Cümə günü, 2024-03-29, 6:01 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Əxlaq » Gözəl əxlaq dinin yarısıdır

ALLAH YANINDA ƏZIZ OLANLARA AND IÇMƏK
2014-05-23, 3:18 PM

ALLAH YANINDA ƏZIZ OLANLARA AND IÇMƏK

Dünyanın hər yerində belə bir şey var: İnsanlar mühüm bir şeyin haqq olmasını çatdırmaq üçün and içir. Bu zaman yal­nız qədir-qiymətli şəxslərə və ya əşyalara and içilir. Hər ha­n­sı bir cəmiyyətdə bir şəxsə and içilirsə, bu onun o cə­miy­yət­də əziz və hörmətli olmasını göstərir.
Dünya müsəlmanları da öz sözlərinin doğruluğuna təkid edər­kən, İslamın müqəddəs rəhbərlərinə and içirlər. De­mə­li­yik ki, bu and içmə də  (şərtlər daxilində) İslam rəhbərlərinin ad­larını və xatirələrini yaşatmaq üçün bəyənilmiş bir yoldur. Am­ma görəsən, Allahdan başqasına and içmək şirkə səbəb ol­­murmu?
Bu sualı cavablandırmaq üçün Quran, sünnə və müsəl­man­ların həyat tərzinə müraciət edək:


Qurani-məcid və and içmək
Müsəlmanların səmavi kitabının mübarək ayələrində Al­lah rəsulunun (s) canı, insanların ruhu, qələm, göy və yer, ge­cə və gündüz, günəş, ay, ulduzlar, dağ və dəniz kimi qiy­mət­li yaranmışlara and içildiyinə rast gəlirik. Adları çəkilən şey­lə­rə and içməyin səbəblərindən biri də, oxucuların diqqətini and içməklə başlayan ayələrin məzmununun dəyərinə cəlb et­mək, onları mövzunun əhəmiyyətinədən agah etməkdir. Mi­sal üçün, Allah-taala "Şəms” surəsində nəfsi paklamağın əhə­miyyətli olduğunu bildirmək üçün doqquz şeyə (günəş, onun nuru, ay, gündüz, gecə, səma, Allah, yer və insanın ca­nı­na) and içmişdir.
Burada nümunə olaraq, bəzi Quran ayələrini diqqətinizə çatdırırıq:
"(Ya Rəsulum!) Canına and olsun ki, onlar məstlikləri (küf­rləri) içində sərgərdan (şaşqın) vəziyyətdədirlər”.[“əl-Hicr”, 72]
"Nun! And olsun qələmə və yazdıqlarına”.[“ən-Nun”, 1]
"And olsun axşam çağına ki, insan ziyan içindədir”.[“əl-Əsr”, 1-2]
"Batmaqda olan ulduza (Sürəyya ulduzuna) and olsun ki...”[“ən-Nəcm”, 1-2]
"And olsun dan yerinə; And olsun on gecəyə”.[“əl-Fəcr”, 1-2]
"And olsun günəşə və onun işığına; And olsun (günəşin) ardınca çıxan aya; And olsun onu (günəşi) parlaq edən gün­dü­zə; And olsun onu (günəşi) örtən gecəyə; And olsun göyə və onu yaradana; And olsun yerə və onu döşəyənə; And olsun nəf­sə və onu yaradana (ona biçim verənə);
Sonra da ona günahlarını və pis əməllərdən çəkinməsini (xe­yir və şəri) öyrədənə ki, Nəfsini (günahlardan) təmizləyən mü­tləq nicat tapdı!”[“əş-Şəms”, 1-9]
Bunlardan əlavə, "Tur”, "Naziat”, "Mursəlat”, "Buruc”, "Ta­riq”, "Bələd”, "Tin” və "Zuha” surələrində təbiətdə olan bə­zi dəyərli varlıqlara and içildiyinə rast gəlirik.
Aydın məsələdir ki, Qurani-kərim İslam cəmiyyətinin ən üs­tün hidayətçisidir. Dünya müsəlmanları danışıq və əməl­lərində bu müqəddəs kitabı özləri üçün nümunə edərək, onun vasitəsilə tövhidi şirkdən, haqqı batildən və halalı ha­ram­dan ayırmalıdırlar.
Şübhəsiz, adları çəkilən şeylərə and içmək tövhid prinsipi ilə uyğun olmasaydı, tövhid nizamnaməsi olan Quranda belə bir şeyə yol verilməzdi. Əgər belə and içmək Allaha məxsus ol­saydı, insanların səhvə düçar olmaması üçün bu məxsusluq Qur­anda bəyan olunmalı idi.
Həzrət Peyğəmbər (s) sünnəsinin şahidliyi
İslam məktəbinin bütün ardıcılları Allah rəsulunu (s) öz ör­­nəkləri bilir, həzrətin sözlərini, əməllərini öz söz və əməl­lə­ri üçün ölçü hesab edirlər.
Həzrət Peyğəmbərin (s) and içməyi barəsində hədislər çox­dur. Onlardan bəzilərini xatırladırıq:
1. Əhməd ibn Hənbəl öz "Müsnəd”ində Peyğəm­bəri­miz­dən (s) belə nəql edir:
"Öz canıma and olsun! Əmr be məruf (yaxşılığa əmr) və nəhy əz münkər (pislikdən çəkindirmək) etməyin susma­ğın­dan daha yaxşıdır”.[

