Main » Files » Surələrin fəzilərləri » Surələrin təfsiri |
“Fatihə” surəsinin təfsirlərindən biri
2012-12-06, 5:43 PM | |
"Fatihə" surəsinin bütün ayələri iki mənaya qayıdır. ( الْحَمْدُ لِلَّهِ]: Həmd iki həmddir. Biri İlahi səfətlərə və o birisi isə nemətlərə. Biri vasitəyə və o biri isə vasitəsizə aid həmddir. [رَبِّ الْعالَمِينَ]: Aləm iki aləmdir. Biri bəqa aləmi və o birisi isə fəna aləmi. [الرَّحْمنِ الرَّحِيمِ]: Rəhmət iki rəhmətdir. Biri dünyada və o birisi isə axirətdə. Biri bütün xəlqlərə aiddir və o birisi isə xüsusi möminlərə. [مالِكِ يَوْمِ الدِّينِ]: Cəzadır və cəza iki şeydir. Biri vəfada və o birisi isə ricada. Ya biri suğra rəcətində və o birisi isə kübra rəcətində. إِيَّاكَ نَعْبُدُ]: İbadət iki ibadətdir. Biri gizli və o birisi aşkar. Ya biri icra edilən ibadətdir və o biri isə müxlislərin ibadətidir. [إِيَّاكَ نَسْتَعِينُ]: Kömək iki mərhələdə olur: biri dünya işlərinə kömək etməkdir və o birisi isə cəza günü üçün kömək diləməkdir. [اهْدِنَا]: Hidayət iki mərhələdə olur: biri zahiri hidayətdir və o birisi isə mənəvi hidayətdir. [الصِّراطَ]: İki sirat vardır: biri səadət əhlinin siratıdır və o birisi isə bədbəxtlərin yoludur. [الْمُسْتَقِيمَ]: Müstəqim düz yoldur, düz yol da iki yoldur: biri din əhlinin yoludur və o birisi isə təriqət əhlinin. Biri qısa yoldur və o birisi isə uzun. [أَنْعَمْتَ عَلَيْهِمْ]: İki firqədir: biri peyğəmbərlərdir və o birisi isə övliylardır. [غَيْرِ الْمَغْضُوبِ عَلَيْهِمْ وَ لَا الضَّالِّينَ]: Zalımlardır və onlar da iki qrupdur: biri bəni-israil ümməti və o birisi isə nəsranilərdir. Ya biri zalım alimlərdir və o birisi isə ona tabe olan dinsizlərdir. (Erfan/ Deyerler.org) | |
Views: 1421 | Downloads: 0 | Comments: 3 | Rating: 5.0/1 |
Total comments: 3 | |||
|