Bazar günü, 2024-12-22, 9:17 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Əxlaq » Gözəl əxlaq dinin yarısıdır

Allah işsiz insanı sevmir
2013-08-25, 11:00 PM
Allah işsiz insanı sevmir

Cəmiyyəti təhdid edən ciddi amillərdən biri cavanların işsizliyidir ki, həm fərdi və həm də ictimai ziyanlar gətirər. İşsiz insan heç bir şeylə məşğul olmadığı üçün xüsusi bir hədəfə malik deyildir. Bəzən də çarəsiz qaldığı üçün hər işin ucundan yapışar, hətta qanuna zidd olan işlərin belə.
Həzrət Peyğəmbər (s) buyurur: "Əgər kiminsə işi və ya peşəsi yoxdursa, dinini məhv edər”. Bu hədis aydın şəkildə bildirir ki, işsizlik insanın dinini və imanını təhdid edir. Cəmiyyət daha çox ictimai fəsada məruz qalır. Cəmiyyətdə cavanların işsiz qalmasının səbəbkarı həm dövlət və həm də ailədir. Dövlət istehsalla məşğul olan fabriklər, zavodlar təsis etsə, cavanalrın peşə sahibi olması üçün imkanlar yaratsa, cəmiyyətin bu bəlası ilə mübarizə apara bilər. Bu zaman cavanlar həm işlə məşğul olar, peşə sahibi olar və həm də öz ailələrini özləri idarə edə bilərlər. Bu da cəmiyyətin inkişaf etməsinə səbəb olar. Cəmiyyət həm elmi və həm də iqtisadi cəhətdən irəli gedər. Əgər bir ölkə iqtisadi cəhətdən inkişaf etmirsə, zəif ölkə olaraq qalar. Bu da dövlətin zərər çəkməsinə gətirib çıxardar. Ailə də övladlarının işsiz qalmasının qarşısını ala bilər. Belə ki, cavanlarını hələ yeniyetmə dövründən bir peşəyə adət etdirər. Onlara məsuliyyət verməklə gələcəyə hazırlaya bilərlər.
Həzrət Peyğəmbər (s) buyurur: "İşsiz cavan, Allahın qəzəbinə gələr”.
Başqa yerə: "Sağlam və işsiz insan əgər nə dünya və nə də axirət işi ilə məşğul olmursa, Pərvərdigarın qəzəbinə gələr”.
İslam dini həmişə cavanları zəhmətə və iş görməyə dəvət edir. İşsizliyin gətirdiyi pis nəticələrdən agah edir. İşsizlik cəmiyyətə ziyan vurduğu kimi işsiz cavanın ruhuna, rahatlığına və psixoloji sağlamlığına mənfi təsir qoyar.
İmam Əli (ə) buyurur: "Əgər iş əziyyətlidirsə, işsizlik davamlı məhv olmaq mənbəyidir”. "İşsizin qəlbi pisliyi axtarar, işsizin əli günaha tərəf uzanar”.
İmam (ə) işləməyən insana "buyurur: İş gör və başının üstündə yük daşı, insanlardan ehtiyacsız ol”.
Ona görə də ey cavanlar! Hələ ki, fürsət var, bir peşə sahibi olun, dil öyrənin, dərzilik və ya dəlləklik edin. Əgər əziyyətli işdən qorxmursunuzsa, Allah həmişə sizə yardım edəcəkdir. Allah zəhmətkeşi sevir.
 
(Tebyan/ Deyerler.org)



Category: Gözəl əxlaq dinin yarısıdır | Added by: Ənfal
Views: 821 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]