq və (Allahın razı və ya na­razılığına diqqət etmədən) yaradılmışın razılığını əldə et­mək niyyətilə Allahın saleh bəndələrinə nəzir etmək; Mə­lum­dur ki, bu əməl tövhid məktəbinin prinsipləri ilə ziddiyyət təşkil edərək, İslam tərəfindən qeyri-məqbul sayılmışdır. Çün­ki bu iş şirk və bütpərəstlik sayılır.
2. Sözügedən əməli yalnız Allaha yaxınlaşmaq və Onun ra­­zılığını əldə etmək niyyətilə etmək; Nəzir etməkdə məqsəd ca­maatın bir hissəsinin nəzir olunan hədiyyədən fay­da­lan­ma­sıdır. Bu layiqli işin savabı nəzərdə tutulmuş şəxsə çat­maq­la Allahın razılığına səbəb olur. Şübhəsiz, belə pak niy­yət­lə nəzir etmək bəyənilmiş bir iş sayılır və tövhid ölçüləri ilə heç bir uyğunsuzluq təşkil etmir.
İslam alimləri müsəlmanların ikinci təsəvvürü ilə uyğun olan əməllərin tövhid prinsipi ilə uyğunluğunu sübut etmək üçün çoxlu sayda kitablar yazmışlar.
"Sülhül-ixvan” kitabının müəllifi bu barədə belə yazır:
"Sözügedən məsələ nəzir edənin niyyətindən asılıdır. Çün­ki (Allah rəsulunun (s) buyurduğuna görə) insanın əməli onun niyyətinə bağlıdır. Əgər nəzir edənin məqsədi meyyit və ona yaxınlaşmaq olsa, şübhəsiz, belə nəzir düzgün deyil. Am­ma nəzir Allah üçün, Ona yaxınlaşmaq, camaatın bu hə­di­y­yədən faydalanması və hədiyyənin savabının nəzir olu­nan şəxsə çatması niyyətilə olsa, belə bir nəzirə əməl etmək va­cibdir”.[
 “Sülhül-ixvan”, Davud Xalidi, 102]
Bəzi İslam alimlərinin açıqladıqları kimi, müsəlmanların ver­dikləri nəzir, savabı Allah bəndələrinə çatan və onların tə­rə­findən verilən sədəqədir. İslamın dahi alimlərindən heç biri dün­yasını dəyişmiş şəxsin əvəzindən verilən sədəqənin düz­gün olmadığını deməyib.


Əbi Davudun "Sünən”indən hədislər
Bu məsələni daha artıq izah etmək üçün bu barədə olan hə­dislərdən bəzilərini xatırladırıq:
1. Əbi Davudun "Sünən”ində belə oxuyuruq:
"Həzrət Peyğəmbərin (s) zamanında yaşayan mü­səl­man­lar­dan biri "Bəvanə” adlı yerdə bir dəvə kəsəcəyini nəzir et­di. Buna görə də, məsələni Allah rəsuluna (s) açıqladı. Allah rə­sulu (s) buyurdu: Orada cahiliyyət dövründə olan hər ha­n­sı bir bütə pərəstiş olunubmu? Cavab verdi: Xeyr. Buyurdu: Ca­maat cahiliyyət dövrünün bayram günlərində orada yı­ğı­şır­dı? Dedi: Xeyr. Peyğəmbərimiz (s) buyurdu:
"Öz nəzirinə əməl et. Nəzir günah üçün və ya insanın ixtiyarında (mülkiyyətində) olmayan şeydə olarsa, düzgün deyil”.[
“Sünəni İbn Davud”, 2/80]
2. O kitabda başqa bir hədis belə nəql olunmuşdur: "Bir qa­dın Allah rəsuluna (s) dedi: Müəyyən olunmuş bir yerdə bir heyvan kəsməyi nəzir etmişəm.
O həzrət soruşdu: Bütlər üçün nəzir etmisən?
Dedi: Xeyr.
Peyğəmbərimiz (s) buyurdu: "Öz nəzirinə əməl et”.[
Əvvəlki, 81]
3. Allah rəsulunun (s) Səd adlı bir səhabəsi həzrətdən so­ruş­du: Dünyasını dəyişmiş anam tərəfindən sədəqə versəm, ona bir savab çatarmı?
Buyurdu: Bəli.
Soruşdu: Hansı sədəqə onun üçün daha faydalıdır?
Buyurdu: Su.
Səd bir su quyusu qazdı və "bu su quyusu Sədin ana­sı­nın­dır” - cümləsini deməklə, onun savabını anasının ruhuna hə­diy­yə etdi”.[
“Furqanul-Quran”, 133]
Nəticə
Bu hədislərdən məlum olur ki, başqalarına nəzir etmək bü­t­lərin pərəstişinə, cahiliyyət dövrünün mərasimlərinin dir­çəl­məsinə yol açmasa, günaha görə olmasa, İslam qanunları ilə uyğundur və bəyənilmiş bir işdir. Bu əməl Allah razılığını əl­d­ə etmək və onun savabını nəzir olunan şəxsə hədiyyə et­mək niyyətilə həyata keçirildiyi üçün tövhidin qəti prin­sip­lə­ri ilə tam uyğundur. Buna əsaslanaraq deyə bilərik ki, Al­la­hın övliyalarının qəbirləri kənarında kəsilən qurbanlar, ye­ri­nə yetirilən nəzirlərin yeganə məqsədi Alah razılığını əldə et­mək­dir və yalnız onun savabı müqəddəs övliyaların ruh­la­rı­na hədiyyədir.

 

Category: Gözəl əxlaq dinin yarısıdır | Added by: Ənfal
Views: 2331 | Downloads: 0 | Rating: 5.0/1
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]