Cümə günü, 2024-04-26, 3:18 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Əxlaq » Gözəl əxlaq dinin yarısıdır

Acgözlük insana həlakət gətirər
2013-02-07, 4:42 PM
Acgözlük insana həlakət gətirər

Acgözlük çox böyük bir bəladır. Bir çoxlarımızın ətəyindən yapışmışdır. İpəkqurdu kimi ətrafımızdakı sapı daha da çox artırırıq. Elə hala düşürük ki, ipəkqurdu kimi bu dar məkandan çıxa bilmir və nəticədə həlak oluruq.


Acgözülk bir növ iki nəfərin mal toplamaq sahəsində bir-biri ilə yarışmasına bənzəyər. Onların həyatda müəyyən hədəfləri yoxdur, tək istəkləri - daha çox mal toplamaqdır. Hər kim bəşərin bu ibtidai istəyinin ardınca gedərsə, həqiqi hidayət yolunda qərar tutmaz. İnsan əgər qabiliyyətlərini heyvani istəklərini yerinə yetirmək üçün istifadə edərsə, Allah tərəfindən verilmş istedadlardan düzgün bəhrələnməz. Bu cür insanın əsl işi - mal-dövlət və digər dünyəvi işlərlə məşğul olmaq olar.



"(Mal-dövlət, rütbə və övlad) çoxluğ(u) ilə öyünmək və (onları) çoxaltmaqda bir – birinizlə yarışa girmək sizi (Allahın zikrindən) yayındırdı”. ("Təkasur”1).

"Belə deyildir. (Sizin güman etdiyiniz kimi deyildir. Siz güman edirsiniz ki, yalnız dünya üçün çalışmaq lazımdır), tezliklə (Bərzəx aləminə daxil olduğunuz zaman) biləcəksiniz. Əsla belə deyildir, tezliklə (Cəza günü) biləcəksiniz”. ("Təkasur” 3-4).

Peyğəmbərlərin (s) və İmamların (ə) düşmənləri həmişə malpərəstlər olmuşdular. Çünki Məsumların (ə) kəlamlarında acgözlük həmişə tənqid edilmiş, çoxlu mal toplamaq məzəmmət olunmuşdur.

Çoxlu mal toplamaq insana kamala çatmağa mane olar. İnsanı günaha batırar və İlahi qəzəbə səbəb olar. İnsan öz ağlının təkmilləşdirmək yerinə maddiyyata və nəfsani istəklərinə üz tutur.

Quranın nəzərinə görə insanın acgöz olmasına səbəb - cahilliyidir. Çünki cahil insan nəfsani qüvvələrindən mənəviyyata çatmaq yerinə, onu hədərə verir. Hədəfə malik olmamaq insanı bu tələyə salar. Əgər insan həqiqi hədəfindən agah olsaydı, həyatına saman bağışlamaq istəyərdi. Ona görə də Xaliqə cəhl və nadanlıq bəsləmək - acgözülüyün mühüm amillərindən biridir.

İkinci amil kimi Quran dünyaya aldanmağı göstərir. Dünyanın aldadıcı cilvələri insanı özünə məşğul edir. Buna görə də insan qüvvəsini lazım olmayan yerlərdə istifadə edərək hədərə verir. İnsan ola bilər ki, Xaliqinə qarşı agah olsun, ancaq dünya gözəllikləri onu o qədər özünə cəlb edir ki, əsl hədəfi yaddan çıxardır. Acgöz olur.

Quranın bizlərə bəyan etidyi başqa bir amil - küfr amilidir. Belə ki, kafir insan Allahdan cahil olduğu üçün Qiyaməti və hesab gününü görməməzliyə vurur və dünyaya giriftar olur.

”Və onlara birinə (kafir olana) iki üzüm bağı əta etdiyimiz, hər ikisinin (hər iki bağın) ətrafını bütünlüklə xurma ağacı ilə əhatə etdiyimiz və o ikisinin arasını əkin yeri etdiyimiz iki kişini (mömin və kafiri) məsəl çək. Hər iki bağ öz meyvələrini verir və ondan bir şey əskiltmirdilər. Və o ikisinin (iki bağın) arasından bir çay axıtdıq. Və o kişinin (bunlardan əlavə də) müxtəlif malları var idi. Beləliklə (təkəbbür və haqdan qafil olması üzündən) söhbət edərkən (yoxsul) yoldaşına dedi: «Mənim malım səninkindən daha çox və adamlarım səninkilərdən daha güclüdür». (Əqidə və əməlinin pisliyi baxımından) özünə zülm etdiyi halda, (yoldaşı ilə birgə) öz bağına daxil olaraq dedi: «Bu bağın nə zamansa məhv olmasını güman etmirəm». «Həmçinin Qiyamətin qopmasını (da) güman etmirəm. Əgər Rəbbimin hüzuruna qaytarılsam da, şübhəsiz (o aləmdə) bundan daha yaxşı dönüş yeri tapacağam». Onunla söhbət etməkdə olan (mömin) yoldaşı (Qiyamətin inkarını rədd edərək) ona dedi: «Səni torpaqdan, sonra isə nütfədən yaradan, daha sonra kamil bir kişi surətinə salana küfr etdin?» (Özünün və zahiri səbəblərin müstəqil olması etiqadı ilə Qiyaməti inkar etmək Allah qarşısında rübubiyyətdə şirk və haqqa küfr etməkdir)”. ("Kəhf” 32-37).

Başqa bir amil isə cahiliyyət təəsübkeşliyidir. Belə ki, insanın əgər mal-dövləti çox olarsa, qəbiləsinin, tayfasının fəxri olar.

Quran bu bəladan xilas olmaq yolunu Qiyamətə və hesab gününə diqqət etməkdə görür. Axirətdə çəkəcəyi əzablara, dünyanın müvəqqəti bir mənzil olmasına diqqət etməkdə, Qiyamətə yəqinlikdə görür. Bu bəlaya düçar olmuşuqsa, fürsət varkən ondan qurtulmağa çalışaq, çünki insan olmağımızın əsl hədəfi bu deyildir



(Tebyan/ Deyerler.org)
Category: Gözəl əxlaq dinin yarısıdır | Added by: Ənfal
Views: 766 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]