“Müsnəd”, Əhməd, 5/225, Bəşir ibn Xəsasiyyə Sədusinin hədisi:

فلعمري لان تكلم بمعروف وتنهي عن منكر خير لك من ان تسكت

]
Bu hədisdə Allah rəsulu (s) əmr be mərufun və nəhy əz münkərin dəyərini göstərmək üçün öz canına and içir.
2. Müslim ibn Həccac öz "Səhih”ində belə nəql edir:
"Bir kişi Peyğəmbərimizdən (s) belə soruşdu: Hansı sə­də­qə­nin daha çox savabı var?
Buyurdu: "Atana and olsun ki, bu məsələdən xəbərdar ola­caqsan. O, salamatlıq və sınaq halında, həmçinin fəqirlik qor­xusu və (malın) həmişəlik qalmasına[
 Yəni insan hər bir halda (həm fəqirlik, həm də maddi ehtiyacsızlıq halında olduğu za­man) sədəqə verməlidir.−Red.] ümidli olan halda ve­ri­lən sədəqədir”.“Səhih” Müslim, c. 3, zəkat kitabı, ən üstün sədəqənin bəyanı babı, 94]
3. Müslim yenə həmin kitabda başqa məzmunlu bir hədis də nəql edir:
"Nəcd” məntəqəsindən bir kişi həzrət Peyğəmbərin (s) ya­nı­na gəlib, İslam barəsində soruşdu. Peyğəmbərimiz (s) bu­yur­du: İslamın əsasları bunlardır:
a) Gecə-gündüz ərzində qılınan beş vaxt namazlar;
 Nəcdli kişi soruşdu: Bunlardan başqa namaz varmı? Həz­rət Peyğəmbər (s) cavab verdi: Xeyr, bunlardan başqa na­maz­lar müstəhəbdir.
b) Ramazan ayının orucu;
Nəcdli kişi soruşdu: Bundan başqa oruc mənə vacibdirmi? Bu­yurdu: Xeyr. Qalanları müstəhəbdir.
c) Zəkat;
O kişi dedi: Bundan başqa zəkat mənə vacibdir? Həzrət Pey­­ğəmbər (s) buyurdu: Xeyr. Qalanları müstəhəbdir.
O nəcdli kişi bu sözləri deyərək, həzrət Peyğəmbərin (s) ya­nından uzaqlaşdı: "Allaha and olsun ki, (öyrəndiyimdən) nə çoxuna, nə də azına əməl etmərəm”.
Həzrət Peyğəmbər (s) buyurdu: Atasına and olsun! Əgər düz desə, nicat tapacaq. Atasına and olsun! Əgər düz desə, Cən­nətə daxil olacaq.[Əvvəlki]

