Bazar günü, 2024-12-22, 9:07 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Əxlaq » Gözəl əxlaq dinin yarısıdır

Allahın qonağı olmağın şərtləri
2013-08-16, 5:25 AM
Allahın qonağı olmağın şərtləri

 Beləliklə mübarək Ramazan ayını arxada qoyduq. Bəziləri bu aydan başıuca halda çıxıblar. Bəziləri isə həsrət çəkərək.
Ancaq bu, sonuncu İlahi ziyafət deyildir. Ramazan ayı sona çatsa da başqa İlahi ziyafətlər olacaqdır. Həm bu aydan başıuca halda çıxanlar və həm də həsrət çəkənlər bu ziyafətdən bəhrələnə biləcəklər.
Allah Təala Qüdsü hədisdə buyurur: "Mənə itaət edənlər Mənim qonaqlığımdadırlar. Mənə şükür edənlər - çoxaldanlarımdan, Məni yada salanlar - Mənim nemət verdiklərimdəndirlər. Mənə itaət etməyənləri rəhmətimdən ümidsiz etmərəm. Əgər tövbə etsələr, Mən onların dostuyam. Əgər (Məni) çağırsalar, cavablarını verərəm”.
 
Bu müqəddəs hədisdə Allah buyurur ki, bu düzdür ki, il ərzində bir dəfə sizin səma əhli olmağınız üçün xüsusi qonaqlıq ayım vardır. Ancaq bu, birinci və sonuncu ziyafət deyildir. Başqa aylarda da bəndələrim üçün ziyafətlər vardır və hamı bu ziyafətdə iştirak edə bilər.
İlahi qonaqlıqda iştirak etməyin ilk şərti itaətdir. Çünki Allah bu hədisdə buyurur ki, o kəslər ki, Onun ayələrinə və tövsiyələrinə əsasən yaşayır, onlar Allahın qonaqlığında olarlar. O kəslərin ki, həyat tərzi şeytanın istəklərinə əsasən olar, bu süfrə arxasında otura bilməzlər.
İlahi itaətin ilk addımı - tövbə və istiğfardır. Bu süfrənin bərəkəti o qədər genişdir ki, elə bu ilk addım ilə İlahi ziyafətdən bəhrələnə bilərlər.
"Və öz Rəbbinizdən bağışlanmaq istəyəsiniz, sonra (tövbə edərək) Ona tərəf qayıdasınız ki, sizi müəyyən müddətədək (dünya həyatının) gözəl bəhrələrindən bəhrələndirsin”. ("Hud” 3).
 
Allahın daimi ziyafəti də vardır ki, hər bir insan bu ziyafətdən hər an bəhrələnə bilər. Ancaq bunun üçün bəzi şərtlərə riayət etməlidir ki, bunun birincisi Allaha və Rəsuluna (s) itaət etməkdir.
"Allaha və Onun peyğəmbərinə itaət edin, bəlkə rəhm olunasınız”. ("Ali-İmran” 132).

Ziyafətin ikinci şərti - şükür etməkdir. "Və (yada salın) o zaman(ı) ki, Rəbbiniz (belə) elan etdi: «Əgər şükür etsəniz, sizə (olan nemətləri) mütləq artıraram və əgər kafir olsanız, ya naşükürlük etsəniz, Mənim əzabım, əlbəttə çox şiddətlidir»”. ("İbrahim” 7).
 
Bu dünyada olan hər bir varlıq İlahi nemətdən bəhrələnər. Bu, həmin ümumi rəhmətdir ki, Allah hamıya şamil edər. Ancaq Allah Təalanın xüsusi nemətləri də vardır ki, yalnız Onu xatırlayan bəndələrinə şamil edər. Bu, bir bəndənin dünya və axirət saədətinin sirridir. Allah bir çox ayələrində bu məsələyə işarə etmişdir. "Və namaz qurtardıqda, yer üzünə dağılışın və Allahın kərəmindən istəyin (iş və ruzi dalınca gedin) və Allahı çox zikr edin, bəlkə səadətə yetişəsiniz”.
 
Allahın rəhməti o qədər böyükdür ki, hətta günahkarlarla belə söhbət edər, onları Özünün sonsuz eşq dənizindən xəbərdar edər. Onu agah edər ki, əgər tövbə etsən Mənim dostum ola bilərsən, əgər Məni çağırsan, şübhəsiz ki, sənə cavab verəcəyəm. İnsan maddiyyata o qədər qərq olub ki, bəzən bu səsi eşitmir, hələ də şeytanın ordusunda qərar tutur.
Bu Qüdsi hədis həm möminlər və həm də bütün insanlar üçün eşq və məhəbbəti izhar etmə vasitəsidir. İnsan o zamana qədər ki, bu eşq səsini can və qəlbi ilə eşidər, İlahi rəhmətdən bəhrələnər. Ancaq Quranın buyurduğu kimi kar və lal olarsa, onun qayıtması üçün bir daha ümid qalmaz.
"Kar, lal və kordurlar. Buna görə də (haqqa tərəf) qayıtmırlar”. ("Bəqərə” 18).
Allah Təala bizləri kar, lal və kor olmayanlardan qərar versin.
 
(Tebyan/ Deyerler.org)
Category: Gözəl əxlaq dinin yarısıdır | Added by: Ənfal
Views: 615 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]