Allah israf edənləri sevmir Quranın
ən çox vurğuladığı mövzulardan biri israfdır. İsraf geniş bir məfhumdur
və yəkcə iqtisadiyyata və əxlaqa aid deyildir. Bəlkə israf kəlməsi
etiqada da aid bir mövzudur.
İsraf kəlməsi Quranda 23 dəfə çəkilmişdir. Müxtəlif mənalara şamil
edilmişdir: hər cür ifrata, təfritə, mötədillikdən çıxmağa aid
edilmişdir. Ona görə də israf təkcə ifrat və təfrit deyildir. İsraf
dedikdə yəni, orta həddən çıxmaq deməkdir. Ona görə də mötədilliyi poza
bilən hər bir əməl israf sayıla bilər. Fəsad da bu cür əməllərdəndir.
İsraf sözü Quranda küfr, zülm, fəsad kəlmələri ilə bir yerdə
işlənmişdir.
Bəzən biz ayağımızı daha yüksəyə qoyur və orta həddi aşırıq. İsraf
etmək müasir evlərin bir çoxunda müşahidə edilən məsələlərdəndir. Hər
kəsin də bunun üçün bəhanəsi vardır: "Mənim abrım var, əgər mən bu işi
görməsəm deyərlər ki, xəsisdir”.
İsrafın ən bariz nümunəsi qonaqlıqlarımızdır. Həmişə qonaqlarımızın
narahat olmasının qəmini çəkirik. Deyirik ki, süfrəmizdə yəqin ki,
çatışmamazlıqlar vardır. Evə çağırdığımız bir neçə qonağa görə o qədər
israf edirik ki, bir Allah bilir. Elə bil ki, ən böyük bir toy mərasimi
süfrəsi təşkil edirik.
Evə qonaq gəlməmişdən qabaq evin xanımları mətbəxdən çıxmazlar və evi
müxtəlif çeşit yeməklərin iyi bürüyər. O qədər yorğun olarlar ki,
qonaqları istədikləri kimi qarşılaya bilməzlər. Süfrədə müxtəlif çeşit
salatlardan tutmuş isti yeməklərə qədər hər şey olar. Sonra da narahat
olarlar ki, ey kaş filan yeməyi də hazırlayaydım.
Bəs cəmi üç nəfər qonaq üçün bu qədər israfa yer varmı? Qonaqlar
gedəndən sonra ev sahibi süfrəyə baxar və görər ki, yeməklərin əksər
hissəsi toxunulmamış qalmışdır, yeməklər yenidən mətbəxə geri qayıdar.
İndi ev əhli gərək bir neçə gün bu yeməkləri isidib, yeməlidir.
Bəs bu süfrəni sadə təşkil edə bilərdikmi? Belə görünür ki, bəli. Bir
salat, bir çeşid isti yemək və bir qədər meyvə - bu qonaqlıq üçün
kifayətdir. Bu qədər ki, süfrəmizi düşünürük, bəs rəftarımızı
düşünürükmü?
Allah buyurur: "Elə ki, çətinlik və ziyanı ondan
götürürük Bizi ona yetişən ziyan(ı uzaqlaşdırmaq) üçün çağırmamış kimi
(çıxıb) gedər! İsraf edənlərə etdikləri əməllər beləcə
zinətləndirilmişdir”. ("Yunus” 12).
«İsraf edənlərin (həddini aşanların) əmrinə tabe olmayın». ("Şuəra” 151).
"Həqiqətən Allah israfçı və yalançını hidayət etmir”. ("Ğafir” 28).
"Yeməkdə və verməkdə) israf etməyin ki, həqiqətən, Allah israf edənləri sevmir”. ("Ənam” 141).
Bu ayələrə nəzər salaraq bir qədər düşünək və əməllərimizi islah
etməyə çalışaq. Özümüzü Allaha yaxınlaşdıraq, lənətlik iblisə deyil.
(Tebyan/ Deyerler) |