Həzrət Peyğəmbərin (s) səhabəsinin and içməsi
Qurani-məcid və Allah rəsulunun (s) sünnəsindən əlavə, o həz­rətin yaxın dostlarının həyatı da and içməyin İslamın ilkin çağlarında yaşamış müsəlmanlar arasında geniş ya­yıl­ma­­sına bir sübutdur.
Əli ibn Əbu Talib (ə) özünün bir çox məktub və sözlərində öz canına, yaxud sadiq möminlərin hörmətinə and içir. Bir yer­­də belə buyurur:
"İlahi! Səndən, Sənə pənah aparan şəxsin hörməti xatirinə is­təyirəm”.[Əvvəlki, c. 1, “İslam nədir” bölümü, 32]
Şərafətli "Nəhcül bəlağə”də belə buyurur:
"Canıma and olsun ki, məndən sonra sərgərdanlığınız ne­çə qat artacaq”.[Məhəmməd Əbduh, “Nəhcül bəlağə”, 161-ci xütbə]
Başqa bir yerdə belə oxuyuruq:
"Canıma and olsun ki, əgər azğınlığından əl çəkməsən, səni axtaranları tanıyacaqsan”.[Əvvəlki, 9- cu məktub]
Bunlar and içmək barəsində olan hədislərin bir qismi idi. İx­tisara riayət etmək üçün hamısını gətirmədik.[Müraciət et: 23, 25, 56, 85, 161, 168, 182 və 187-ci xütbələr, 6, 9 və 54-cü məktublar və “Müvəttə”, (Malik Zərqaninin şərhi ilə), 4/159]
Nəticə
Gətirdiyimiz dəlillərə (Quran, Peyğəmbərimizin (s) sün­nə­si və səhabənin əməlinə) əsasən dinimizin həqiqi rəhbərlərinə və İslam müqəddəslərinə and içmək inkarolunmaz bir prin­sip kimi qiymətləndirilir. Bu əməl nicatverici tövhid mək­tə­bi­nin qanunları ilə tam uyğundur.

Xatırlatma
Bir şəxsə və ya bir şeyə and içmək onun əzizlənməsi və xa­ti­rə­sinin əbədiləşməsinə səbəb olduğu üçün yaxşı olar ki, and iç­mək üçün seçdiyimiz şəxslər və ya şeylərə lazımınca diqqət yetirək, yalnız Allah yanında əziz olanlara and içək. Çünki bu iş onların əbədiləşməsinə səbəb olur. Elə isə, Allah ya­nın­da hörməti olmayan müşrik və günahkarlara and içməkdən cid­di şəkildə çəkinməliyik. Çünki onlara and içmək küfr rəh­bər­lərinin və günaha batmış şəxslərin adlarının əbə­di­ləş­mə­si­nə səbəb ola bilər. Elə buna görə də Allah rəsulu (s) mü­səl­man­ları müşrik kimi dünyadan gedən əcdadlarına and iç­mək­dən çəkindirirdi. İslam hədisçilərinin bir qrupu belə nəql edir:
 "Peyğəmbər (s) Ömərin atasına and içdiyini eşitdi. O həz­rət buyurdu: Allah sizi atalarınıza and içməkdən çəkin­dir­mişdir”.[ “Sünəni-Kübra”, 1/29; “Sünəni-Nəsai”, 7/4-5]
Burada aydın olur ki, yalnız saleh möminlərə və uca Allah ya­nında əziz olanlara and içmək olar.

Category: Gözəl əxlaq dinin yarısıdır | Added by: Ənfal
Views: 2140 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]